Yayın istisi sağlamlığa zərər verə bilər. Aloe+ apteklər şəbəkəsi ilə birlikdə bu mövsüm özümüzü günəşdən və istilikdən qorumağa dair məsləhətlərin siyahısını tərtib etdik
Aloe+ apteklər şəbəkəsində siz dərman, eləcə də sağlamlıq və gözəllik məhsullarının alışına görə 0,5%-dən 5%-ə qədər keşbek alırsınız. Aloe+ apteklərində özünüzə və yaxınlarınıza gündəlik qulluq üçün lazım olan hər şeyi tapa bilərsiniz. Bakı, Sumqayıt və Şəmkirdə apteklərə baş çəkib mütəxəssis məsləhətlərini ala bilərsiniz.
Hal-hazırda, 5% artırılmış keşbek ilə siz günəş xəttindən məhsullar ala bilərsiniz: bunlar böyüklər və uşaqlar üçün SPF qoruyucu kremlər, nəmləndirici günəş kremləri, günəş yanıqlarının öhdəsindən gəlməyə kömək edən pantenoldur.
Aksiya avqustun 31-dək etibarlıdır və aşağıdakı brendlərin seçilmiş çeşidinə şamil edilir: Pharmaceris, Lirene, Librederm, Compliment, Tony Moly və Skinfood.
Lirene Qaralma üçün suya davamlı krem SPF 30+
Pharmaceris Geniş qorunma spektrli krem SPF 50+
Panthenol Günvurma və termik yanıqlar zamanı uşaq kremi
Günvurma və istivurmanın fərqi nədir?
İlk öncə mənalarını anlayaq. Başa düşmək lazımdır ki, günvurma və istivurma fərqli həll yolları tələb edən fərqli problemlərdir.
Günvurma günəş işığının intensiv təsiri nəticəsində bədən istiliyinin artmasıdır. Həddindən artıq qızdırma səbəbindən qan damarları genişlənir, qan başa həddindən artıq axır və ağrıya səbəb olur.
İstivurma, bədən praktik olaraq istilik vermədikdə, bədənin temperatur rejiminin pozulmasıdır. Ən çox görülən səbəb yüksək hava temperaturu və rütubət, eləcə də istilikdə fiziki fəaliyyətdir.
Günvurma və istivurmanın səbəbləri nələrdir?
Günvurmanın səbəbləri:
- Birbaşa günəş işığına uzun müddət ərzində məruz qalma – günəş vannası qəbul etmək, gəzişmək, işləmək.
- Açıq baş – günəşin altında baş örtüyü olmadan qalmaq.
- Termorequlyasiya qabiliyyətini azaldan dərmanların (miorelaksantlar) istifadəsi.
- Spirtli içkilərin qəbulu – reaksiya sürəti azalır, hissiyyat kütləşir.
Günvurmanın əsas səbəbi birbaşa günəşə məruz qalmaqdır, istivurma isə kölgədə və qaranlıqda da baş verə bilər.
İstivurmanın səbəbləri
- Rütubətli və isti mühitlərə uzun müddət qalmaq, məsələn, saunada.
- İdman, fiziki aktivlik, istidə işləmək.
- İstiliyi bədəndən uzaqlaşdırmayan isti və sintetik paltar geyinmək.
- Alkoqol istehlakı.
- İsti havada olmaq, temperaturun kəskin düşməsi ilə iqlimləşmə.
- İstivurma riskini artıran dərmanlar: vazokonstriktorlar, diuretiklər, antidepresanlar və antipsikotiklər.
Səbəblər aydındır. İndi mümkün qədər tez normal vəziyyətə qayıtmaq üçün özümüzdə günvurma və ya istivurmanın olmasını təyin etməyimiz barədə danışaq.
Günvurmanın simptomları:
- Gözlərdə qaralmalar;
- Bədən istiliyi yüksəlir – əgər termometr yoxdursa, o zaman dəridən istiliyi hiss edə bilərsiniz;
- Baş ağrıları – damarlar genişlənir və kəllə sümüyünün üzərinə sıxılır;
- Qan təzyiqinin dəyişməsi;
- Ürək ritminin dəyişməsi;
- Üzdə, dəridə qızartılar;
- Ürəkbulanma və qusma;
- Quru ağız boşluğu, susuzluq.
İstivurmanın simptomları çox oxşardır.:
- Temperaturun yüksəlməsi;
- Zəiflik;
- Başgicəllənmə, baş ağrıları;
- Gözlərdə qaralma;
- Ürəkbulanma, qusma;
- Burundan qanaxma;
- Üzün, dərinin bənövşəyi qırmızıya qədər qızarması;
- Ürək ritminin, tənəffüsün, nəbzin pozulması;
- Huşun itirilməsi, qıcolmalar, sayıqlama.
Simptomları mümkün qədər tez zərərsizləşdirmək üçün əvvəlcə onları təyin etmək vacibdir.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Günvurma və istivurma zamanı ilk yardım
İstivurma və ya günvurma baş verərsə, xəstənin bədən istiliyini dərhal azaltmalısınız.
- İnsanı sərin, kondisionerli otağa və ya heç olmasa kölgəyə aparın.
- Sərbəst nəfəs almağı təmin edin – qalstuku, nəfəsi saxlaya biləcək hər şeyi, saçınızdan elastik bantları çıxarın.
- Xəstənin üfüqi mövqe tutmasına kömək edin, başını bir tərəfə çevirin.
- Otaq temperaturunda başı nəm parça ilə örtün – nəm dəridə buxarlanaraq onu sərinləyəcək. Vacibdir! Buzdan istifadə etməyin, çünki temperaturun qəfil dəyişməsi qanaxmaya səbəb ola bilər.
- Xəstəyə sərin su verin – qazsız mineral və ya şirinləşdirilmiş. Qlükoza beynin daha sürətli bərpasına və güc qazanmasına kömək edəcək.
İnsan huşunu itiribsə və ilk yardımdan sonra özümə gəlməyibsə, təcili tibbi yardım çağırın!
Özümüzü günəşdən və istidən necə qoruya bilərik?
Profilaktika istilik və günəşə məruz qalmağa hazırlaşmaqdan, həmçinin öz vəziyyətinizi izləməkdən ibarətdir. Aloe+ ilə birlikdə istidə təravətli və sağlam qalmağınıza kömək edəcək bəzi məsləhətləri topladıq.
Məsləhət №1. Təbii materiallardan hazırlanmış açıq rəngli paltar
Açıq rənglər günəşdə daha az qızdırılır və hətta günəş şüalarını əks etdirə bilər. İstidə papaq taxmağınızdan əmin olun. O, həm başı istidən qoruyur, həm də bədəni sərinləyərək təri udur.
Məsləhət №2. 11:00-dan 16:00-a qədər birbaşa günəş işığından çəkinin.
Bu saatlarda kölgədə olmağa çalışın. Bitkilərin kölgəsi yarayır, onların yanında daim daha soyuq və nəm hava olacaq. Çimərliyə özünüzlə bir çətir və ya hətta qeyri-şəffaf yağış çətiri götürün.
Məsləhət №3. Günəş kremindən istifadə edin
Evdən çıxmazdan öncə ultrabənövşəyi şüalardan qorunmağa əmin olun. Dəriyə mənfi təsir göstərir, qocaldır və yanıqlara səbəb ola bilər. Qoruyucu təbəqəni ən azı 2-2,5 saatdan bir yeniləməli olduğunuzu unutmayın. Bu müddət ərzində məhsul sorulur, silinir, su ilə yuyulur. Günəş kremlərinin tərkibinə diqqət yetirin, çünki onların çoxunda toksinlər var.
Məsləhət №4. Su balansı haqqında unutmayın!
Bol su için. Nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bədənin özü artıq mayedən xilas olacaq, su isə bədənin sərinləşməsinə kömək edəcək. Özünüzlə bir su şüşəsi götürün. Metal və ya şüşə suyu yaxşı sərinləyir və soyuq saxlayır.
Dad vermək üçün suya nanə və/və ya limon əlavə edilə bilər. Bu maddələr susuzluğu yatırır və təravətləndirir.
Məsləhət №45. Özünüzü necə hiss etdiyinizə diqqət yetirin
Adətən istidə iştahan olmur, amma buna görə də ən gözlənilməz anda halsızlıq yarana bilər. Həddindən artıq yemək də lazım deyil, çünki bu, bədəndə əlavə yük yaradır.
Özünüzü dinləməyə və bütün ehtiyaclarınızı vaxtında qarşılamağa çalışın!