Umico Chef

Yeni il süfrəsinin 5 əsas təamı

Hər il bir çoxumuz Yeni il üçün qeyri-adi nə bişirəcəyimiz haqda düşünürük. Yeni reseptləri sınamaq istəyimizə baxmayaraq, masada həmişə hamıdan yaxşı hazırlaya bildiyimiz əsas yeməklər olur. Əgər sizin hələ belə reseptləriniz yoxdursa, biz Yeni il süfrəsində əsas yeməklər olmağa layiq olan beş təam seçmişik.

Toyuq və kürü ilə Olivye

Moskvadakı “Ermitaj” restoranının həmtəsisçisi, fransız Lüsien Olivye tərəfindən icad edilən salat, Sovet ölkələrində Yeni ilin əsas atributlarından birinə çevrildi. İlk Olivyenin nə cür olduğu dəqiq bilinmir. Ən erkən qeydə alınmış reseptlərdən biri kartof, xiyar, kahı, xərçəng boğazı, kapers, zeytun, mayonez, kabul soyası və lanspikdən ibarət idi. İndi də bir çox variantı var – ördək, mal əti, dil, qızılbalıqvə hətta krab ilə. Orijinala yaxın bir variantı təklif edirik – toyuq ilə.

İnqrediyentlər:

  • Toyuq filesi – 2 ədəd
  • Kartof – 3 ədəd
  • Turşu xiyar – 3 ədəd
  • Turşu alma – 2 ədəd
  • Kahı – 3 ədəd
  • Kərəviz sapı – 2 budaq
  • Kapers – 2 çay qaşığı
  • Konservləşdirilmiş yaşıl noxud – 4 yemək qaşığı
  • Zeytun – 6 ədəd
  • Bildirçin yumurtası – 5 ədəd
  • Cəfəri –istəyə görə
  • Mayonez – istəyə görə
  • Qırmızı kürü – istəyə görə

Hazırlayırıq

  1. Multibişiricidə toyuğun döş ətini hazırlayırıq: istiot əlavə edib bir tikə kərə yağı ilə vakuum torbaya qoyuruq və 64 dərəcə istilikdə 20 dəqiqə bişiririk. Multibişirici yoxdursa, ədviyyatlı toyuq bulyonunu hazırlayın, döş ətini içinə qoyuruq, qapağı bağlayırıq və tam soyumasını gözləyirik.
  2. Kartofu soyuruq və ədviyyatlı toyuq bulyonunda elə qaynadırıq ki, diş çubuğu ilə asanlıqla deşilə bilsin, lakin dağılmasın.
  3. Bildirçin yumurtalarını elə qaynadırıq ki, sarısı yumşaq qalsın: qaynar suya yerləşdiririk, yenidən qaynadırıq, sonra dərhal qazanı oddan götürürük, qapağı bağlayırıq və 15 dəqiqəlik saxlayırıq, sonra soyuq suya (buz ilə) qoyuruq və 10 dəqiqədən sonra birbaşa suda təmizləyirik.
  4. Yumurtaların sarısını çıxarırıq və cəfəri və bir az mayonezlə qarışdırıcıda püre halına salırıq. İstəyə görə duz və istiot əlavə edirik. Yaranan doldurma ilə yumurtalarıniçini doldururuq. Qırmızı kürü ilə üstünü bəzəyirik.
  5. Kahı yarpaqlarını doğrayırıq. Toyuğun döş ətini, kartofu, isladılmış almaları və duzlu xiyarları kiçik kublara və ya nazik zolaqlara doğrayırıq. Kapersiiki yerə bölürük, zeytunları isə xırda doğrayırıq.
  6. Əti, kartofu, kahını, kornişonu, zeytunu, noxudu vəkapersi mayonezlə qarışdırırıq.
  7. Salatı boşqaba qoyuruq. Üstünü hamarlayırıq və doldurulmuş bildirçin yumurtalarını düzürük, istədiyiniz halda üstünü kürü ilə də bəzəyə bilərsiniz.

Resept üçün lazım olanlar:

Bizim Tarla Xiyar turşusu – keşbek 1%

Bizim Tarla yaşıl noxud – keşbek 1%

Bizim Süfrə mayonez – keşbek 5%

Narşərab ilə bişmiş bibər sousu

Изображение материала

Bu yalnız gözəl və ləzzətli deyil, həm də xeyirli yeməkdir. Başqa bir üstünlüyü odur ki, kifayət qədər tez hazırlanır.

İnqrediyentlər:

  • Çili bibəri – 2 ədəd
  • Qırmızı bolqar bibəri – 1 kq
  • Təmizlənmiş qoz – 100 q
  • Krekerlər – 50 qr
  • Narşərab – 3 xörək qaşığı
  • Duz – ¾ çay qaşığı
  • Limon suyu – 1,5 xörək qaşığı
  • Zirə – ½ çay qaşığı
  • Zeytun yağı – 2 xörək qaşığı
  • Fıstıq – 50 qr

Hazırlayırıq

  1. Bibərləri (acı və şirin) çörək kağızı ilə örtülmüş tavaya yerləşdiririk və 50 dəqiqəlik 200 dərəcəyə qədər isidilmiş sobaya qoyuruq. 20-25 dəqiqədən sonra bərabər şəkildə bişirilməsi üçün digər tərəfə çeviririk.
  2. Bitmiş bolqar bibərini qabın üzərində saxlayaraq ələyə qoyuruq və onları toxumlardan, arakəsmələrdən və qabıqlardan səliqəli təmizləyirik. Qab şirəni saxlamağa kömək edəcək, və o, sonradan bizə lazım olacaq. Acı bibəri süzgəcsiz əllə təmizləyirik.
  3. Bibərləri bir qaba köçürürük, qozu, krekerləri (çox duzlu olmayanları alın), narşərabı, limon suyunu, zirəni, duzu, zeytun yağını və bolqar bibərindən qalan şirədən bir-iki xörək qaşıq əlavə edirik. Püre halına gətirmək üçün qarışığı blender ilə qarışdırın. Əgər sous sulu olsa, bir neçə kreker əlavə edə bilərsiniz, çox qatıdırsa, su və ya bibər suyu əlavə edin. Bir saatlıq soyuducuya qoyun.
  4. Fıstıqları tavada yağsız qızardırıq. Soyudulmuş sousuonlarla bəzəyirikvə dərhal süfrəyə gətiririk.

Resept üçün lazım olanlar:

Bizim Tarla narşərab – keşbek 1%

Zeytun Baglari zeytun yağı – keşbek3%

Xardal sousu və pomidor ilə dana əti

Изображение материала

Bişirməzdən əvvəl, əti folqa vərəqlərinin arasına qoyaraq, dəhrənin düz tərəfi ilə döymək və ya oxlov iləyaymaqlazımdır. Pomidor sousu özü bir qarnirdir, lakin onu kartof püresi ilə də hazırlaya bilərsiniz. Sous üçün pomidorlar əvvəlcə soyulmalı və ya hazır soyulmuşlardan(bankada) istifadə edə bilərsiniz.

İnqrediyentlər:

  • Dana əti – 4 dilim
  • Konservləşdirilmiş pomidor – 200 q
  • Qırmızı soğan – 1 baş
  • Ağ süfrə şərabı – 200 ml
  • Qaymaq 25%-lik – 50 ml
  • Cəfəri – 20 q
  • Dijon xardalı – 2 xörək qaşığı
  • Tərxun yarpaqları – 20 q
  • Kərə yağı – 50 q
  • İstəyə görə duz
  • İstəyə görə üyüdülmüş qara bibər

Hazırlayırıq

  1. Bişirməzdən əvvəl ətləri iki folqa vərəqinin arasına qoyaraq, dəhrənin düz tərəfi ilə döymək və ya oxlov ilə yaymaq lazımdır.
  2. Kərə yağında (25 q) xırda doğranmış soğanı yumşaq olana qədər qızardırıq, ağ şərab əlavə edirik və şərabın yarısı buxarlanana qədər yuxarı odda bişiririk.
  3. Qaymaq əlavə edirik, istiliyi azaldırıq və sousu təxminən bir dəqiqə qarışdırırıq. Sousu oddan götürürük.
  4. Dana medalyonlarına duz və istiot əlavə edirik və kərə yağında (25 q) hər iki tərəfini qızardırıq. Bir tərəfini üç dəqiqə, digər tərəfini isə iki dəqiqə qızardırıq (əgər medalyonlarınqalınlığı təxminən 5-7 millimetrdirsə).
  5. Bitmiş medalyonları folqaya bükərək, isti bir yerə köçürürük. Medalyonların qızardıldığı tavada qalan ət sousuna şərablı-qaymaqlı sous, xardal, duz, istiot əlavə edirik, qarışdırırıq və iki dəqiqə qaynadırıq, sonra pomidor və göyərti əlavə edirik və bir dəqiqə daha qaynadırıq. Süfrəyə verməzdən əvvəl medalyonların üstünə bu sousdan əlavə edirik.

Resept üçün lazım olanlar:

Konservləşdirilmiş pomidor Bizim Tarla – keşbek 1%

Terra Caspea Chardonnay ağ süfrə şərabı – keşbek 4%

Kərə yağı Gerda – keşbek 2%

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Nar sousunda nərə balığı

Осетрина в гранатовом соусе - Рецепты - Вторые блюда - Грузинская кухня

Nərə balığının özü artıq süfrəyə bayram əhvalını qatır. Zəhmli görünüşünə baxmayaraq, bu balıq olduqca zərifdir: içində praktiki olaraq tıx yoxdur, əti yumşaq və, demək olar ki, pəhrizlidir, ulduz şəkilli tikanlarını isə rahat çıxarmaq olar. Nar sousu bu resepti daha da ləzzətli edir. Sousa bir az narşərab və bir az da limon suyu əlavə edə bilərsiniz.

İnqrediyentlər:

  • Nar – 1 ədəd
  • Nar şirəsi – ½ litr
  • Nərə balığı – 2 kq
  • Keşniş- 1 dəstə
  • Sarımsaq – 3 diş
  • İstəyə görə duz

Hazırlayırıq

  1. Nərə balığını 1,5 smenində parçalara doğrayırıq və duzlu su ilə böyük bir qazanda bişənə qədər qaynadırıq. Qaynadıqdan sonra 10-15 dəqiqə kifayət olmalıdır. Həddindən artıq qaynatmaq lazım deyil, çünki bu halda balıq parçalanmağa başlayacaq və yemək nəticədə görünüşünü itirəcək.
  2. Bir qabdakeşnişi sarımsaq və duz ilə yaxşıca əzirik. Qarışığı digər qabda nar suyu ilə qarışdırırıq.
  3. Nərə balığının tikələrini qazandangötürüb nimçəyə qoyuruq və üzərinə nar sousunu tökürük.
  4. Üzərinə nar dənələri və keşniş səpirik və masaya gətiririk.

Resept üçün lazım olanlar:

SALUTE duz – keşbek 3%

Bizim Tarla nar şirəsi – keşbek 1%

Ilgim üyüdülmüş qara istiot – keşbek 2%

Qanaş kremi ilə şokoladlı keks 

Qəhvə tünd şokoladın dadını vurğulayır, keksə iştahaaçan və zəngin rəng qatır. Qənnadı qızıl isə bu keksləri xüsusilə zərif və təntənəli edir. Ənənəvi fransız qanaş kreminin tərkibi bir neçə əsrdir ki, dəyişməyib: yüksək keyfiyyətli tünd şokolad, yağlı qaymaq ​​və yaxşı kərə yağı. Sousda əsas şey vahidlikdir, buna görə də yaxşıca qarışdırılmalıdır. Qanaş kremi nə qədər qatı olsa, keks qapaqları öz formasını bir o qədər yaxşı saxlayacaq. Qanaş kremini hazırlamağa vaxtınız yoxdursa, kekslərin üzərinə Bizim Süfrə şokoladlı sousunu tökə bilərsiniz.

İnqrediyentlər:

  • Kakao tozu – 35 q
  • Vanil ekstraktı (və ya vanilin) ​​- 10 ml
  • Təzə dəmlənmiş qəhvə – 90 ml
  • Buğda unu – 215 q
  • Qabartma tozu – ½ çay qaşığı
  • Duz – ¾ çay qaşığı
  • Kərə yağı – 170 q
  • Soda – ½ çay qaşığı
  • Şəkər – 215 q
  • Toyuq yumurtası – 2 ədəd
  • Xama – 120 q
  • Acı şokolad – 225 q
  • Qaymaq 35%-lik – 270 ml
  • Bəkməz (və ya bal) – 40 q
  • Bizim Süfrə şokolad sousu

Hazırlayırıq

  1. Kakao, qəhvə və vanil ekstraktını (və ya vanilin) ​​qarışdırırıq.
  2. Eyni şəkildə unu, qabartma tozunu, soda və duzu qarışdırırıq.
  3. Kərə yağı və şəkəri tavada əridirik, sonra soyuyana qədər mikserlə 5 dəqiqə çalırıq. Yumurtaları bir-bir əlavə edirik, sonra kakao və qəhvə qarışığını əlavə edirik. Un qarışığının yarısını ora tökürük və qarışdırırıq. Sonra xama əlavə edirik və qarışdırırıq. Və yalnız bundan sonra qalan un qarışığını əlavə edirik.
  4. Xəmiri formalara düzürük və 20 dəqiqəlik 175 dərəcə isidilmiş sobaya göndəririk.
  5. Bəkməz və qaymağı tam qaynadırıq. Şokoladı xırda-xırda doğrayırıq, enli qaba qoyuruq və üzərinə qaynar qaymaq tökürük. 15-20 saniyədən sonra əriyən parçaları yumşaq qaşıqlaqarışdıraraq tamamilə homojen hala gətiririk – ortadan başlayırıq və tədricən bütün şokoladı əridirik.
  6. Kremi soyuducuya qoyuruq və formasını saxlayacaq qədər donana qədər arabir qarışdırırıq. Sonra kremi xəmir torbasına qoyuruq və hazır kekslərin üzərinə sıxırıq. Krem papaqlarınıqənnadı qızılı ilə bəzəyirik.

Resept üçün lazım olanlar:

Ilgim kakao tozu – keşbek 2%

Ilgim vanilin – keşbek 2%

Lavazza qəhvə – keşbek 3%

Bismak buğda unu – keşbek 2%

Kalinka kərə yağı – keşbek 3%

Atena xama – keşbek 3%

Bizim Süfrə şokoladlı sous – keşbek 5%

Choco Art acı şokolad – keşbek 2%

Удивляйте и радуйте своих гостей за праздничным столом!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %