Shopping Guide

Tanış olun! Bizim yeni layihəmiz – Umico Market. Burada sizi 2021-ci ilin ən yaxşı alış-verişləri gözləyir.

Yeni il ərəfəsində əla bir xəbəri paylaşırıq – Umico öz marketpleysini işə salır. İndi siz sadecə bir neçə klik edərək Umico Market-də alış-veriş edə bilərsiniz. Umico-nun yeni layihəsi haqqında və məhz indi bizim onlayn alış-veriş xidmətimizdən istifadə etməyin üstünlükləri haqqında ətraflı danışırıq.

Umico Market nədir

2021-də bu əvəzolunmaz bir xidmətdir! Onlayn alış-veriş həyatımızda yer alıb, və buna görə Umico öz imkanlarını genişləndirir. İndi biz sizə təkcə sərfəli alış-veriş etməkdə kömək göstərmirik, həmçinin, öz çatdırılma xidməti və təhvil məntəqələri olan həqiqi marketpleysə dönürük. 

Umico Market-də siz evdən çıxmadan fərqli satıcıların məhsul çeşidini və qiymətlərini müqayisə edə bilərsiniz. Sizə lazım olanları elə burada tez və rahat ala bilərsiniz. Bu xidmət IOS və Android üçün olan Umico tətbiqində və saytımızda mövcuddur. Yanvar ayının sonuna kimi biz test rejimində işləyirik, buna görə Umico Market-in xidmətini necə daha da yaxşı edə biləcəyimiz haqqında gələn təkliflərinizə və rəylərinizə şad olarıq. 

Umico Market-də nə almaq olar

Smartfonlar, noutbuklar, televizorlar, ev kinoteatrları və akustik sistemlər, foto və video kameralar, soyuducular, paltaryuyanlar, tozsoranlar və digər iri və xırda məişət texnikasını, parfümeriya və kosmetik məhsulları – bu gün siz 10 000 məhsuldan artıq olan çeşiddən seçim edə bilərsiniz.

Yanvar ayından etibarən marketpleysdə digər yeni məhsul kateqoriyaları mövcud olacaq – idman məhsulları, ev və avtomobil üçün məhsullar, ana və uşaq üçün hər şey və daha nələr. Bizim planlarımızda Umico Market-in çeşidini Azərbaycanda ən böyük çeşid etməkdir. 

Umico Market-də necə alış-veriş etmək olar

  1. İlk öncə bəyəndiyiniz məhsulları seçin. Hər məhsulun səhifəsində onun ətraflı xüsusiyyətləri və təsviri mövcuddur, o cümlədən, rəylər və satıcının reytinqi.
  2. Almaq istədiyiniz məhsulu səbətə əlavə edin. Bundan sonra qarşınızda sifarişin rəsmiləşdirilməsi səhifəsi açılacaq. Burada siz məhsul sayını seçə, sifarişin tamamlanmasına keçə, və ya alış-verişə davam edə bilərsiniz.
  1. Saytda qeydiyyatdan keçməmisinizsə və ya hesabınıza daxil olmamısızsa, mobil nömrənizi daxil edib SMS vasitəsi ilə təstiq kodunu almaq lazım olacaq. Onu daxil edin və “İrəli” düyməsini tıklayın. Qeydiyyatda olmamısınızsa, adınızı daxil edərək qeydiyyatı tamamlamaq lazım olacaq. 
  2. Sifarişin rəsmiləşdirilməsinə aid olan səhifədə sizə uyğun olan çatdırılma üsulunu və vaxtını seçin. Sifarişinizi kuryer çatdıra bilər, və yaxud onu sizə uyğun olan təhvil məntəqəsindən özünüz götürə bilərsiniz.
Umico пункт выдачи

Yanvar ayının sonuna kimi Umico Market test rejimində işləyir. Bütün bu müddət ərzində biz bütün məhsulları pulsuz çatdırırıq.

  1. Bir məhsuldan çox aldığınız halda, fərqli satıcılardan olan məhsullar və iri məişət texnikasının hər vahidi fərqli sifariş kimi əks olunacaq. Hər sifariş üçün sizə uyğun çatdırılma və ödəmə üsullarını seçə biləcəksiniz.
  2. Sizə uyğun olan ödəmə üsulunu seçin. Umico Market-də alış-verişlərin ödənişini onlayn bank kartı vasitəsi ilə, və ya sifarişi təhvil alarkən nağd və həmçinin bank kartı ilə etmək olar. 

BirKart Umico, Umico və Kapital bank-ın iştirakı ilə yaradılan kobrend kartı vasitəsi ilə ödəniş edərkən, siz xoşunuza gələcək bonus alacaqsınız. Sifarişin məbləğindən 1,5% həcmində olan bu bonus Umico keşbek vasitəsi ilə sizə qaytarılacaq. 

  1. Hazırdır! Umico Çağrı mərkəzinin operatoru sifarişin detallarını dəqiqləşdirmək üçün sizinlə əlaqə saxlıyacaq. 
  2. Kuryer çatdırılması, və ya Umico Market təhvil məntəqələrindən (ekspress təhvil məntəqələrindən başqa) alınma zamanı siz sifarişinizi açaraq, üzərində zədələrin olub-olmamasını, məhsul dəstinin tam olub-olmamasını və işlək vəziyyətdə olub-olmamasını yoxlaya bilərsiniz.

Bunların hamısı sadecə bir başlanğıcdır

Biz start düyməsinə basdıq və irəliləyirik. Umico Market hələ test rejimində işləyir (unutmayaq ki, bu müddət ərzində bütün sifarişlərin çatdırılması tamamilə pulsuzdur). Tezliklə daha da böyüyəcəyik. Onlayn alış-veriş zamanı maksimal fayda və həzz ala bilməyiniz üçün biz fərqli yeni məhsullar, taksitlə almaq imkanı, keşbek əldə etmək imkanı, və ödəməni Umico bonuslar vasitəsi ilə etmək imkanı üzərində işləyirik.

Tezliklə!

Siz hələ yaxınlarınıza Yeni il hədiyyələrini seçməmisizsa, Umico Market kataloqunu nəzərinizdən keçirin. Bu, Umico-nun yeni layihəsi ilə xoş və faydalı tanışlıq olacaq. 

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %