Umico Productivity

Pullar haqqında. Ailə büdcəsini aparmağa necə başlamaq olar

Maaşdan başqa gəliriniz yoxdursa və həmişə belə olacağını düşünürsünüzsə, yalnış fikirdəsiniz. Bu, yalnız xərclərinizi idarə etməyə və gəlirinizi düzgün paylamağa başlayana qədər belə olacaq. Sonra anlayacaqsınız ki, pul yığıb həyatdan zövq almaq da olar. Ailə büdcəsini aparmaq, ilk növbədə pula qənaət etmək üçün deyil, hər şeyin nəzarətdə olması üçün lazımdır. Xərc və gəlirini qeyd edənlər 5-30% daha az pul xərcləyir, ən azı buna görə ailə büdcəsini aparmağa dəyər.

“Pul haqqında” rubrikamızı brauzerinizin yaddaşında saxlayın. Burada biz özünüzü ümumi qənaət çərçivəsində necə idarə etməyinizi deyil, alış-verişdən və kifayət qədər maddi bonuslardan zövq almağı sizə izah edirik. Bugün ailə büdcəsini aparmağa necə başlamaq lazım olduğu barədə sizə təlimat verəcəyik. 

Addım 1. Bunun sizə nə üçün lazım olduğunu anlayın

Ailə büdcənizi idarə etmək üçün üç səbəbi var. Birincisi, maliyyə hədəflərinizə daha sürətli çatmanıza kömək edir. Bağ evini tikmək, bahalı təhsil haqqını ödəmək, avtomobilinizi yeniləmək və ya ümumiyyətlə qənaət etmədən tətilə getmək istəyirsiniz? Hər cəlbedici alış-verişə pul xərcləsəniz, qısa müddətdə istədiyinizə nail olmaq ehtimalı çox azdır.

İkincisi, ailə xərcləri cədvəli sizi mütləq alış vərdişlərinizi yenidən nəzərdən keçirməyə məcbur edəcəkdir. Evinizin yaxınlığındakı kafedə qəhvə içməyi sevirsinizsə və bunu hər bir gündən bir edirsinizsə – ayda kapuçino üçün nə qədər pul xərclədiyinizi hesablayın. Kifayət qədər əhəmiyyətli bir məbləğ olacaq. Ailə büdcəsi planlaşdırması prioritet verməyə kömək edəcək və satın almadan əvvəl avtomatik olaraq özünüzə “bu şeyə və ya xidmətə ehtiyacım varmı” sualını verməyə başlayacaqsınız.

Üçüncüsü, pula qənaət edə biləcəksiniz. Şəxsi maliyyə böhranından heç kim sığortalanmayıb: xəstəlik, boşanma, iş itkisi və ya dəyişikliyi. Və hər kəs həyatda fövqəladə halların ən uyğun olmayan anda baş verdiyini bilir. 3 aydan 6 aya qədər dolanmaq üçün maliyyə ehtiyatınız varsa, yaxşıdır. Bunun üçün ehtiyat fondu lazımdır. Ayda müəyyən bir miqdarda pul yığmağı vərdiş etsəniz, yığmaq daha asan olacaq.

Addım 2. Pullarınızın hara getdiyini öyrənin.

Büdcə gəlir və xərclərdən ibarətdir. Bir-birlərinə uyğun olub olmadığını başa düşmək üçün əziyyətli bir iş görməlisiniz. Dəftər və qələm götürün və ya iki əsas xana ilə sadə Excel elektron cədvəlini düzəldin. Gəlir maddəsi – burada hər şey sadədir – bu əmək haqqı, əlavə iş, depozit faizləri, dövlət ödənişləridir. Xərclər, bütün kateqoriyalar üzrə xərclərinizdir: qida, mənzil kirayəsi, kommunal xərclər, avtomobil xərcləri, nəqliyyat, alış-veriş, sağlamlıq və gözəllik.

Yeni ayın ilk günündən cədvəli doldurmağa başlayın (və ya xərcləri hesablayan bir tətbiq quraşdırın). Pulun hara getdiyini görə bilmək üçün hər bir xərcinizi qeydə alın. Çox güman ki, buna öyrəşmək çətin olacaq. Amma işi axıra kimi çatdırın!

Ayın sonunda pulunuzu necə xərclədiyinizi analiz edin. Çox güman ki, sizin üçün əsas kəşf kiçik alış-verişə sərf olunan məbləğ olacaqdır. Gözə görünmürlər, amma onlar xərclər bölümünün əsas hissəsini tutur. İnanın, bunu başa düşəndən sonra eyni cür davam etmək istəməyəcəksiniz.

Addım 3. Planlaşdırma ilə məşğul olun

Bir çox insan “büdcə” sözünü sevmir, çünki bunun bir məhdudiyyət, məhrumiyyət və əyləncələrin olmaması olduğuna inanır. Lakin əlinizdə olduğundan çox xərcləməmək, borc içində qalmamaq və maaşınıza qədər boş bir cüzdanla yaşamamaq üçün bir büdcə planlaşdırmalısınız. Tapşırığınız xərcləri şüurlu etmək və kortəbii lazımsız alış-verişdən çəkinməkdir. Büdcə elə qurulmalıdır ki, hər ayın sonunda gəlir və xərclər arasında müsbət fərq yaransın.

Cədvəldəki xərcləri iki sütuna bölün: “vacib” və “vacib olmayan”. Bütün vacib xərcləri saymağa başlayın – mənzilin ödənişi, kommunal xərclər, mobil rabitə, kreditlər, benzin, təhsil və ya uşaq bağçası üçün ödənişlər, həkimlərə aylıq ziyarətlər və fitnes. Sonra “vacib olmayan” sütununu doldurun (çətin vəziyyətdə, xərcləri məhz bu siyahıdan minimuma endirməyə çalışın).

Gəlir və xərcləri qeyd edənlər 5-30% daha az xərcləyirlər. 

GəlirlərMəbləğ Vacib xərclərMəbləğVacib olmayan xərclərMəbləğ
MaaşMənzil kirayəsiƏyləncə/kafe
Əlavə gəlirKommunal xərclərOyuncaqlar 
ÖdənişlərƏrzaqHədiyyələr 
Depozitlərdən faizlərMəişət malları 
Nəqliyyat (avto, metro, taksi)
Rabitə 
Uşaq xərcləri
Sağlamlıq
İdman
Planlaşdırılmış hədiyyələr
Gözlənilməyən xərclər

Ay ərzində planlaşdırılmış xərclərə sadiq qalmağa çalışın, amma bir şey plana uyğun getmirsə, bu böyük bir problem deyil. Sonra harada daha çox xərclədiyinizi və harada daha az xərclədiyinizi analiz edin. Büdcənizi ən azı üç ay əvvəlcədən, ideal olaraq bir il üçün planlaşdırmağa çalışın. Hər ay baş verməyən xərclərə xüsusi diqqət yetirin: avtomobil baxımı, tətil, paltar alışı, böyük alış-veriş, idman zalına üzvlük, ailə üzvləri üçün ad günü hədiyyələri. Bir il qabağa baxın, nə qədər və nə vaxt pula ehtiyacınız olacağını başa düşmək üçün bütün əsas xərcləri aya görə yazın. Bəzi aylarda böyük alış-verişlərinizin olmayacağı və bəzi aylarda eyni anda bir neçə böyük xərc maddəsi olması tamamilə mümkündür və bu xərclərə əvvəlcədən hazırlaşmalısınız.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Addım 4. 50/20/30 qaydasını test edin

Büdcənizi qurmağı və idarə etməyi asanlaşdırmaq üçün fərqli metodları sınayın. Büdcələşdirmənin bir çox prinsipi var, ən populyarlarından biri “50/20/30 qaydası”-dır. Bu qaydanı 2005-ci ildə ABŞ senatoru Elizabet Vorren, qızı Amelia ilə birlikdə “Həyat üçün pul planı” kitabında izah edib. Bu qaydanı öz həyatının nümunəsindən götürməsi maraqlıdır. Bir fəhlə ailəsinin dördüncü övladı olaraq, Elizabet 12 yaşında atasını itirdi. Ailəsinə kömək etmək üçün Meksika restoranında ofisiant kimi işə başladı. Gəlir az idi, lakin 50-30-20 qaydası George Washington Universitetində təhsil almağa, daha sonra Houston Universitetində bakalavr dərəcəsinə və Rutgers Universitetində hüquq magistr dərəcəsinə pul toplamağa imkan verdi. Bugün xanım Vorren dünyanın ən nüfuzlu 100 adamından biridir.

Bu qaydaya əsasən büdcə bu cür bölünməlidir:

  • 50% – əsas xərclər, misal üçün mənzilin kirayəsi, vergilər və ərzaq;
  • 30% – vacib olmayan xərclər: əyləncə, kafe, kino, özünə qulluq. 
  • 20% – toplamalar və kredit və borcların ödənilməsi

Əlbəttə ki, hər kəs bu üsula əməl edə bilməyəcək: bəziləri maaşlarının yarısını və ya daha çoxunu mənzil kirayəsinə xərcləyirlər. Lakin 50/20/30 nisbəti səy göstərməli olduğunuz bir şeydir. Bu düsturdakı ən vacib hissə 20%-dir, amma motivasiyanı itirməmək üçün pulun bir hissəsini özünüz üçün saxladığınızdan əmin olun. Bu qayda sizə pul qazanmağı və həyatdan zövq almağı öyrədəcək, çünki maliyyə planlaşdırması yalnız çətinliklərlə müşayiət olunmamalıdır.

Addım 5. Vacib olmayan şeylərdə qənaət etməyi öyrənin

Ağıllı şəkildə qənaət etdikdə həddi aşmaq olmaz. Özünüzə hər şeyi qadağan etməməlisiniz, sadəcə xərcləri optimallaşdırmalısınız. Ən birinci və ən sadə texnika, əşyanın sizə lazım olmadıqda, alışdan imtina etməkdir. Bir neçə həftə gözləyin: yeni bir şey sizə həqiqətən lazımdırsa, bunu başa düşəcəksiniz. Hər gün pula qənaət etmək üçün daha bir neçə ip ucu var:

  • Alış və səyahətlərinizi əvvəlcədən planlaşdırın. Bir neçə aydan sonra təyyarə ilə uçmaq və ya qatarla getmək lazım olduğunu dəqiq bilirsiniz – qiymətlər artmazdan əvvəl biletləri alın. Geyimləri mövsüm başlamazdan əvvəl endirimlə alın.
  • Bahalı əşyaları bir dəfəyə almayın. Düşünmək üçün özünüzə ən azı bir neçə gün verin. Hələ də almaq istəyirsinizsə, bu ay maliyyə ehtiyatlarınızdan istifadə etmədən xərcləri necə azaltacağınızı düşünün.
  • Sağlamlığınıza nəzarət edin. Dişinizin plombu düşübsə dişin tamamilə dağılmasını gözləmədən diş həkiminə müraciət edin. Boş buraxsanız, həm sizə, həm də cüzdanınıza zərər verəcək. Sağlam bir həyat tərzi sürməyə çalışın ki, həkimlərə və apteklərə daha az pul xərclənsin
  • Lazımsız əşyaları satın. Çalmağa öyrənmədiyiniz bir gitara, övladınızın çoxdan böyüdüyü bir uşaq arabası, cəmi bir neçə dəfə istifadə etdiyiniz toster – bunların hamısı real pula çevrilə bilər.
  • Alış-verişi siyahı ilə edin. Alış-verişə nəyə ehtiyacınız olduğunu bilərək gedin. Mağazaya getməzdən əvvəl evdə olan ərzaqları yoxlayın və bilmədən artıq şey almamaq üçün bitmiş və ya bitməyə yaxın olan siyahıya əlavə edin. Mağazaya ac getməyin – bu vəziyyətdə mütləq daha çox xərcləyəcəksiniz!
  • Evdə yemək hazırlayın. Həm də özünüzlə işə yemək götürün ki, hər gün yeməyə pul xərcləməyəsiniz. Yarımfabrikat məhsullar hazırlayın və dondurucuda saxlayın ki, lazım olanda asanlıqla buzun əridib hazırlaya biləsiniz.
  • Hər alış-verişdə bonuslardan istifadə edin. Umico tətbiqinin ən aktiv istifadəçisi olun! Tərəfdaşlarımızdan alış-veriş edin və keşbek qazanın. Bunu, xüsusilə bahalı və dəyərli bir şey aldığınız zaman xatırlamağa dəyər. Ərzaq alarkən, istehsalçıdan əlavə bonusu olan məhsullara diqqət yetirin.
  • Bir həftəlik ərzaq məhsullarını hipermarketlərdə alın. Burada bəzi mallar daha ucuz ola bilər, məsələn, məişət kimyəvi maddələr, uşaq məhsulları, ərzaq məhsulları. Umico tərəfdaşları ilə istənilən çek miqdarı üçün zəmanətli keşbek əldə edirsiniz – 1%. Bravo, Bolmart, Grandmart, Səbət, Yaxın market, Avromart, Baqqal, Ballı market, Happy market, Elmar market, Army market, Okean Market – özünüzə ən yaxın olan supermarketi seçin. Keşbek daha yüksək ola bilər – tərəfdaşlar kataloquna baxın.
  • BirKart Umico kartı ilə ödəniş edin. Bu, istənilən bir şeyi ödəmək üçün istifadə edə biləcəyiniz və əlavə olaraq Kapital Bank-dan 1,5%-dək keşbek qazana biləcəyiniz bank kartıdır. Bunun böyük üstünlüyü ondan ibarətdir ki, əlavə keşbekin qaytarılması bütün digər bonuslarla yekunlaşdırılacaqdır.
  • Umico aksiyalarını izləyin. Məsələn, hazırda təbii soyuq preslənmiş yağlar, un və Sm Fresh Oil pastalarını almaq sərfəlidir. Bütün Sm Fresh Oil çeşidlərindən iki və ya daha çox məhsul aldığınızda, Umico bonusları ilə 6% artırılmış keşbek əldə edirsiniz. Aksiya Bravo, Bolmart, Grandmart mağazalarında keçərlidir.

İki və ya daha çox Orbit alınması üçün 1% əvəzinə 8% artırılmış keşbek alacaqsınız. Keşbek Umico tərəfdaşı olmayan marketlərdə də əldə edilə bilər. Bunu etmək üçün Umico tətbiqində QR kodu olan qəbzi saxlamalı və skan etməlisiniz.

  • Birbaşa Umico-da ƏDV-nin 15%-dək miqdarını geri alın! ƏDV geri al kabinetində qeydiyyatdan keçin, qəbzləri toplayın və skan edin.

Əlbəttə ki, ailə büdcəsini idarə etməyə başlamaq və bir həftədən sonra bu işi tərk etməmək üçün səy göstərməlisiniz. Nəticəni mütləq görəcəksiniz. Bir ayda pulunuzun hara getdiyini başa düşəcəksiniz və uzun müddətdə maliyyə ehtiyatınızı toplayıb bahalı bir şey ala biləcəksiniz. 

Ailə büdcənizi aparın, qənaətli olun və Umico bonuslarını qaçırmayın.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %