Umico Highlights

Zövqlə əsaslı təmizlik – bu realdır!

Yeni il yeni həyatdır, və onda hər şey mükəmməl olmalıdır, heç olmasa, yanvarın birində. Buna görə çoxumuzun planında dekabrın 31-nə kimi evi təmizləmək və yeniliklər üçün lazımsız əşyalardan azad olaraq yer ayırmaqdır. Bunu necə asan və zövqlə etmək olar – Umico danışacaq. Biz dünya üzrə nizam haqqında öz kitabları ilə dünyada məşhur olan iki qadının məsləhətlərini sizinlə paylaşacayıq.

Əlbəttə ki, əsaslı təmizlik və əşyaları incədən-incəyə irdələmək, tozu silmək və süpürmək hər kəsin ruhunu yüksəltmir. Amma bu çox xoş, hətta psixoterapik effektə malik bir iş ola bilər. Əsas işə başlamaqdan öncə düzgün həvəsə düşməkdir. Sadecə evdə təmizlik olanda və artıq əşyalar olmadıqda hisslərinizi yadınıza salın və fikirlərinizlə keyfiniz tamamilə dəyişəcək. 

Beləcə, işə başlıyaq! Evdə əsaslı təmizlik edin, artıq əşyaları tullayın və onlara heç heyfislənməyin, çünki siz yeniliklər üçün yer ayırırsiniz. İlhamlanmağınız üçün Umico sizinlə iki məşhur təmizlik üsulu ilə paylaşacaq – yapon sayağı və İşveç sayağı. Sizə daha yaxın olan üsulu seçin.

Yapon sayağı təmizliyin sehrbazlığı. Mari Kondonun beş məsləhəti.

Mari Kondo öz ilk kitabı olan “Səhrli təmizlik” kitabının çıxışından sonra demək olar ki, bir anda populyar olub. İndi onun artıq dörd kitabı var, özü isə Times jurnalının ən nüfüslu adamları yüzlüyünə düşüb və 2019-cu ildə onun realiti şousu Emmy Award tərəfindən müsabiqəyə çıxarılmışdır. O təmizlik haqqında yox, ev sahəsini necə qaydaya salıb hər əşya üçün öz yerini tapmaq haqqında yazır. Umico ən faydalı məsləhətlərini seçib.

“Nizama salınma prosesi nisbət hissini qazanmağa və daha çox şüurlu olmağa, sizə həqiqətən sevinc gətirən və sizi daha xoşbəxt edən şeyləri anlamağa kömək edir.”

Məsləhət 1. “Mükəmməl nizam” sizin üçün nə demək olduğunu təsavvür edin.

Mükəmməl nizamın salınması başınızda başlayır. Evinizin necə olmasını istədiyinizi təsəvvür edin. Sonra ətrafa nəzər yetirin, əşyalara ilk baxdığınızdaki kimi baxın, və hər şeyin ideal görünüşünüzə uyğun olub-olmadığı haqda qərar verin. Adətən, gözdən gizli qalan əşyalar illərlə istifadə olunmur. Effektiv təmizlik iki mərhələdən ibarət olan bir prosesdir: ehtiyacınız olmayan hər əşyadan qurtulursunuz, sonra yerdə qalan əşyalar üçün yer tapırsınız. Bunu qətiyyətlə edin və vərdişlərinizi dəyişdirməkdən qorxmayın.

Məsləhət 2. Əşyaları otaqlara görə yox, kateqoriyalara görə təmizləyin

Otaqlara görə təmizləmə etsəniz, əllərinizin illərdir çatmadığı bütün şkafları, rəfləri və masaları sökməyə başladığınız zaman tez yorulacaqsınız. Çox güman ki, eyni ruhda davam etməyə gücünüz qalmayacaq. Mari evdəki əşyaları bir neçə kateqoriyaya ayırmağı məsləhət görür, məsələn paltar, kitab, sənəd, şəxsi və s. Hər bir kateqoriya ilə növbə ilə məşğul olun. Bütün əşyaları bir yerə toplayın və hər bir şeyi diqqətlə nəzərdən keçirin – həmin əşyanı ildə ən azı bir dəfə istifadə edirsinizmi, o sizə hələ də lazımdırmı və ümumiyyətlə onu bəyənirsinizmi? Nəyi atacağınız və nəyi saxlayacaqınız haqda qərar verməyi asanlaşdırmaq üçün Mari əşyaları bir topa halında yığmağı və yalnız nəyin nə qədər olduğunu hesablamağı məsləhət görür. Çox güman ki, çoxdan istifadə olunmayan paltarlar və pijamalar dolabınızı asanlıqla tərk edə bilər. Bundan sonra evinizdə daha az əşya və daha çox nizam olacaqdır. Əgər siz əşyalarınızı heç vaxt bu şəkildə sıralamamısınızsa, ən yaxşısı gündə bir və ya iki kateqoriyanı sıralamaqdır.

Hər kateqoriya ilə işinizi bitirdikdən sonra iş gördüyünüz otağı tozsoranla təmizləyin. Bu, təmizləmə prosesini sürətləndirəcəkdir. Tozsoranları isə Umico Market-də seçə bilərsiniz.

Tozsoran Philips FC9352/01

Bu Philips tozsoranı yerə kip yatan MultiClean başlıqı sayəsində yüksək gücə sahibdir.

Tozsoran Rowenta RO 8123

Rowenta-dan demək olar ki, səzsiz işləyən quru təmizləmə üçün tozsoran.

Tozsoran Karcher High pressure washer K2 Basic 1.673-150.0

Karcher-dən sərfəli qiymətə kompakt və rahat mini yuyucu. Bununla siz təkcə evin döşəmələrini yox, bağ mebelleri və velosipedləri də təmizləyə biləcəksiniz.

Əşyaların qaydaya salınmaqdan diqqətinizi heç yayındırılmamaq üçün, hər şeyi sizin əvəzinizə edəcək robot-tozsoranı qoşun. Umico Market-də köməkçinizi elə indi seçin.

Robot tozsoran iRobot Roomba i7

Bu iRobot tozsoranı özü akkumulyatorunu doldurmağı bacarır və kifin, tozcuqun, gənələrin, fərqli allerqenlərin 99%-nı məhv edir. Onu smartfon vasitəsi ilə asanlıqla idarə edə bilərsiniz.

Robot tozsoran iRobot Braava 390T

Quru və nəm təmizlik üçün robot-tozsoran. Döşəmələrin gündəlik təmizləməsi üçün yararlıdır və istifadədə çox rahatdır.

Robot tozsoran iRobot Roomba i7

iRobot Corp-un yeni kəşfi. Robot tozsoran artıq özu konteynerini təmizləyir və özu zibili atır! Yiyəsinə yalnız zibil paketləri dolduqca onları dəyişdirmək qalır. 


Məsləhət 3. Əşyalardan ayrılmağı bacarın

Çox güman ki, “şəxsi əşyalar” kateqoriyasına çatanda, əşyanın sizə lazım olub-olmamasını təyin etmək çətin olacaq. Bunların arasında açıqcalar, sevimli hədiyyələr və ya köhnə dəftərçələr varsa, işiniz heç asan olmayacaq. Mari özü “Əşyalarla necə ayrılmaq olar?” sualına yaponlara məxsus olan təmkinliliklə cavab verir: “Tokimeki”. Bu sözün anlamı təxmini belədir: əşya ürəyinizin döyüntüsünü artıran halda yaxşıdır. Yalnız öz hisslərinizə görə hərəkət edin – nə qiymət, nə nadirlik, nə də ki yaşı hansısa əşya ilə ayrılmağın və ya onu saxlamağın səbəbi ola bilməz. Sevinci və ya mənfiliyi tanımaq çətindirsə, Mari bədəninizi dinləməyi məsləhət görür. Əlinizdə bir əşya tutursunuzsa və ağırlığını hiss edirsinizsə, demək, ayrılıq zamanı gəldi. Başqa bir yol – eyni əşyaları sıralamaq və ən sevmədikləriniz ilə vidalaşmaqdır.

Və vacib bir məqam: əşyalarla vidalaşarkən onlara təşəkkür edin. Mari əşyaların yalnız funksionallığına yox, həm də evdə kömək etmək və ya gözü sevindirmək məqsədi daşıdığına inanır. Həm də bu, əşyalardan ayrılmanı asanlaşdırmaq üçün yaxşı bir psixoloji hiylədir.

Məsləhət 4. Hər əşyanın öz yeri var

Yapon sayağı təmizlik qaydaların hamısı eyni yerə aparır – ideal nizamı bir dəfə əldə edib, sonra sadecə onu dəstək edəcəksiniz. Məhz buna görə hər əşya üçün (açar, əlcəklər, sənədlər – bir yadınıza salın onları lazım olduğu vaxtda axtarırdınız!) yer tapıb, həmişə onları yerinə qaytaracaqsınız. Aşağıda Marinin ev sahəsini effektiv qaydaya salmaq haqqında və əşyaların rahat saxlaması haqqında məsləhətləri görə bilərsiniz:

  • Qutuları 90%-dan çox doldurmayın. Verilən sahəni tam doldurmaq bizə məxsusdur, amma məqsədimiz nizam olanda, bütün əşyaların göz önundə olmaları daha məsləhətlidir. Bir iki sıra ilə kifayyətlənin, elə ki, rəfin üstündəkilərini bir baxışla içində görmək olsun. 
  • Yeni qutular almaqdansa, evdə olan saxlama qutularından istifadə edin. Mari Kondo düşünür ki, ayaqqabı qutuları saxlama üçün mükəmməl seçimdir – onların içində əşyaları şaquli vəziyyətdə yerləşdirmək olur.
  • Şəffaf qutulardan istifadə edin. Saxlama qutuları və zənbilləri əldə etmək düşünürsüzsə, şəffaf plastik qutular və metal və ya rattandan olan düzbucaqlı / kvadrat səbətlərə baxın. Buradakı məntiq çox sadədir: qutuda saxlanılan hər şeyi görəcəksiniz, beləliklə lazımi əşyanı daha sürətli tapacaqsınız.

Şəffaf qutu ilə bütün əşyalar göz önündədir, bu sizi nizamı saxlamağa həvəsləndirəcək. Əlavə olaraq, onları Umico tərəfdaşı olan Evimiz-dən alsanız, 2,5% keşbek əldə edəcəksiniz.

  • Əşyaları üst-üstə yığıb yox, şaquli vəziyyətdə saxlayın. Əşyaların bir çoxunu şaquli vəziyyətdə sıra ilə düzüb üst-üstə yiğmaqdan saxlamaq daha rahat olur. Belə yerləşdirilmə daha az yer tutur və daha səliqəli görünür, nəticədə siz rəflərin və qutuların içindəkilərini görəcəksiniz. Əlavə olaraq lazımi əşyaları yanındakılarına toxunmadan çıxartmaq olacaq.

Yalnız yaxşı ütülənmiş əşyaları bu cür səliqəli düzmək olur. Umico Market-də güvənli istəhsalçılardan geniş çeşiddə ütülər tapacaqsınız.

Ütü PHILIPS GC2990 (ED)

Philips ütüsü gündəlik iş üçün yaranıb. SteamGlida altlığı cızığlardan qorunub, quraşdırılmış ərpdən, təmizləmə funksiyası isə buxarın sabit və güclü verilməsini təmin edir.

Ütü TEFAL GV5245EO (ED)

Buxarlı generatoru olan Tefal ütüsü istənilən növ parçaları keyfiyyətlə ütüləyir.

Ütü Fakir Lillie Steam Iron

Fakir brendinin ütüsü təkcə əlverişli qiyməti ilə yox, keyfiyyətli işi ilə də sizi sevindirəcək.

  • Geyimlərinizi oriqami üsulunda yığın. Səliqəsiz yığılan geyimlər nizamı pozur və daha çox yer tutur. Əgər siz nə vaxtsa çamadanı təzdən yığmışdınızsa, söhbətin nədən getdiyini başa düşəcəksiniz. Mari bütün geyimləri, corabları belə, eyni qaydada düzməyi təklif edir. Bir-iki məşq və siz bunu bacaracaqsınız. 

Birdə yoxlayın – evinizdə fərqli əşyaları saxlamaq üçün yer bəs edirmi? Saxlama səbətləri, rəfləri və qutuları – bunların hamısını Umico tərəfdaşı olan Evimiz-dən tapa bilərsiniz, əlavə 2,5% keşbek da qazanacaqsınız. 

Məsləhət 5. Birdə əmin olun ki, saxladığınız əşyalar sizi xoşbəxt edir. 

KonMari sistemində mübahisəli məqam odur ki, müəllif səmimiyyətlə inanır ki, həyatınızdaki bir çox əşya xoşbəxtlik gətirməlidir. Belə bir bəyanat radikal səslənə bilər, amma həqiqətən də, nəsə sizi xoşbəxt etmirsə, o nəyə lazımdır? 

Biz evdə çox vaxt keçiririk, ona görə hər kəsin evində ona sevinc gətirəcək əşyalar olmalıdır. Umico tərəfdaşları olan Madame Coco və Sel Home-dan 2,5% həcmində keşbek xoş bonus olacaq. 

İşveçrə sayaqı təmizlik edin – sanki sonuncu dəfə. Marqarita Maqnussendən 5 məsləhət.

Döstädning, tərcümədə “ölümqabağı təmizlik” kimi səslənən məşhur Danimarka anlamını ilk dəfə eşidənlərin təmizliyə olan həvəslərini itir. Amma nəticə çıxartmağa tələsməyin! Təmizlikdə bu dəbli trendin müəllifi – İşveçrə rəssamı Marqarita Maqnussеndır. O, 5 il öncə, “İşveçrənin ölümqabağı təmizliyin incə sənəti: özünüzün və ailənizin ömürlük səliqəsizlikdən qurtuluşu” adında kitab buraxıb. Bu kitab mübahisəli adına baxmayaraq, bestseller olub. Kitabın cildi bədbin olsada, içəridə hər şey çox nikbindir. Marqarita kitabını yaşlı olaraq yazmışdır – o, həmin vaxt o rəhmətə gedəndən sonra onun əşyaları ilə nə olacağı haqqında düşünürdü. Təəccüblüsü odur ki, bu kitab bir çox gənclərin arasında da maraq yaradıb. 

«Özümdən tez-tez soruşuram: evimdə bu əşyanı saxlasam, kimsə daha xoşbəxt olacaqmı. Cavab “yox” olsa, ondan azad oluram.”

Məsləhət 1. Tələsməyin, nizamı təcili yox, durmadan yaradın.

Döstädning konsepsiyası nəzərdə tutur ki, siz sadecə təmizlik etmirsiniz, öz həyatınızı da qaydaya salırsınız. “Ölümqabağı” təmizlik yalnız tozların silinməsi və əşyaların düzülməsi deyil, o, həmçinin həyat tərzinin dəyişilməsinin bir növüdür. Siz evinizi artıq əşyalardan azad edirsiniz və yalnız vacib və əziz əşyalarınızı saxlayırsınız. Bu fikir hər yaşda aktual ola bilər, elə deyilmi? İşveçrə sayağı təmizlik həyatlarını qaydaya salmaq və onu asanlaşdırmaq istəyənlər üçün uyğundur. Əlbəttə ki, belə bir təmizliyi bir neçə saat içində tamamlamaq olmayacaq, ona görə kifayət qədər vaxt ayırın. 

Məsləhət 2. Təmizliyi qarderobdan başlayın.

Geyimlərimizi tez-tez dəyişirik: yenisini alıb, köhnəsini qizlədirik və onu unuduruq. Məhz buna görə Marqarita əşyalarınızın düzülməsini ayaqqabı və geyimlərinizdən başlamağa tövsiyyə edir – axı biz onlardan daha asanlıqla azad oluruq, nəyinki kitablardan, hədiyyələrdən və zinyət əşyalarından. Bu emosional cəhətdən ən asan addımdır, və lazımsız əşyalardan azad olmağı elə bundan başlamaq məsləhətlidir. Kitabın müəllifi bunu tələsmədən etməyi tövsiyyə edir, hər gün lazımsız əşyalardan ibarət olan yalnız bir qutunu atmağı tövsiyyə edir. Qarderobunuzda yer boşaltsanız, hərəkət etmək daha asan olacaq. Yadınızda saxlıyın ki, bu təmizlikdə əsas sahəni yox, həyatınızı təmizləməkdir.

Qarderobun nizama salınması böyük paltar yumaya keçə bilər. Beləliklə, iki məsələni həll etmiş olacaqsınız – həm sahəni boşaldacaqsınız, həm paltarlarınızı təmizləyəcəksiniz. 

Paltaryuyan maşın Samsung WW90J6410CX1LP

Samsung-dan olan bu paltaryuyan sadecə yumur, həqiqətən də təmizləyir. Xüsusi texnoloqiya yuyucu tozu aktiv köpüyə çevirir. O, parçaya daha tez daxil olduğuna və ləkələri içəridən məhv etdiyinə görə istənilən yuyucu məhluldan daha yaxşı işləyir.

Paltaryuyan Hotpoint-Ariston RDPD96407JDEU.1

Hotpoint-Ariston-dan olan, paltarları yuyan və qurudan bu maşın Direct Injection və Digital Motion texnoloqiyalarına görə ən çətin ləkələri aşağı temperaturda belə məhv edərək, parçaların görünüşünü və rəngini qoruyur.

Paltaryuyan maşın Samsung WW65J42E0HSDLP

Samsung-dan universal paltaryuyan istənilən məsələləri həll edir. 12 iş rejimi, o cümlədən, uşaq geyimləri üçün xüsusi rejim və 15 dəqiqəyə yuma. İşə salınmanı taxirə salmaq imkanı ilə yumanı istənilən vaxta salmaq olur.

Məsləhət 3. Lazımsız əşyalarınızı digərlərinə hədiyyə edin.

Artıq sizə xeyir verməyən əşyaları tullamaq şərt deyil. Siz onları digər adamlara hədiyyə edərək, onlara ikinci həyat bəhş edə bilərsiniz. Geyimləriniz fağır və ya uşaq çox olan ailələri sevindirəcək, oyuncaqlarınız – uşaqları, kitablarınız isə dostlarınızı və hətta tanımadığlarınız adamları. Eyni vaxtda siz lazımsız əşyalardan azad olub, kimisə sevindirdiyinizə görə özünüz də sevinc hiss edəcəksiniz. 

Məsləhət 4. Psixoterapevtik effekti gözləyin

Ola bilsin ki, bütün əşyalarınızı düzərkən və onları nəzərinizdən keçirərkən, lazımsızları tullayarkən və sizə vacib olanları qayğı ilə saxlayarkən, siz həyatınızda nəyə isə təkrar baxıb, onu yenidən qiymətləndirəcəksiniz, xoş anları xatırlayacaqsınız. Belə iş həmişə əhval-ruhiyyəni qaldırır, əlavə olaraq, təmizlikdən sonra tərtibli, işıqlı, hava ilə dolu ərazidə yaşamaq daha xoş olacaq. 

Məsləhət 5. Özünüzə təşəkkür edin.

Təmizliyin növbəti mərhələsindən sonra ara verin, və özünüzü görülmüş işə görə təşəkkür edin. Özünüz üçün xoş bir addım ata bilərsiniz: xüsusi şam yeməyi hazırlaya, axşamlardan birini xoşa gələn musiqi və ya film ilə keçirə bilərsiniz. Təmizlikdən sonra özünüzə bəhş etdiyiniz müsbət emosiyalar sizə bu işi mütləq sevdirəcək, və gələn səfər ona ilhamla və həvəslə dönəcəksiniz.

Mükəmməl nizama çatmağa daha nə ilhamlandıra bilər? Keyfiyyətli və praktik məişət texnikası. Ən yaxşısını Umico Market-də seçin.

Peşəkar çox funksiyalı buxarlı təmizləyicisi Fakir 2IN1

Fakir 2in1 buxarlı təmizləyici təkcə döşəmələrin və künclərin təmizlənməsi ilə yox, hətta hamamlarda əlçatmayan çatqıları təmizləyir, çətin yağlı ləkələri məhv edir. Cihaz üçpilləli buxar verilməsi ilə universal dərin təmizləməyi təmin edir.

Buxarlayıcı Tefal Access steam DR8085

Kompakt və yüngül Tefal əl buxarlayıcısı istənilən qırışların tez açılması üçün nəzərdə tutulub. Yüksək güclü buxar verilməsi, erqonomik korpus və aksessuarları əşyaların daxili görünüşünü saniyələr içində yeniləməyə kömək edir.

Tiftik təmizləyən maşın Adler AD 9616

Adler tiftik təmizləyən maşın istənilən parçaların, istər sevdiyiniz sviterin, istər yumşaq kreslonun xoş görünüşünü bərpa edəcək. İstifadəsi çox rahat və asandır.

Robot pəncərə yuyan Hobot-298

Bu şüşə təmizləyən robot istənilən ölçüdə pəncərələrin təmizləməyinin öhdəsinə gələr. Lakin iri pəncərələri yalnız o yuya bilər!


İlhamdan – praktikaya! Umico-dan 10 məsləhət.

Əsaslı təmizliyin tez və xoş keçməsi üçün, sizin isə razı qalmağınız üçün Umico-nun praktiki məsləhətlərindən istifadə edin.

  1. Təmizləməyi üst səthlətdən başlayın, onda toz yenicə yuyulmuş döşəməyə, şkaflara və pərdələrə düşməyəcək. 
  2. Təmizləməyi ən çirkli yerlərdən başlayın. Beləliklə, əsas işi görməyə gücünüz çatar, xırda məsələləri isə təmizləməyin sonunda edərsiniz.
  3. İşin hər parçasını yerinə yetirmək üçün vaxt təyin edin. Misal üçün, plitəni yumaq üçün 10 dəqiqə, soyuducunu qaydaya salmaq üçün 20 dəqiqə. Belə fikriniz yayılmayacaq və təmizləməni daha tez bitirəcəksiniz.
  4. Çılçırağı siləndə, yerə yaş dəsmal qoyun, onda tozlar yerə düşməyəcək.
  5. Qabyuyanda təkcə qabları yox, plafonları, güldanları və digər şüşə əşyalarını da yumaq olur.
  6. Pərdələri yumaq və qurutmaq uzun vaxt çəkir. Onları buxarlayıcı ilə təmizləmək daha tez və effektiv olar.
  7. Pəncərələrin təmizlənməsi üçün nəzərdə tutulan rezin ərşin həmçinin xalçanı ev heyvanlarının tükündən yaxşı təmizləyir.
  8. Səthləri paltar üçün kondisionerində yaxalanmış dəsmal ilə silsəniz, onlar daha az tozlanacaq.
  9. Mətbəxin təmizliyini qorumaq üçün, plitənin yanında olan yenicə yuyulmuş divara qida plyonkasını yapışdırın. Bütün Yeni il yeməkləriniz hazır olanda, onu qopara bilərsiniz.
  10. Metal kranlara və qulplara parlaqlıq vermək asandır. Onları uşaq massaj yağında azca islanmış salfet ilə silin, və onlar dərhal parıldayacaqlar!

Təmizləməyin öhdəsindən rahatlıqla gəlmək üçün, yaxşı yuyucu vasitələri və məişət kimyasını seçin. Onları siz Umico tərəfdaşı olan Berlin-dən tapa bilərsiniz, və 2% keşbek də əldə edəcəksiniz.

Və Umico-dan əsas məsləhət – təmizləməyi əmək mükəlləfiyyəti ilə bir tutmayın. Onu təmizlik və nizam kimi xoş bonuslar olan fiziki aktivlik və işdən istirahət kimi qəbul edin.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %