Umicology

Bütün alışların Umico bonusları gətirməsi mümkündürmü? Artıq asan! Əsas odur ki, mağazaya smartfonunuzla gedin.

Əlbəttə ki, Umico tətbiqini quraşdırmağı unutmayın. Yeni bir rahat funksiyaəlavə olunub – “məhsul skaneri”. Cəmi bir dəqiqə ərzində sevdiyiniz məhsula görə bonusların olub-olmamasını öyrənə bilərsiniz.

Artıq mağaza rəflərində sizə Umico bonusları gətirəcək məhsulların təyin etmək çətin deyil. Tətbiqdə sevdiyiniz şokolad və ya camaşır yuyucusunu axtarmağa vaxt itirməyin. Sadəcə olaraq Umico tətbiqini istifadə edərək məhsulun qablaşdırmasında olan barkodu skan edin və dərhal nə qədər bonus alacağınızı öyrənin. Bu, o qədər sürətli və asandır və maraqlı bir kvest kimi həyəcan vericidir – keşbekli məhsulları axtarmaq və səbətə yalnız bonus gətirənləri əlavə etmək. Artıq, şübhəsiz, heç birini qaçırmayacaqsınız! Test etməyə hazırsınız?

Məhsul skaneri nə üçün lazım ola bilər?

  1. Hər alışdan bonus almaq üçün. Hipermarketdə nəhəng bir rəfin qarşısında durmusunuz. İndi nə etməli – tətbiqi açıb lazımı keşbekli məhsulun kodunu kataloqa əl ilə daxil etmək və sonra onu rəflərdə digər məhsulların arasından axtarıb tapmaq?.. Belə olmaz! İstədiyinizi götürün, skan edin və bir anda onun bonuslu olub-olmamasını yoxlayın.
  2. Alış-veriş üçün ən yaxşı marşrutu seçmək üçün. Evinizdə qəflətən sevdiyiniz çay qurtardı, və yaxşı olardı ki, onu keşbeklə alasınız. Qablaşdırmada olan barkodu skan edin və ağıllı mobil tətbiqiniz nəyinki məhsula keşbekin olub-olmamasını, həmçinin harada ala biləcəyinizi qeyd edəcək. Bir neçə məkan olduğu halda, sizə ən rahatını seçə bilərsiniz. Məhsulun şəklinin üzərində “Qəbzin şəkli əsasında keşbek” yazısı varsa, məhsulu Umico bonusları ilə istənilən mağazada əldə edib, sonra isə qəbzinin şəklini çəkib Umico-ya yükləyə bilərsiniz.
  3. HƏMİŞƏ bonuslarla alış-veriş etmək üçün. Bəs lazımı məhsula bonus olmasa necə? Deməli digər məhsula mütləq bonus var. Umico nəyinki bonusların olub-olmaması barədə məlumat verir, hətta həmişə oxşar keşbekli məhsulları sizə göstərir.

Smartfonunuzu götürüb elə indi test edin!

  1. Umico tətbiqini açıb əsas səhifədə və ya “Bonuslar” bölümündə böyük bənövşəyi SKAN ETMƏK düyməsini tıklayın.
  1. “Məhsulun skaneri”-nə keçin və sadəcə olaraq telefonunuzun kamerasını əlinizin altında olan istənilən məhsulun qablaşdırmasının üzərinə gətirin.
  1. Barkod oxunmayanda nə etməli? Yuxarı sağ küncdə “Əl ilə daxil etmək” düyməsini tıklayın və barkodu altında qeyd olunan rəqəmləri əl ilə daxil edin.
  1. Cavab dərhal gələcək. Umico sizə bu məhsula bonusların olub-olmaması və haradan ala biləcəyiniz haqda məlumat verəcək. Və ya alternativ seçim təklif edəcək – bonuslu oxşar məhsullar.

Əgər hər məhsulu skan etməyin lazım olub-olmaması haqda düşünürsünüzsə, sadəcə kiçik bir eksperiment aparın

  • Evinizdə barkodu olan istənilən 10 məhsulu tapın. Zeytun yağı, pendir, qəhvə, sabun, hava təravətləndirici, yanı hər həftə aldığımız məhsullar.
  • Hər məhsulun yanında onun təxmini qiymətini qeyd edib ümumi məbləği hesablayın. Bu pulu siz mağazada xərcləmisiniz.  
  • Hər məhsulun barkodunu skaner ilə skan edin. Tətbiqiniz dərhal ümumi keşbekin məbləğini göstərəcək, və beləliklə hesabınıza bütün məhsulların alışına görə nə qədər bonusun gələcəyini anında göstərəcək.
  • Rəqəmləri müqayisə edin. Aydın məsələdir ki, bonuslarla alış-veriş etmək daha sərfəlidir.
  • Əgər bonusların siyahısında lazım olan məhsul olmasa, onu həmişə digər oxşar, lakin keşbekli məhsul ilə əvəz edə bilərsiniz. Və, təbii ki, hansının keşbeki daha çoxdursa, onu seçin!

Sərfəli alış-veriş sizə üçün lazım olan sadəcə Umico mobil tətbiqidir. Yükləyin, araşdırın, skan edin və hər alışda qazanın.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
0 %