Umico Relax

Qəhvə içkilərinin tarixi və onları dada biləcəyiniz Bakının ən yaxşı kafeləri

Qəhvə həmişə aktualdır. Qışda rahat bir məkanda aromatik kapuçino ilə istilənmək isə lap əvəzolunmazdır. Təsəvvür etmisiniz? O zaman Bakıda ən sevdiyiniz qəhvəni dadmaq üçün seçdiyimiz Bakı kafelərini özünüzdə qeyd edin. Americano, espresso, kapuçino, flat white – sevdiyinizi seçin və eyni zamanda sizin üçün topladığımız qəhvə içkilərinin əyləncəli hekayələrini oxuyun.

Türk qəhvəsi

Türk və ya şərq qəhvəsi içki hazırlamağın ən qədim reseptdir. Rəvayətə görə, qəhvəni Türkiyəyə Suriyalı tacirlər 1555-ci ildə gətirmişlər! Afrikada icad edilən resept Konstantinopola Orta Şərqdən gəldi. Resepti bədəvilər icad edib: istiliyi tənzimləmək üçün odun üstündə üyüdülmüş qəhvə cəzvədə dəmlənilirdi, onu qumun üstündə oda yaxınlaşdırıb uzaqlaşdırırdılar. Konstantinopolun qayalı torpağı bu üsul üçün uyğun deyildi, buna görə burada qumla doldurulmuş istilik cihazları icad edildi. Türklər qəhvəni o qədər bəyəndilər ki, XVI əsrdə kişilərin yığışıb söhbət etməkləri üçün Konstantinopolda qəhvəxanalar açılmağa başladı. Osmanlı tarixçi İbrahim Peçevi, insanların qəhvəxanaları məscidlərdən üstün tutduqları üçün imamlar içkinin qadağan edilməsini tələb etdiklərini yazırdı. Ruhanilər qəhvə sözünün (türkcə “kahve”) ərəbcə “qəhvah”, yanı İslamda qadağan edilmiş şərab sözündən yarandığını israr etdilər. Bir müddət Osmanlı İmperiyasında qəhvə qadağan edildi, lakin sağlam düşüncə hakim oldu.

2013-cü ildə Türk qəhvəsi UNESCO-nun Dünya Mirasları Siyahısına daxil edildi, Türkiyənin özündə isə bu içki həmişə vacib bir mədəni əhəmiyyətə sahib olub. Qızların qəhvə dəmlədiyi onların müvəffəqiyyətlə evlənmək şansını artdığına inanırdılar, buna görə qəhvə dəmləmə sənətini xüsusi öyrənirdilər. Bu ənənənin əks-sədaları bu günə qədər gəlib çatmışdır: bəyin valideynləri qız üçün elçi gələndə, qız şəxsən qonaqlar üçün qəhvə hazırlamalıdır. Belə bir türk sözü var: “Bir fincan qəhvə 40 il yaddaşlarda qalır”. Bu gün Türk qəhvəsini xüsusi qəhvə maşınlarında hazırlanır, lakin reseptin detalları çox vacibdir, məsələn, istifadə edilən ədviyyatlar – kardamom, zəncəfil, darçın.

Türk qəhvəsini Terra Coffee Roastery-də için və Umico-dan 3% keşbek qazanın.

Ünvan: Nizami küç., 96

Espresso

Espressonu içməyə cəmi 30 saniyəniz var – bəli, bu içkinin “ömrü” bu qədərdir. Bu qəhvə növü məhz qəhvə fasilələrini qısaltmaq üçün yaradılıb.  

XIX əsrin sonunda – XX əsrin əvvəllərində İtaliyada sənaye inqilabı sürətlə davam edirdi, fabrikaların rəhbərləri isə məhsuldarlıq uğrunda mübarizə aparırdılar. İşçilərin qəhvə içmək üçün çox uzun fasilələr verdiklərinə fikir verdilər. O vaxtlar içkini 5 dəqiqə ərzində hazırlayırdılar, sonra da içkidən həzz alaraq içirdilər. Çevriliş 1884-cü ildə İtalyan ixtiraçı Angelo Moriondonun ilk espresso maşınını patentləşdirdiyi zaman baş verdi. O, “Qəhvə içkisinin sərfəli və ani istehsalı üçün yeni buxar maşını” adlandı və bir dəqiqəyə kiçik fincan qəhvə içkisi hazırlayırdı. Bir müddət sonra, 1901-ci ildə İtalyan mühəndis Luigi Bezzera espresso qəhvə maşınının mexanizmini təkmilləşdirdi. O vaxtdan bəri espressonun dünya zəfəri başladı. İçkinin adını “espresso”, italyan dilindən tərcümədə “sıxılmış” qoydular. 1920-ci ildə bu söz artıq İtalyanların leksikonunda idi, onu hətta öz lüğətində leksikoqraf Alfredo Panzini qeyd etdi.

İtalyanlar espressonu səhərlər və hətta işə tələsərkən ayaq üstü içirlər. Espressonu içdikdən sonra qalan ləzzətə görə içirlər: bir fincan espressodan sonra heç nə yeməsəniz, onun tamından yarım gün ləzzət alacaqsınız. Espressonun ən qəhvə növü olduğunu düşünə bilərsiniz, lakin bu belə deyil. Ağırlıq birbaşa qəhvə və suyun nə qədər təmasda olmasından və üyüdülmüş qəhvə  dənələrinin nə qədər kofein verməsindən asılıdır. Espresso 20-30 saniyə ərzində hazırlanır, buna görə tərkibində çox az kofein var (yeri gəlmişkən, ən güclü Türk qəhvəsidir, 6 dəqiqə dəmlənilir). Espressonunuzun dadlı olub-olmamasını necə bilmək olar? Səthində mütəxəssislərin “krem” adlandırdıqları köpük olmalıdır. Krem çökməyibsə, kifayət qədər sıx qalıbsa, o zaman espresso düzgün hazırlanıb.

Bir fincan espressonu Coffevar kafesində için və Umico-dan 3% keşbek qazanın.

Ünvan: Nizami küç., 100-104

Amerikano

Amerikano tarixi, adından da göründüyü kimi, Amerika ilə, daha doğrusu amerikalılarla bağlıdır. 19-cu əsrdə orada qəhvəni sevirdilər, yalnız özlərinə uyğun şəkildə dəmləyirdilər. Damla qəhvə bişiricilərində hazırlanırdı və 220 ml stəkanlarda içilirdi, barlarda içkiyə “Jonun krujkası” deyilirdi. II Dünya Müharibəsinin sonunda İtaliyanı nasistlərdən azad edən Amerika əsgərləri, yerli barmenləri “Conun krujskasını” hazırlamaq tələbləri ilə bezdirmişdilər. Təbii ki, amerikalılar İtalyan espressosunun mənasını başa düşmədilər – o, çox güclü və gülünc dərəcədə az idi. İtalyanlar da öz növbəsində amerikalıları anlamadılar, lakin bir çıxış yolunu tapdılar: sadəcə espressoya daha çox su əlavə etdilər və böyük stəkanlarda verdilər. İtalyan dilini bilməyən əsgərlərin su əlavə olunmuş espressonu sifariş etmələrini asanlaşdırmaq üçün onu sadəcə olaraq Amerikano adlandırdılar. Digər bir maraqlı məqam – əsgərlər vətənlərinə qayıdanda İtalyan qəhvəsini unutdular və “Conun krujkasına” qayıtdılar. Amerika Amerikanonu XX əsrin 90-cı illərində, Starbucks qəhvəxana şəbəkəsinin menyusunda peydə olunduğu zaman kəşf etdi.

Ətirli amerikanonu Caffe Guisto qəhvəxanasında içə bilərsiniz, Umico-dan keşbek isə 5% təşkil edəcək.

Ünvan: Bül-bül pr., 45A; Niyazi küç., 5

Kapuçino

Şəkil: Visit Roemvanitch/EyeEm/Getty Images

Bu içkinin tarixi əfsanələrlə əhatə olunub. Onlardan birinə görə, kapuçino İtalyan kaputsin rahibləri tərəfindən icad edilib. Onlar qəhvəni sevirdilər, lakin canlandırıcı içkini “şeytan içkisi” hesab edirdilər, ona görə qəhvəyə qızdırılmış çırpılmış süd əlavə edirdilər. Çırpılmış süd köpüyü olan qəhvə içkisi, rahibələrin paltarlarına çox bənzəyirdi, buna görə də onu kapuçino adlanırdılar. İkinci əfsanəyə görə, kapuçino rahib Marko D’Aviano sayəsində Vyanada meydana çıxdı. 1863-cü ildə Papa onu Avropa güclərini türklərə qarşı hərbi koalisiyada birləşdirmək üçün Vyanaya göndərdi. Vyanada olduğu müddətdə o, bir kafeyə girib güclü bir qəhvə içkisini içmək istədi və ona süd əlavə etməsini xahiş etdi. Ofisiant rahibin qəhvə və süddən hazırlanmış qəribə bir içki içdiyini görəndə qışqırdı: Kapuziner!

Hansı əfsanənin doğru olması fərq etmir – sıx və yüngül köpüklü əsl kapuçinonu mühəndislər yaratdı. Əvvəlcə Giuseppe adlı öz-özünə öyrənmiş bir ixtiraçı, kapuçinatorun prototipini icad etdi. O, iki qabdan ibarət idi: birində su qızdırıldı, digərində süd var idi, birinci qabdan boru ilə keçən buxarla süd çırpılırdı. 1901-ci ildə isə mexanizm Luigi Bezzera tərəfindən espresso maşınını icad etdiyi zaman təkmilləşdirildi. Maşından çıxan buxar südü köpükləndirmək üçün istifadə olunurdu. Nəticədə, rəng birləşməsi kaputsin rahiblərinin paltarının çalarlarına çox bənzər bir içki əldə edildi – tünd qəhvəyi və ağ. Hər halda kaputsinlərlə əlaqələndirilən içkinin adı yarandı. 

Kapuçinonun dolğun ətrindən Stories Coffee-də həzz alın və Umico-dan 5% keşbek qazanın. 

Ünvan: H.Cavid pr., 106B/A

Latte

İtaliyada bu içkinin adlandırılmasının yeganə yolu budur, latte istəsəniz, sizə süd gətirəcəklər. Latte, ona ən oxşar içki olan kapuçinodan süd nisbəti ilə fərqlənir – daha çoxdur. Bu içki məhz ona görə ortaya çıxdı ki, avropalılar və amerikalılar üçün ağır olan kapuçinoda kifayət qədər süd yox idi. Hekayəsi budur: XIX əsrdə Avropa və Amerika qədimi olan hər şey üçün moda yarandı və İtaliyaya çox sayda turist axın etdi. Barlarda və restoranlarda olan turistlər içkiyə daha çox süd əlavə edilməsini istəməyə başladılar – tədricən yeni bir resept ortaya çıxdı. 1847-ci ildə İngilis qəzetlərindən biri, İtalyan qəhvəxanalarında turistlərə ənənəvi kapuçinodan daha yüngül içkinın (latte) təklif edildiyini qeyd etdi. İngilis William Dean Howells, 1867-ci ildə “İtalyan Səyahət” adlı essesində onun haqqında yazdı. Amerikalılar lattenin müəllifinin XX əsrin 50-ci illərində Kaliforniyanın Berkli şəhərindəki “Mediterraneum” barına sahib olan İtalyan mühacir Lino Meyorinin olduğuna əmindir. Lattenin Avropa məşhurluğu XX əsrin 80-ci illərində başlamışdır, lakin bu qəhvə içkisi bu gün də çox sevilir.

Qənnadı və qəhvə – Cinnabon & Schlotzsky’skafesini ziyarət etmək üçün əla fikirdir! Üstəlik Umico-dan 5% keşbek qazanacaqsınız.

Ünvanlar: 
Fətəli xan Xoyski küç., 14
Azadlıq pr., 15а/4
M.Ə.Rəsulzadə küç., 4a
Neftçilər pr., 26a

Latte makiyato 

Sadə hekayəsi var – kimsə latte əksini hazırladı. Qəhvəyə süd tökmək əvəzinə südə qəhvə əlavə etdi. Latte makiyatonun fərqli bir xüsusiyyəti, ağ köpük üzərində qəhvəyi qəhvə ləkəsidir. İçki görünüşünə görə adını aldı: İtalyan dilindən tərcümədə “latte” süd, “macchiato” isə ləkəli deməkdir. İlk dəfə “latte macchiato” adı Avropa və Amerika ictimaiyyətinə 1989-cu ildə beynəlxalq Starbucks qəhvəxana şəbəkəsinin menyusuna daxil edildikdə geniş tanındı.

Sevdiyiniz qəhvəni həmişə özünüzlə See you latte qəhvəxanasında götürə bilərsiniz, üstəlik Umico-dan 5% keşbek qazanacaqsınız.

Ünvan: Nizami küç., 203

Ice coffee

Bu içkinin tarixçəsi aydındır – istidən soyuq qəhvə xilas edirdi, məsələn, XVII əsrdə Şərqi Hindistandakı Holland kolonistləri. Soyuq qəhvə içkisi 1840-cı illərdə Avropada məşhur idi, ona mazagran deyilirdi. Uzun müddət çəkən mühasirədə, Əlcəzairin Mazagran qalası qarnizonunun Fransız əsgərləri güclərini şərbət qarışıqlı soyuq qəhvə ilə bərpa edirdilər. Maraqlı fakt: Onore de Balzak inanılmaz iş qabiliyyətini davamlı olaraq soyuq qəhvə içməsi ilə izah edirdi. Böyük yazıçı üyüdülmüş qəhvə dənələrinə soyuq su tökürdü və bu cür qəhvənin ənənəvi şəkildə hazırlanmış qəhvədən daha yaxşı canlandırdığını bildirirdi. “Buzlu qəhvə” adının özü ilk dəfə 1920-ci illərdə ABŞ-da Qəhvə Reklamı üzrə Birləşmiş Komitənin səyləri nəticəsində ortaya çıxdı. Bundan dərhal sonra buzlu qəhvə ən məşhur fast food şəbəkələrinin menyularına əlavə olundu. 

Fərqli ölkələrdə buzlu qəhvə müxtəlif yollarla hazırlanır: südlə, çırpılmış qaymaqla və ya dondurma ilə, şərbət və buzla. Məsələn, Glisse-nin ortaya çıxdığı haqda əfsanə. XIX əsrin sonu və ya XX əsrin əvvəllərində bir Avstriya qəhvəxanasında qaymaq bitmişdi və qonağa dondurma ilə Vyana qəhvəsi verildi. Qonaq içkini çox bəyəndi və o vaxtdan bəri yalnız belə qəhvə sifariş etdi. Buzlu qəhvənin ən populyar növlərindən biri olan Frappe reseptinin isə öz müəllifi var. 1957-ci ildə Yunanıstanda keçirilən bir sərgi zamanı Nescafe şirkətinin təmsilçisi Dimitrios Vakondios qəhvə üçün qaynar su tapa bilmədi. Buna görə, hazır qəhvəni şəkər və bir az su ilə mikserdə qarışdırdı. Köpüyə soyuq su qatdı və stəkana daha çox buz əlavə etdi – Frappe belə yarandı.

Qış aylarında soyuq qəhvə içkisi istəsəniz Cafe Blaze-ə üz tutun. Burada soyuq amerikano və latte içə biləcəksiniz, üstəgəl Umico-dan 8% keşbek qazanacaqsınız. 

Ünvan: Xəqani küç., 42

Flat white

Bütün dünyada inanılmaz dərəcədə sürətlə populyarlıq qazanmağı bacaran ən gənc resept. Ya Yeni Zelandiyalılar, ya da Avstraliyalılar tərəfindən icad edilmişdir. Hər halda, 2005-ci ildə avstraliyalı Piter Xoll və Yeni Zelandiyalılar Ceyms Qurnsi və Kemeron Makklyure Londonda bir qəhvəxana açdıqda bütün dünya Flat White-a aşiq oldu. Görəsən məkanın adı nə idi? ” Flat White Soho”. Dörd il sonra qəhvəxanada gündə 700 fincan Flat White satılırdı. 2010-cu ildə Starbucks içkini Londondakı qəhvəxanalarında təqdim etməyə qərar verdi, Costa Coffee isə içkini yalnız bir və ya iki həftə sonra Britaniyada satmağa başlayan ilk şəbəkə oldu. Bəs Flat White nə deməkdir? 1980-ci illərdə Oklenddən (Yeni Zelandiya) olan barista Derek Taunsend qəhvə və südün tarazlaşdırılması ilə eksperiment edirdi. Köpükdən imtina etdi, südün miqdarını azaltdı və daha ləzzətli qəhvə dadı üçün ikiqat espressodan istifadə etdi. Nəticədə Flat White alındı (“düz ağ”) – xırda qovuqcuqlu, düz, hamar və məxmər süd köpüyü olan bir içki.

Bir fincan qəhvə ilə CoffeeRabb-da xoş istirahət edin və Umico-dan 3% keşbek qazanın. 

Ünvan: Süleyman Rüstəm küç.,  7/15В

Umico, sevdiyiniz qəhvəxanaya baş çəkib özünüzü ətirli qəhvə ilə sevindirmək üçün vaxt tapmağınızı məsləhət görür!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %