Umico Chef

Sevimli Novruz təamları. Əlinizin altında olmalı olan reseptlər

Xəmir və doldurma ilə məşğul olmağa vaxtı olmayan biri olsanız belə, ilham, hər kəsə olduğu kimi, sizə də gələ bilər! Sizin üçün beş resept topladıq – şəkərli çörəkdən tutmuş vaxt və səbir tələb edən Bakı paxlavasına qədər. Bir şeydə əmin ola bilərik ki, bütün səyləriniz bayram süfrəsində sizinlə olacaq insanların minnətdarlığı və sevinci ilə bəhrəsini verəcəkdir!

Mətbəxdə sizə lazım olacaq:

Şor qoğal

İnqrediyentlər

Xəmir:

  • Un – 2 kq
  • İsti süd – 2 stəkan
  • Su – 1 stəkan
  • Maya – 1 çay qaşığı
  • Duz – 1 çay qaşığı
  • Şəkər – 1 çay qaşığı

İçlik:

  • Əridilmiş kərə yağı – 400 q
  • Zirə, zerdeçal, şüyüd, hil, cirə, duz, istiot – 1 çay qaşığı

Hazırlayırıq

  1. 1 çay qaşığı maya və 1 çay qaşığı şəkər tozunu bir az ilıq süddə qarışdırın və bir az  gözləyin.
  2. 2 kq una 2 stəkan ilıq süd və 1 stəkan su, 2 çay qaşığı duz və hazır maya əlavə edin. Xəmiri yoğurun, dəsmal ilə örtün və 2 saat isti yerdə saxlayın.
  3. Xəmir hazır olana qədər, ədviyyatlı içlik hazırlayın. 3 stəkan una 1 çay qaşığı zerdeçal, şüyüd, hil, cirə, duz və istiot əlavə edin. Qarışdırın və 1 stəkan əridilmiş kərə yağı əlavə edin. Qarışığı əllərinizlə yaxşıca yoğurun.
  4. Xəmiri unlanmış səthə qoyun. Xəmir yumşaq və yağlı olur. Onu bir neçə topa bölün, hər biri nazik bir təbəqəyə yuvarlanmalıdır və xüsusi yumru taxtaya qoyulmalıdır. Qoğalda qatların sayı önəmli deyil, ən əsası ən azı səkkiz qat olmasıdır.
  5. Xəmirin hər təbəqəsi əridilmiş kərə yağı ilə fırçalanır, bir-birinin üstünə qatlanır. Sonra xəmirdən nazik dairə düzəldin və zolaqlara kəsin. Hər zolağı yuvarlayın. Böyük barmağınızla, içlik üçün “kisə” yaratmaq üçün yuvarlanmış xəmirin üstünə basın.
  6. Kisəni qırıntılı içliklə doldurun və altındakı “tikişi” bağlayın. Hər iki tərəfdən barmağınızla sıxın. Qoğalları soba qabına qoyun, üzərinə yumurta sarısını sürtün və xaşxaş toxumlarını səpin. Xəmiri 30-40 dəqiqə 180 dərəcədə qızdırılmış sobaya göndərin. Qızıl rəngə qədər sobada saxlayın.

Mətbəxdə sizə lazım olacaq:

Şəkərbura

Ay şəklində şirin şəkərbura bayram süfrəsinin başqa bir zəruri atributudur. Bu halda da bir simvolizm var: naxışlar nə qədər bir-birlərinə yaxın olsa, yeni ildə məhsul daha bol olacaqdır. Buna görə, daha çox buğda sünbüllərini və digər naxışları tətbiq etməyə çalışın.

İnqrediyentlər:

Xəmir üçün: 

  • un – 750 – 850 q
  • süd – 300 ml
  • yumurta – 1 əd.
  • kərə yağı – 250
  • xama – 3 x.q.
  • quru maya – 1 ç.q.
  • şəkər – 1 x.q.
  • üyüdülmüş hil 

İçlik üçün:

  • qoz – 500 q
  • fındıq – 250 q
  • badam – 250 q
  • şəkər – 1 kq
  • üyüdülmüş hil

Hazırlayırıq

  1. Yağı əridin və soyumasını gözləyin. Əridilmiş yağı yumurta və ilıq südlə çalın, sonra maya, şəkər, hil və xama əlavə edin.
  2. Sonra kiçik hissələrə süzülmüş unu əlavə edin. Təxminən 15 dəqiqə yoğurun. Xəmir hamar, bir az dik, elastik və əllərinizə yapışmamalıdır. Sonra onu qida filminə sarın və 20 dəqiqə saxlayın. Xəmir tam qalxmamalıdır, əks halda tətbiq olunan naxışlar bişirmə zamanı yox olacaq.
  3. Bu arada içliyi hazırlayaq. Badamları 5 dəqiqə qaynar suda isladın. Ələyə süzün və qabığını soyun. Fındıqları sobada 100 dərəcədə qurudun, durmadan qarışdırın. Fındıq da 100 dərəcə istilikdə sobada quruyur. Sonra qabığını soyun və soyudun.
  4. Bütün qozları mətbəx kombaynının və ya blenderin qabında doğrayın, sonra şəkər və hil ilə qarışdırın.
  5. Xəmir artıq hazırdır. Onu stolüstü tennis topunun ölçüsündə kiçik toplar halına salın. Hər topu 1 sm qalınlığında və 10 sm diametrə qədər kiçik dairələrə yuvarlayın.
  6. Topların üzərinə içlikdən 1-2 xörək qaşığı qoyun və kənarlarını sıxın, sonra onları spiral şəklində bükün. Şəkərburanı naxışlarla bəzəyin.
  7. 160-180 dərəcə istilikdə bişirin. Sobada çox saxlamamaq vacibdir, əks halda şəkərbura quru olacaq. Xəmir qızılı deyil, ağ qalmalıdır. Hazırlığı şəkərburaları qaldırmaqla müəyyən etmək olar. Bərk olmalı, altı isə bir az qızarmalıdır.

Mətbəxdə sizə lazım olacaq:

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Bakı mütəkkəsi

İnqrediyentlər:

Xəmir üçün: 

  • xama – 700 qr
  • kərə yağı – 250 qr
  • marqarin – 200 qr
  • soda (sirkə)
  • 1 yumurta
  • 2 yumurta sarısı
  • Un

İçlik: 

  • qoz – 400 qr
  • şəkər – 400 qr
  • 2 yumurtanın ağı
  • yaxmaq üçün yumurtanın sarısı

Hazırlayırıq

  1. Kərə yağını və marqarini əridin, amma çox isti olmasın. Yumurta əlavə edin, qarışdırın. Sonra 1 ç.q. sodanı 1 x.q. sirkəyə əlavə edin və xama ilə qarışdırın. Bir çimdik duz əlavə edin. Unu süzgəcdən keçirin və xəmir yoğurun. Un gözlə əlavə edilməlidir ki, xəmir yumşaq olsun, lakin ələ yapışmasın.
  2. Xəmiri 6-7 hissəyə bölün və onları dairə şəklində düzəldin, dəsmal ilə örtün.
  3. İçliyi hazırlamağa başlayaq. Qozları əvvəlcədən doğrayın, şəkər və yumurtanın ağı ilə qarışdırın, xəmirdən eyni sayda dairələr hazırlayın.
  4. Hər bir dairəni yuvarlayın və aşağıdakı şəkildə göstərildiyi kimi üçbucaqlara kəsin. Bir qoz götürün və hər üçbucağın üzərinə bərabər yerləşdirin. Bükün, mütəkkələrə yumurtanın sarısını yaxın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobaya qoyun, qızılı rəngə qədər bişirin.
  5. Mütəkkələrin soyumasını gözləyin, sonra üzərinə şəkər tozu səpə və ya onsuz süfrəyə verə bilərsiniz.
  6. İçlik olaraq mürəbbə və ya təzə meyvədən istifadə edə bilərsiniz. Hər iki halda dadlı qırıntılı peçenye əldə edilir.

Mətbəxdə sizə lazım olacaq:

Şəkərli çörək

İnqrediyentlər

  • yumurta – 3 ədəd
  • buğda unu – 4 stəkan
  • vanilli şəkər tozu – 1,5 stəkan
  • kərə yağı – 220 q

Hazırlayırıq

  1. Otaq temperaturunda yumurta və kərə yağı ilə şəkər tozunu qarışdırın, sonra un əlavə edin. Yapışqan xəmir alınmalıdır.
  2. Xəmir yoğurun, filmlə örtün və 30 dəqiqə soyuducuda saxlayın.
  3. Xəmiri toplara yuvarlayın, perqament kağızına qoyun və hər topa ovucunuzla yüngülcə sıxın.
  4. 180-200 dərəcədə 25 dəqiqə bişirin. Peçenyelər solğun qalmalıdır. Hazır peçenyeləri soyudun və üzərinə şəkər tozu səpin. 

Mətbəxdə sizə lazım olacaq:

Bakı paxlavası

İnqrediyentlər:

Xəmir:

  • buğda unu – 800 q
  • şəkər – 1 x.q.
  • bir çimdik duz
  • yumurta – 2 əd.
  • kərə yağı – 100 q
  • süd – 200 ml
  • maya – 0,5 ç.q.
  • zəfəran – 1 ç.q.
  • su (qaynar su) -100 ml

İçlik:

  • qoz – 400 q
  • şəkər – 350 q
  • vanilin və ya təbii vanil – 1 ç.q.
  • hil – 1/3 ç.q.
  • muskat qozu (üyüdülmüş) – 1/3 ç.q.

Şərbət:

  • şəkər – 150 q
  • su – 250 ml
  • limon suyu – 3 x.q.

Əlavə:

  • əridilmiş kərə yağı (paxlava üçün) – 250 q
  • yumurtanın sarısı (paxlavaya yaxmaq üçün) – 2 əd.
  • qoz (bəzək üçün gözəl ¼ parçalar)

Hazırlayırıq

  1. Xəmirdən başlayaq. Zəfəranın üzərinə qaynar su tökün ki, dəmlənsin və su təxminən 40 dərəcəyə qədər soyuyana qədər saxlayın.
  2. Sonra südü 40 dərəcəyə kimi qızdırıb mayanı içinə qatırıq. Kərə yağını əridirik.
  3. 3,5 stəkan unu bir qaba süzün, şəkər, duz əlavə edin, yumurtanı çalın və kərə yağını tökün. Sonra qarışdırın.
  4. Sulandırılmış zəfəranın yarısını maya ilə südün içinə tökün və bu qarışığı xəmirə əlavə edin. Yoğururuq – indi xəmir yapışqan olacaq. Qalan unu tökün və yenidən yoğurun. Xəmir yapışmamalı, yumşaq, hamar, yağlı parıltılı olmalıdır.
  5. Xəmir 1,5-2 saatlıq isti yerdə saxlayın və üzərini qida filmi və ya salfetlə örtün.
  6. Xəmir hazır olunur, biz isə içlik ilə məşğul olaq. Mətbəx kombaynının və ya blenderin qabında qozları şəkər, vanilin və ya vanil, hil və muskat qozu ilə doğrayın.
  7. Xəmir böyüdükdən sonra yığmağa başlayaq. Xəmiri 12 hissəyə bölürük, lakin iki hissə digər 10 hissədən böyük olmalıdır. Paralel olaraq sobanı 180 dərəcəyə qədər qızdırırıq.
  8. Masaya un səpin və iri toplardan birincisini nazik şəkildə yuvarlayın – qalınlığı 1 mm-dən çox olmamalı, ölçüləri isə elə olmalıdır ki, forma tamamilə xəmirlə örtülüb, ucları aşağı salınsın. Xəmiri ehtiyatla oxlova yuvarlayın və formaya köçürün, üzərini xəmir ilə örtün. Sonra bir qat içlik səpin (təxminən 2-2,5 yemək qaşığı).
  9. Kiçik toplardan birincisini yuvarlayırıq və yenidən xəmiri qəlibə keçiririk. Bütün içliyin bağlanması üçün onu uzadırıq. Onu əlinizlə basa bilərsiniz ki, bütün hava çıxsın və təbəqələr birləşsin. Və yenidən bərabər içlik qatı ilə səpirik. Bütün kiçik xəmir topları ilə eyni şeyi edin. Xəmirimiz yumşaq və elastik olduğu üçün rahat uzanır.
  10. Bütün kiçik toplar artıq yuvarlandıqda, ikinci böyük xəmir topunu götürün və eyni şeyi edin. Bütün paxlavanı örtmək üçün xəmiri yaxşıca uzadın. Burada xəmirin cırılmaması və mümkün qədər bərabər yuvarlanması üçün onunla mümkün qədər ehtiyatla davranmaq lazımdır.
  11. Yumurtanın sarısını qalan zəfəranın bir neçə xörək qaşığı ilə qarışdırın və paxlavanın üst qatını yağlayın. Paxlavanı sobaya 5-7 dəqiqəlik yerləşdiririk: bu müddət ərzində üst təbəqə bir az quruyur. Buna görə paxlavanı kəsəndə o, bıçağa yapışmayacaq.
  12. Tökməni hazırlayırıq – sadəcə kərə yağını əridin. 5-7 dəqiqədən sonra paxlavanı çıxarıb səliqəli romb şəklində kəsib hər bir hissənin üzərinə qoz yerləşdiririk. Əridilmiş kərə yağını tökün və 150 ​​dərəcədə 50-60 dəqiqəlik sobaya yerləşdirin. Yağın çox olduğu görünə bilər, ancaq onun miqdarını azaltmamalısınız: xəmir bütün yağı özünə çəkir.
  13. Bişirmənin bitməsinə 15-20 dəqiqə qalmış şərbəti hazırlayırıq. Sadəcə şəkər, su və limon suyunu qarışdırıb 7-10 dəqiqə bişirin. Hazır paxlavanının üzərinə şərbət tökün. Sonra yenidən xətlər üzrə kəsib, ehtiyatla paxlavanı qaba düzürük.

Sizə xoşbəxt yeni bahar arzulayırıq! Novruz bayramınız mübarək!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %