Shopping Guide

2021-ci ilin yayının əsas trendləri. Qarderobu yeniləyirik

Bu yay parlaq, dəbli və aktual olmağa hazırlaşırıq. Artıq gözəl paltar, tısbağa çərçivəli günəş eynəyi, baqet-çanta və mini dabanlı ayaqqabı almısınızmı? Çoxlarının üzləşdiyi məhdudiyyətlərə cavab olaraq moda bizə ən canlı rəngləri və cəsarətli tərzləri təqdim edir. Adiliyə etirazımızı bildirəkmi? Beləliklə, 2021-ci ilin yayında qarderobunuza əlavə edə biləcəyiniz bəzi şeylər. 

Yayın rəngləri: şən portağal, nanəli və babl-qam

Optimistik və enerjili narıncı rəng, dörd böyük moda həftəsində – Nyu-Yorkdan Parisə qədər olan brend kolleksiyalarında yer aldı. Dizaynerlərin fikirlərinə görə, zəngin narıncı rəng, uzun bir lokdaundan sonra depressiyanın ən yaxşı müalicədir. 

Dizaynerlərin əməyi nəticəsində parlaq çəhrayı babl-qam bu yay qarderobunuzun əsas komponenti ola bilər. Trenddə olan çalarlar açıqdan tündə qədər dəyişir, lakin ümumi ton hamımızın uşaqlıqda sevdiyimiz klassik saqqızı xatırladır.

Eyni zamanda yaşıl və mavi ilə həmsərhəd olan nanəli tonu təbiətdəki ən gözəl rənglərdən biridir. Həm dəniz sahili, həm də flora ilə assosiasiya yaradır. Bu sərin rəng isti havalarda sakitləşdirməklə yanaşı, Pantone tərəfindən 2021-ci ilin ən trend rənglərindən biri seçilib.

Twinset Milanoda öz rəngini tap və 3,5% keşbek qazan.

Cins şort

Çimərlik tətili zamanı və şəhər dress-kodunda yay qarderobunun əvəzolunmaz elementi. Əsas məsələ səhv etməmək və düzgün uzunluğu və üslubu seçməkdir. Bu mövsüm podiumda mini şortlardan Bermuda şortlarına qədər müxtəlif cins şortları olub. Həm mavi, həm ağ, həm də göy və rəngli cins şortları trenddə idi. 

Umico-nun tərəfdaşı LTB Jeans-də dəbli denim tapacaqsınız və alışınız üçün 3,5% keşbek qazanacaqsınız. 

Don: dekolteli və büzməli, trikotaj, qara mini

Yay don geymək üçün yaradılıb. Bu mövsüm dəbdə olanlar: köynək donlar, kombinasiya donlar, trikotaj, bir çiyinli, qara mini paltarlar və viskon və ya kətandan hazırlanmış açıq ağ rəngli geyimlər. Cəlbedici dekoltelər, müxtəlif kəsiklər, şəffaf torlu və krujevalı əlavələrlə, müxtəlif dekorlar ilə açıq-saçıq qadın siluetlərinin aktual donları.

Mov-da əsl yay donlarını seçin, Umico tərəfdaşından 3,5% bonus qazanın. 

Gözəl donları tapa biləcəyiniz digər məkanlar isə Despina Boutique (3,5-dək keşbek), və Quize (3% keşbek). 

Toplar

Braletlər, nazik çiyin qayışları və ya enli çiyinləri olan bando toplar – bəyəndiyinizi seçin. İstənilən qarderoba mükəmməl uyğunlaşırlar. Eyni zamanda, top bir rəngli də ola bilər: bu yay mövsümündə tam görüntünün aşağı hissəsini vurğulamaq vacibdir. 

Uzun şalvar

Yaz-yay mövsümündə uzun şalvar demək olar ki, dizaynerlərin müraciət etdikləri ən populyar qarderob elementinə çevrildi. Bu cür şalvarı platformalı və ya hündürdaban ayaqqabılarla geyinmək yaxşı olar. 

Mini ətək

Son moda nümayişlərinin əsas qəhrəmanı yalnız podiumda deyil, həm də şəhərin küçələrində aktual görünür. Küçə tərzindəki dəbli xanımlar sərbəstliyə üstünlük verir və qısa ətəyi böyük ölçülü jaketlər, böyük dəri gödəkçələr və köynəklərlə birləşdirir. Dəbli mini ətəklər Versace-nin 1995-ci ilin kampaniyasında ikonik supermodellərin tərzləri ilə 90-cı illəri xatırladır. 

Umico tərəfdaş mağazalarında öz dəbli görünüşünüzü yarada və eyni zamanda keşbek qazana bilərsiniz. Bu mağazalara üz tutun: Differenza Baku (5%-dək keşbek), Mega Style (2% keşbek).

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Yeni dəbli çimərlik geyimləri

Bu yay üçün fiqurlu kəsiklərlə və ya incə qayışlı şokolad rəngli çimərlik geyimlərini seçin, hazırda aktual olan 1950-ci illərin dəbidir – dəniz naxışlı bikinilər, kroşe tipli alt və üst, idman tərzli modellər və neon rəngli çimərlik geyimləri.

Həmişə olduğu kimi, Women’secret-də çimərlik geyimlərinin geniş çeşidinə rast gələcəksiniz. Eyni zamanda, burada rahat ev paltarları, alt paltarları ala və 4%-dək keşbek qazana bilərsiniz.

Vyetnamka, səndəllər, qayışlı və bəndli yay ayaqqabıları

Yay üçün ideal və dəbli bir seçimdir. Dördbucaqlı burunlu səndəllər də diqqətdən kənarda qalmadı – 70-ci illərin dəbli ayaqqabılarının üslubunu təkrarlamaq üçün yenidən icad edildilər. Açıq dabanlı ayaqqabılar podiumlardan qarderoblarımıza doğru inamlı addımlarını davam etdirir. Günümüzün ən dəbli yay ayaqqabıları – 2-3 sm dabanlı, iti və ya dördbucaqlı burunlu, yumşaq mat süd rəngli və ya çılpaq dəridən tikilənlərdir.

Bu yay özünüzü L.K Bennett-dən aldığınız ayaqqabılarla sevindirin. Eyni zamanda 3,5% keşbek qazanacaqsınız. Call it Spring tərəfdaşımızdan isə 3% keşbek qazanacaqsınız.

Ağ kedlər və krosovkalar

Bunlar gündəlik həyatda tez-tez köməyimizə gələn ən rahat, praktik və hər mövsum üçün aktual ayaqqabılardır. Yeni mövsümdə, hər gün üçün sadə ağ Reebok, New Balance, Nike və Adidas idman modelləri diqqət mərkəzindədir.

Go Sport, Courir və ya Skechers-də bəyəndiyiniz dəbli idman ayaqqabılarını seçin və 4% Umico keşbekini qazanın.

Dördbucaqlı eynək

İstənilən həndəsi formalı modellər aktualdır: kvadrat, düzbucaqlı, yumru və hətta altıbucaqlı. Ən dəbli və çox universal model tısbağa çərçivəli eynəklərdir. Xüsusi bir gözəllik, üzün demək olar ki, yarısını əhatə edən eynəklərdir.

Eynəkləri Umico tərəfdaşlarından – Fərid Optika, Medical City və Anar Optik-dən ala bilərsiniz. Və eyni zamanda keşbek qazanın – müvafiq olaraq 10%, 1.5% və 5% -ə qədər. Umico-nun tərəfdaşları Vegas OpticsVisus Optics-dan 5% keşbek qazanın!

Baqet-çanta və digər parlaq modellər

Bu çanta modeli 1997-ci ildə Fendi Evində yarandı və o zamandan bəri dövrümüzün dəb simvollarından biri halına gəldi. Bu səbəbdən, 90-cı illər üçün ümumi nostalji hissi fonunda digər müasir brendlərin də bu modeldən fəal şəkildə ilhamlanmağa başlaması təəccüblü deyil. Ümumiyyətlə, bu mövsüm müxtəliflik çox aktualdır və bir modeldə dayanmaq çox çətindir, buna görə hər şeyi sınayın.

Charles & Keith mağazasında dəbli çanta seçin və eyni zamanda 3% keşbek qazanın. 

Ləçəklər, panamalar, yay papaqları

Şlyapalar artıq klassika kateqoriyasına daxil olub, lakin bu mövsüm ipək bir şarfı bandana və ya dəbli baş bandı kimi başınıza bağlaya bilərsiniz. Panamalar da trenddədir. Onlar “Las Vegasdakı qorxu və nifrət” filmindəki Coni Depin obrazı sayəsində populyar olduqları 1990-cı illərdən bizə qayıtdılar. Bu gün panama yalnız idman gödəkçələrlə, t-shirt və komik qısa qollu köynəklərlə deyil, ümumiyyətlə hər şeylə geyinilir. Koché-nin yaradıcı direktoru Christelle Kosche, uzun kombinasiya donları ilə panama taxmağı təklif edir. 

Böyük sırğalar

Bu mövsüm maksimalizm əsas tendensiyalardan biridir. Diqqəti iri həcmli sırğalar, effektli kafflar, tək modellər, barok inciləri səpələnmiş modellər və brend loqotipləri olan sırğalar təşkil edir.

Dəbli aksesuarları Aldo (3% keşbek), Avenue Joaillerie (3.5% keşbek), Vintaj-da (10-dək keşbek) seçin.

Boyunbağılar

Boyunbağılar də zərgərlik trendlərinin zirvəsində qalır. İri həcmli boyunbağı, yay mövsümündə lazım olan tək aksessuar ola bilər. Alternativ, asma bəzəkli və muncuqlu seplərin birləşməsidir.

Bijuteriyanızı Jumla (3% keşbek), Be Chic Accesories (3% keşbek) və Extra Accessories (5%-dək keşbek) mağazalarında seçin.

Bu yayı Umico keşbeki ilə trenddə qarşılayın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %