Umico Chef

Multibişiricidə‌ ‌nə‌ ‌hazırlamaq‌ ‌olar:‌ ‌hər‌ ‌macəraya‌ ‌uyğun‌ ‌5‌ ‌müxtəlif‌ ‌resept.‌ ‌ ‌

Multibişirici əsl can rahatlığıdır. Birincisi, onunla istənilən yeməyi bişirmək olar: ət, balıq, yoqurt, müxtəlif suplar, piroqlar, və mürəbbələr.  İkincisi, bişirərkən heç əziyyət çəkməyəcəksiniz, çünki sizə yalnız inqredientləri hazırlayıb, lazımi proqramı seçmək lazım olacaq. Üçüncüsü, multibişiricidə hazırlanan bir çox yeməyin dadı daha yaxşı alınır. Biz səhər yeməyi, nahar və şam yeməyi üçün bəyənəcəyiniz reseptləri toplamışıq. 

Sizin hələdə multibişiriciniz yoxdursa, onu Umico Market-də seçə bilərsiniz. Redmond, Polaris, Vitek, Bosch və Camry ən yaxşı modellər buraxan məşhur brendlərdir. 

Səhər yeməyinə tərəvəzli omlet

Depositphotos

Hazırlanma müddəti: 40 dəqiqə

Dadlı və doyumlu səhər yeməklərini xoşlayırsınızsa, bu resept işinizə yarayacaq. Multibişiricidə bütün ailə üçün omlet birişmək olar, daha doğrusu, siz səhər digər işlərlə məşğul olarkən, o, özü bişirəcək. Multibişiricidə omlet qalın və şirəli alınır. 

Tərkibi: 

  • yumurta – 3 əd.
  • 3,2% yağlı süd – 1 stəkan (170 ml)
  • pomidor 
  • pendir – 50 q
  • kərə yağı – 15 г 
  • azca yaşıl soğan 
  • zövqə görə duz, qara istiot, quru reyhan

Hazırlanması

  1. Bütün inqredientləri hazır edin: pendiri iri sürtgəcdən keçirin, pomidoru nazik doğrayın, soğanı da doğrayın, yumurtaları isə çalxalayın. 
  2. Yumurtaya süd əlavə edin, və pendir, soğan, düz və ədviyyatla qarışdırın. 
  3. Multibişiricinin dibinə azca kərə yağı qoyun. Yumurta qarışığını içinə tökün, doğranmiş pomidoru əlavə edin və 30 dəqiqəyə “Bişirilmə” rejimini qoşun. 
  4. Omlet hazır olanda, onu astaca boşqaba çevirin və göyərti ilə bəzəyin. 

Kompakt, rahat, dəbli və funksional Redmond RMC-M4502 multibişiricisi mətbəxdə köməkçiniz olacaq. Onu Umico Market-də tapa bilərsiniz. 


Nahara qırmızı borş

Depositphotos

Hazırlanma müddəti: 1,5 saat

Multibişiricidə borş doyumlu alınır, dadı isə dolğun olur. Borş aşmayacaq, multibişiricinin qazanı 5 və daha çox litr üçün nəzərdə tutulubsa, yemək böyük ailəyə də bəs edəcəkdir. Siz multibişiricini səhər işə qoşub rahatlıqla gedə bilərsiniz. Yaxınlarınız evə gələndə, nahar yeməyi isti olacaq. 

Tərkibi: 

  • dana əti – 300 q
  • su – 2 l
  • təzə kələm – 200 q
  • çuğundur – 2 əd.
  • kök – 1 əd.
  • soğan – 1 əd.
  • kartof – 2 əd.
  • 2 ədəd təzə pomidor və ya tomat pastası
  • əridilmiş yağ – 1 xörək qaşığı
  • sarımsaq – 2 diş
  • şəkər – 1 çay qaşığı
  • yarım limonun soku 
  • göyərti
  • zövqə görə duz və ədviyyatlar 

Hazırlanması

  1. Tərəvəzləri hazırlayın: çuğunduru, kökü və soğanı təmizləyin. Kökü və çuğunduru iri sürtgəcdən keçirin, soğanı isə doğrayın. Kələmi nazik doğrayın, pomidoru parça-parça doğrayın, sarımsağı isə pressdə sıxın. 
  2. Multibişiricinin qazanına yağı, kökü və soğanı əlavə edin. “Qızartma” və ya “Bişirilmə” rejimini seçib, silikon kürəkciklə qarışdıraraq, 5 dəqiqə ərzində bişirin. Qapağı açıq olmalıdır. 
  3. Sonra dana ətini və pomidorları əlavə edib, daha 5 dəqiqə ərzində qızardın. 
  4. Qazana çuğundurun yarısını, kələmi, kartofu qoyun və az miqdarda şəkər əlavə edin. Duz əlavə edin və isti su tökün. “Pörtlədmə” rejimini qoşun və bir saatlıq bağlı qapaq ilə saxlayın. 
  5. Çuğundurun ikinci yarısına bir stəkan qaynar su tökün, limon sokunu əlavə edin və qaynadın. Borş hazır olanda, çuğundur suyunu süzün və ona əlavə edin. 
  6. Sarımsağı, ədviyyatları və doğranmış göyərtini əlavə edin. Multibişiricini “İsitmə” rejimini keçirin və 10 dəqiqəyə qoyun. Borşu xama və qara çörək ilə süfrəyə təqdim edin.

Umico Market-də tapa biləcəyiniz Vitek VT-4281 multibişiricisi ilə yemək bişirməkdən zövq alın.


Qonaqlar üçün toyuqlu-göbələkli rizotto

tasteofhome.com

Hazırlama müddəti: 50 dəqiqə

Vaxtınız az olsa da, bu, eksperimentlərə manə olmasın! Qonaqlarınız üçün italyan sayağı rizottonu multibişiricidə bişirin. Əsas sirrlərdən biri düyüdür, yeməyin lazımi konsistensiyası üçün o, bol nişastalı olmalıdır. Rizotto üçün “Arborio” düyüsü uyğundur. İkindi vacib sirri isə – durmadan qarışılmadır. Bu reseptə hər şeyi multibişiriciyə qoyub, qapağı bağlamaq və unutmaq alınmayacaq, lakin nəticə gözləntilərinizi qarşılayacaq!

Tərkibi:

  • toyuq filesi – 300 q
  • toyuq bulyonu – 500 ml
  • şampinyonlar – 200 q
  • soğan – 1 əd.
  • 20-22%-lik qaymaq – 100 ml
  • ağ turş xörək çaxırı – 150 ml
  • Arborio düyüsü – 250 q
  • quru reyhan – 1 çay qaşığı
  • zeytun yağı – 30 ml
  • qara toz istiot– ½ çay qaşığı
  • quru cəfəri – 1 çay qaşığı
  • duz – ½ çay qaşığı

Hazırlanması:

  1. Soğanı təmizləyib nazik doğrayın. Toyuq filesinin damarlarını təmizləyin və 1 sm-lık hissəciklərə xırda kəsin.
  2. Multibişiricinin qazanına azca yağ tökün, soğanı qoyun və “Qızartma” rejimində 5-7 dəqiqə ərzində qarışdıraraq qızardın. 
  3. Sonra qazana düyünü tökün və qarışdırın. Turş çaxırı tökün və o, buxara verilənə kimi bişirin. 
  4. “Pörtlədmə” rejimini 30 dəqiqəlik qoşun və kiçik porsiyalarla isti bulyonu tökün. Hər dəfə bulyonun hopmasını gözləyin və qarışdırın. Bulyon hopan kimi, yeni porsiyanı əlavə edin. 
  5. Hazırlanmanın yarısında (düyü şişəndə, lakin ici bərk qaldıqda) toyuq filesini, göbələkləri və göyərtini əlavə edin. Qarışdırın və tam bişənə kimi qapağın altında saxlayın. 
  6. Sonda qaymağı əlavə edin, o, rizottonu daha incə və şirəli edəcək. Qaymaqlı rizottonu yaxşıca isidin, zövqə görə duz və istiot əlavə edin. 
  7. Rizottunu birbaşa isti halında süfrəyə gətirin. Əzilmiş parmezanı əlavə etsəniz, o, lap yerinə düşəcək.

İstənilən çətinlik səviyyəsində olan yeməklərin öhdəsindən Polaris PMC 0558AD multibişiricisi gələcək. Onu Umico Market-də seçib, çatdırılma ilə əldə edə bilərsiniz.


Ev tədarükləri: badımcan kürüsü 

Polaris.ru

Hazırlanma müddəti: 3 saatdan yuxarı

İstəyinizdən asılı olaraq kürünü steril bankalara qoyub, tədarük etmək, və ya bir neçə porsiya hazırlayaraq, soyuducuda saxlamaq olur. Badımcan kürüsü qəlyanaltı kimi yaxşıdır, həmçinin əsas yəməklərə gözəl əlavıdir. 

Tərkibi:

  • badımcan 0,7 kq 
  • şirin bibər 300 q 
  • pomidor 300 q
  • soğan 200 q
  • sarımsaq 6–8 diş
  • 1 ədəd çili bibəri
  • 100 q göyərti: keşniş, təzə tərxun, cəfəri 
  • 2 xörək qaşığı şəkər
  • 2 xörək qaşığı alma sirkəsi
  • 4-5 xörək qaşığı duru yağ 
  • duz, təzə üyüdülmüş qara istiot

Hazırlanması

  1. Tərəvəzləri hazırlayın: bibərləri yarıya bölün, tumları və saplaqları çıxardın. Pomidorları və badımcanları orta ölçülü hissələrə, soğanı isə orta ölçülü yarımkürələrə kəsin. 
  2. Hazır tərəvəzləri multibişiricinin qazanına qoyun, duru yağ əlavə edin və qarışdırın. “Multi aşpaz” rejimində 130 °С dərəcədə 30 dəqiqə ərzində bişirin, və arada səliqə ilə qarışdırın. 
  3. Tərəvəzləri qazandan çıxarın, soyudun və blender ilə püre vəziyyətinə gətirin.
  4. “Multi aşpaz” rejimini yenidən qoşun, 130 °С temperaturu və 30 dəqiqə müddətini seçin. Tərəvəzləri qazana qaytarın, 1-2 xörək qaşığı duru yağ əlavə edin və qarışdırın. 
  5. 10 dəqiqədən sonra göyərtiləri və ədviyyatları əlavə edin. Çili bibərini yarıya bölün, tumları və saplaqları çıxardıb, nazik doğrayın. Göyərtiləri və sarımsağı doğrayın. Dörddə bir hissəsini ayırıb, qalan hissəni tərəvəzlərə əlavə edin. Ayrı boşqabda şəkəri, duzu, sirkəni və qara istiotu qarışdırıb, tərəvəzlərə əlavə edin və 20 dəqiqə ərzində bişirin. İstəyə görə duru yağ da əlavə edə bilərsiniz.
  6. Kürünü quru təmiz bankaya qoyub, tam soyudun və ən azı 2-3 saatlıq soyuducuya yerləşdirin.

Bosch MUC22B42RU multibişiricisi gücünüzə və vaxtınıza qənaət edəcək. Elə indi Umico Market-də seçin. 


Çayla içməyə meyvəli-giləmeyvəli şarlotka

Getty Images

Время приготовления: 1 час 20 минут

Hazırlanma müddəti: 1 saat 20 dəqiqə

Bu, çayla təqdim olunan klassik dessertdir. Bu piroq sobada bişəndən fərqlənəcəkmi? Dadı mütləq ləzzətli olacaq və üstəgəl vaxtınıza qənaət edəcək. 

Tərkibi:

  • yumurta – 4 əd.
  • şəkər – 1 xörək qaşığı
  • un – 1 stəkan
  • 1 cimdik duz
  • 1 cimdik vanil
  • soda – 0,5 çay qaşığı
  • azca sirkə
  • meyvə – zövqə görə
  • giləmeyvə – zövqə görə

Hazırlanması

  1. Yumurtaları şəkər ilə çalxalayın, un, duz, vanil və sirkə ilə qarışdırılmış soda əlavə edin. Almaları və ya digər meyvələri doğrayın. Dondurulmuş giləmeyvələri istifadə edirsinizsə, buzu açmayın. 
  2. Multibişiricinin qazanına yağı çəkin və üstünə manna yarmasını və ya suxariləri tökün. Xəmiri qazana yerləşdirin, meyvələri və giləmeyvələri üstünə yığın. “Bişirmə” rejimini seçin, 150 dərəcə temperaturu və 65 dəqiqə bişirilmə müddətini təyin edin. 
  3. Şarlotka hazır olanda, onun azca soyumağını gözləyin, qazandan yalnız bundan sonra çıxardın. 

Umico Market-dən sifariş edə biləcəyiniz Camry CR 6409 multibişiricisi ilə müxtəlif bişirilmə rejimləri ilə eksperimentlər aparın.

Umico Market sizə aşpazlıq ilhamını arzu edir. Nuş olsun!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
0 %