Çöldə havanın qaçış üçün uyğun olmadığı vaxtlarda fiziki aktivlikdən imtina etməyə dəyməz. Bu müddət ərzində idman zalına abunəlik almaq olar və ya yola vaxt sərf etməmək üçün sadəcə olaraq evdə qaçış trenajorundan istifadə etmək olar. Bu gün sizə mükəmməl qaçış trenajorunun seçimi və havadan asılı olmayaraq formada qalmaq üçün nə etməli olduğunuz haqda danışacağıq.
Qaçış trenajoru kifayət qədər iri həcmli bir trenajordur. Bununla belə, kardio aktivlik bədənin bütün əzələlərini hərəkətə gətirir və arıqlamağa, gözəl bədən quruluşuna sahib olmağa və fiqurunuzu yaxşı vəziyyətdə saxlamağa kömək edir. Qaçış trenajorunun zamanla paltar asılqanına çevrilməsinin qarşısını almaq üçün fərdi parametrlərinizə uyğun olaraq cihazı diqqətlə seçməyi təklif edirik.
Düzgün seçim etməyinizə kömək edəcək bəzi əsas xüsusiyyətlər və məsləhətlər:
Qaçış səthinin sahəsi
Qaçış səthinin ölçüsünə diqqət yetirin. Onun sahəsi nə qədər böyük olsa, qaçmaq bir o qədər rahat olar. Tövsiyə olunan minimum sahə 44×120 sm-dir, lakin daha böyük variantları seçə bilərsiniz.
Maksimum istifadəçi çəkisi
Sualın qeyri-etik olduğu görünə bilər, lakin yüksək keyfiyyətli amortizasiya üçün qaçış trenajorunun müəyyən bir ağırlığa və təzyiqə tab gətirə bilməsi lazımdır. Bu xüsusiyyət sizin təhlükəsizliyiniz və trenajorun uzunömürlü istifadəsi üçün vacibdir.
Mühərrikin gücü
Cihazın gücü qaçış səthinin performansına təsir göstərir. Sadə dillə desək, trenajor nə qədər güclü olarsa, bir o qədər hamar və sabit işləyir. Eyni zamanda, digər xüsusiyyətlər də arta bilər, məsələn, maksimum sürət və yüksəklik bucağı. Orta parametrlər 2-4,5 at gücü hesab olunur.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Sürət və bucaq
Əgər təzəlikcə qaçmağa başlamısınızsa, o zaman maksimum sürət o qədər də vacib deyil, lakin əsl qaçışçılar üçün 10 km/saat sürət kifayət etməyəcək. Buna görə parametrləri artıq götürməyi məsləhət görürük.
Qalxma bucağı həm sürəti, həm də dözümlülüyü inkişaf etdirməyə kömək edəcək, həm də məşq proqramını şaxələndirəcək. Yaxşı qaçış trenajorları 16-20 km/saat sürətə və 15%-ə qədər qalxma bucağına çatma qabiliyyətini təmin edir.
Məşq proqramları
Bir çox qaçış trenajorları müxtəlif məşq proqramlarını təqdim edir. Kalori yandırma, interval, dözümlülük və s. kimi fitnes məqsədlərinizə uyğun olan daxili proqramların olub olmadığını yoxlayın.
Rahatlıq üçün əlavə seçimlər
Əsas parametrlərə qərar vermisinizsə, indi rahatlığı artıracaq və istifadəçi təcrübəsini yaxşılaşdıracaq xüsusiyyətlərə keçməyə dəyər.
Amortizasiya – qaçış səthinə təsirləri yumşaldır və oynaqlardakı gərginliyi azaldır. Bütün qaçış səthləri standart olaraq amortizator funksiyası ilə təchiz edilmişdir, lakin bəziləri əlavə olaraq amortizator sistemi ilə təchiz edilmişdir.
Məlumatlar ekranı – burada siz sürəti, məşq proqramını təyin edə, ürək döyüntüsünüzü izləyə və sinxronizasiya və ya musiqi oxutmaq üçün smartfonu qoşa bilərsiniz.
Təhlükəsizlik – İstifadə edilmədikdə qaçış trenajorunun avtomatik bağlanma funksiyasının olub olmadığını yoxlayın.
Ölçü və daşınma qabiliyyəti – Evinizdə qaçış trenajorunu yerləşdirmək üçün nə qədər yer olduğunu və məşq etmədiyiniz zaman onu kənara qoyub-qoymayacağınızı müəyyənləşdirin. Buna əsaslanaraq, qatlama və ya stasionar variantı, həmçinin parametrləri seçin. İndi üst çubuq və displeysiz, yalnız qaçış səthi olan variantlar var ki, onları yerə qənaət etməklə asanlıqla şkafın arxasında saxlaya bilərsiniz.
Digər istifadəçilərin təcrübəsi düzgün qaçış trenajorunu seçməyə kömək edə bilər. Sizin üçün ən yaxşı variantı tapmaq üçün rəyləri oxuyun və onlayn icmalları izləyin. İdeal trenajor idman məqsədlərinə çatmaqda, gözəl fiquraya sahib olmaqda və sağlam vərdişlər əldə etməkdə partnyorunuz olacaq. Və unutmayın ki, belə bir alış sizin sağlamlığa sərmayənizdir.