Shopping Guide

Evə‌ ‌etibarlı,‌ ‌xoşunuza‌ ‌gələcək‌ ‌soyuducu‌ ‌seçirik.‌ ‌ ‌

Soyuducu seçiminə gəldikdə, ömürboyu işə yarayan olmasa da, uzun müddət ərzində işləyəcək modeli axtarırıq. Adətən 3 illik zəmanət verilir, lakin onu bağ evinə aparmağımıza və ya yeni soyuducu seçməyimizə qədər uzun müddət işləməyini gözləyirik. Öncədən qeyd edək ki, müasir soyuducuların texniki güvənliyi bir çox brendlərdə oxşardır. Lakin, yaxşı soyuducu seçmək istəyirsinizsə, məqsədiniz detalları öyrənmək olacaq. Hansı ölçüdə olan soyuducu sizə uyğundur, buz dolabı harda yerləşməlidir, neçə ədəd kompressor lazım olacaq. Umico etibarlı, enerjiyə qənaətcil, interyerinizə uyğun olan və uzun müddət ərzində işləyəcək soyuducu seçimində sizə kömək edəcək. 

Əsas məsələ odur ki, həm premial, həm sərfəli modellər eyni dərəcədə soyudacaq. Buz dolabında temperatur – 18, soyuducuda isə 4-8 dərəcə olacaq. Bu, şəkil keyfiyyətinin martisa növündən asılı olan televizor deyil. Buna görə də, soyuducunu seçəndə, onun iş prinsipini dərindən başa düşmək şərt deyil. Düzdür, seçimdə nəzərə alınacaq bəzi fərqlər var, Umico onların haqqında ətraflı danışacaq:

  • Vizual hissə. Soyuducuların mövcud olan növləri, tərtib üsulları və qabaritlər neçə seçilməli olduğunu öyrədirik. 
  • Texniki hissə.  İkinci kompressor nəyə lazım olduğunu, buz açılma sistemlərinin fərqlərini, və hansı enerji effektivlik sinfi seçilməli olduğu haqqında danışırıq. 
  • Praktiki hissə. Soyuducuya qayğı haqqında Umico məsləhətləri. Soyuducunun istifadə müddəti düzgün istifadədən asılıdır. 

Vizual hissə: qabaritlər, tərtib üsulları, tutum

Qabaritləri təyin edin

Çox güman ki, soyuducunu hara qoyacağınızı bilirsiniz. Həmin yerin uzunluğunu, enliyini və hündürlüyünü olçün və seçim edərkən bu göstəriciləri nəzərinizdə saxlayın. Standart ölçü 60×60-dır. Bu, 7 m2-dən 12 m2-dək ölçüsündə olan mətbəxlər üçün uyğun olan variantdır. Mətbəxinizin ölçüsü bundan kiçikdirsə, kompakt, olçüsü 60×45 olan iki kameralı soyuducunu seçin. Standart hündürlük 1.5-1.7 m-dir.  Bir buz dolabı olan və ya heç buz dolabı olmayan soyuducular nadir hallarda 1,3 m-dən daha hündür olurlar. Bir neçə kameralı və buz dolabı olan böyük soyuducuların hündürlüyü 1,9-2,05 m civarında olur. Nəzərinizə alın ki, istehsalçılar texniki sənədlərdə çox vaxt bir neçə millimetri ehtiyyat kimi əlavə edirlər. Soyuducunu sıx yerləşdirmək fikrindəsinizsə, o, təqdim olunan ölçülərdən azca kiçik olsa, təəcüblənməyin. Soyuducunun üstündə şkaf asılacaqsa, havanın keçməsi üçün yer saxlayın. Bu, quraşdırılan modeldirsə, ventilyasiyasını mebelin özü təmin etməlidir. 

Qeyri-adi dizayn və ya orijinal rənglər axtarışındasınızsa, Sharp SJ-GP75D-BK5 modelini nəzərinizdən keçirin. Onu Umico Market-də tapa bilərsiniz. 

Tərtib üsulunu seçin

Soyuducular bir, iki və ya bir neçə kameralı olur. Tək-kameralı modellərin çox vaxt buz dolabı olmur, lakin içərisində kiçik rəfi olur. Mənzillərin çoxusundaayrı soyuducu kameradan və buz dolabından ibarət olan iki-kameralı soyuducu olur.Soyuducuda +4 dərəcədən +8 dərəcəyə kimi olan temperaturda təzə və dondurulmayan ərzaqlar saxlanılır. Buz dolabında -18 dərəcədən -24 dərəcəyə kimi olan temperaturda ərzaqları uzun müddət ərzində saxlamaq olar. İki-kameralı modellərdə buz dolabı yuxarıda yerləşə bilər. Çox vaxt o, kiçikdir, soyuducu hissəsi isə tutumludur. Belə modellər əlçatandır, lakin, onların dizaynları artıq müasir sayılmır. Hazırda, buz dolabı aşağıda yerləşdirilir, belə soyuducularda o, daha tutumlu olur. Məlum məsələdir ki, çoxkameralı soyuducularda üç və daha çox bölüm mövcud olur. Belə soyuducularda -1 dərəcədən +3 dərəcəyə kimi olan temperatur və müəyyən nəmlik dərəcəsi olur. Bu bölmədə tərəvəzlər və göyərtilər uzun müddət ərzində saxlanılır, təzə ət və balıq isə doldurulmadan qalır. 

Indesit TIAA16(UA) etibarlı və sərfəli soyuducudur. Onu Umico Market-də tapa bilərsiniz.  

Etibarlı və uzun müddət işləyəcək soyuducu axtarırsınızsa, ATLANT ХМ 4421-060 N modelini də nəzərinizə alın. Umico Market məsləhət görür!  

Soyuducuların sizə ən uyğun olan iç kombinasiyası həyat tərzinizdən asılıdır. Bir neçə gün üçün yemək bişirirsinizmi, dondurulmuş meyvə-tərəvəz, göbələkləri və ət-balığı saxlayırsınızmı? Buz dolabından soyuducu qədər istifadə edirsinizsə, mətbəxiniz isə genişdirsə, kameraları Side-by-Side şəklində olan modelləri nəzərdən keçirin. 

Bəlkə, Side-by-Side sizə uyğun modeldir? 

Öncədən qeyd edək ki, bu, böyük (enliyi 1,2 m-yə kimi) və nisbətən bahalı soyuducular standart ölçülü mətbəxlər üçün uyğun gəlməz. Side-by-Side tam hündürlükdə olan çölə açılan iki qapılı modeldir, bu model, şkafa oxşayır. Belə soyuducularda buz dolabı soyuducu hissəsi qədər böyükdür, və onun sağında və ya solunda yerləşir. Əlavə funksiyalardan biri, içməli suyu soyuq saxlayan yerdir. Bəzi modellərə buz qeneratoru da quraşdırılıb. 

Böyük ailə və geniş mətbəx üçün – AEG RMB86111NX. Umico Market-də seçin.  

… və ya, bəlkə, French Door?

Bu, Side-by-Side qədər böyük soyuduculardır, lakin, soyuducu bölümün ölçüsü daha böyükdür, buz dolabı isə daha kiçikdir. Onların tərtib üsulu fərqlidir, soyuducu hissəsi yuxarıdadır və onun iki çölə açılan qapıları olur. French Door tipli soyuducular kamoda oxşayır, 3-6 kameradan ibarət olur və ən geniş mətbəxlər üçün uyğundur. 

French Door modelinin mükəmməl nümunəsi, Franke FRFD 6020 NF XS A+. Bütün xüsusiyyətlərini Umico Market-də öyrənə bilərsiniz. 

Həcmi nə qədər olmalıdır? 

Etiketdə yazılan həcm real, yəni, ərzaqların tutduğu həcmdən fərqlənəcək. Məsələ ondadır ki, həcm ümumi və faydalı olur. Ümumi həcm – rəflər və qutular ilə birlikdə bütöv yer, faydalı isə – ərzaqların tuta biləcək yerdir. Fərq 25-30%-a çata bilər. Lazımi həcmi təyin etmək üçün, faydalı həcmə əsaslanmaq lazımdır. O, 1 adama 120 litr və hər əlavə ailə üzvü üçün 60 litr sxeminə əsaslanaraq hesablana bilər. Üç nəfərdən ibarət ailə üçün həcmi 240 litrdən başlayan soyuducu lazımdır. Sözün düzü, bu, daha çox lazımi minimumdur. Tez-tez mağazaya gedib, çoxlu yemək bişirirsinizsə, soyuducuda daha çox yer lazım ola bilər. Ümumiyyətlə, aşağıdakı həcmlər mövcuddur: 

  • 100 – 200 litr – bağ evi və ya ofis üçün tək-kameralı soyuducu, bu həcm 1-2 nəfərə bəs edəcək;
  • 200 – 250 litr – belə bir soyuducuda üst buz dolabı mövcud olacaq, və o, şəhər mənzili və ya bağ evi üçün uyğun olaraq, 1-3 nəfər üçün nəzərdə tutulub;
  • 250 – 350 litr – ən populyar növlərindəndir, buz dolabı aşağıda yerləşir, faydalı həcmi isə 4-5 nəfərdən ibarət olan ailə üçün uyğundur; 
  • 500 litrə kimi – çoxkameralı, ərzaqların saxlanılmasına xüsusi tələbləriniz varsa, bu cür modellərə diqqət yetirə bilərsiniz. French Door və Side-by-Side soyuducuları belə həcmə malikdir, Side-by-Side modellərində həcm 700 litrə çata bilər. 

341 litrlik tutumlu LG GA-B459SQQZ.ASWQCIS soyuducusu böyük ailə üçün mükəmməl seçimdir. Umico Market-də seçin! 

Texniki hissə: kompressorların və soyutma sistemlərinin işini izah edirik, iqlim sinfini və əlavə funksiyaları seçirik. 

İkinci kompressor nəyə lazımdır? 

Kompressor soyuducunun ən vacib funksional hissəsidir, soyuğu məhz o təmin edir. Bu, soyuducu amili (qazı) sixan və onu borulardan keçirdən kiçik bir cihazdır. Faktiki olaraq, soyuducu kameraları soyumur, onlardan sadecə qazı enləndirərək istiliyi aparırlar. 

Soyuducuların bir və ya iki kompressoru olur. Modellərin çoxusu həm soyuducu bölməsini, həm buz dolabını soyuq ilə təmin edən tək kompressor ilə işləyir.  Tek-kompressorlu soyuducularda, misal üçün, harasa uzunmüddətlik gedirsinizsə, soyuducu kamerasını söndürüb, soyuducunu işlək vəziyyətdə qoymaq olmayacaq. Yeni modellərdə “tətil” rejimi olur, o, soyutma dərəcəsini aşağı salır, lakin, tam söndürmür. Tək-kompressorlu modellərin üstünlüyü aşağı qiymət və ekonomik enerji sərf edilməsidir. 

İkinci kompressor böyük buz dolabı olan soyuducular üçün lazım olur, bu cür modellərdə hər kamerada avtonom rejimində öz kompressoru işləyir. İki-kompressorlu soyuducularda ərzaqlar daha tez soyurur, temperatur isə daha yaxşı qorunur. Bu modellər ilə ailəlikcə harasa gedəndə, əsas bölməni söndürə biləcəksiniz. İki-kompressorlu modellərin üstünlüyü etibarlılığı və uzun müddət ərzində işlək olmalarıdır. Əlbəttə ki, belə modellər daha bahadır, iki motoru isə daha çox enerji sərf edir. 

Kompressorlar xətti və inventorlu olurlar. Xətti olanlar işləyərkən gah işə düşürlər, gah da sönürlər. İnventorlu isə iş gücünü buz dolabında və soyuducuda olan ərzaqların həcminə görə dəyişir. Buna görə sərf olunan güc tənzimlənir və elektrik enerjisinə qənaət olunur. Belə soyuducuların digər üstünlükləri sakit iş və uzun müddətli istismarıdır. Əlbəttə ki, bunlara əlavə ödəniş etmək lazım olacaq. Həmçinin, gərginliyin güclü sıçrayışı baş verərsə, inventorlu kompressor sına bilər, və onu dəyişmək lazım olacaq, buna hazır olmalısınız. 

Samsung RT32K5132S8/WT etibarlı tək-kompressorlu soyuducudur. Çatdırılma ilə Umico Market-də əldə edin. 

Buzun açılma növünü seçin

Adi buz açılma sistemi ilə, yəgin ki, tanişsınız – cərəyən yuvasından çıxardıb, suyu yığırsınız, soyuducunu yuyursunuz, qurudursunuz və yenə istifadə edirsiniz. Müasir soyuducularda iki buz açma və dondurma sistemi var: daha sadə və sərfəli damcılı sistem və yeni, müasir, baha No Frost sistemi. 

Damcılı sistemli soyuducularda divarlarında xeyli buz yığılanda, soyuducu buz açılmasını özü başlayır. Kompressor dayanır, buz əriyir, su xüsusi altlığa düşərək, buxarlanıb yox olur. Amma yenə də azından yarım ildə bir dəfə soyuducunun buzunu açıb, onu yuyası olacaqsınız, çünki divarlarında vaxt ilə buz yaranır. Buz dolabının buzunu soyuducunu bir neçə saatlıq söndürərək açacaqsınız. Damcılı sistem sadə, etibarlı və ucuzdur. 

No Frost sistemi digər texnologiya ilə işləyir. Belə soyuducuların arxa divarında havanı kameranın içində dövr edən və onu buxarlandırıcıya yönləndirən ventilyatoru olur. Buzun açılması avtomatik şəkildə baş verir, su gün ərzində bir neçə dəfə isinən buxarlandırıcıda yığılır, sonra isə su xüsusi borular vasitəsilə xüsusi rezervuara doldurulur. İşlək No Frost soyuducularda artıq buz heç vaxt olmur, buna görə də, onların buzunu açmaq lazım olmayacaq. Yumaq isə azından ildə bir dəfə lazımdır. Üstünlüklərlə bərabər, No Frost modellərin öz qüsurları da var, ventilyatorların işinə görə onlar daha səsli işləyir, sistem havanı qurudur və soyuducunun qiymətini qaldırır. Ərzaqların qurumasının qarşısını almaq üçün onları qablarında saxlayın. 

Soyuducunuz Full No Frost ilə təchiz olunubsa, bu o deməkdir ki, artıq buz nə soyuducu bölümündə, nə də buz dolabında olmayacaq. Bu sistemin də öz mənfiliyi var, kamerada yerləşən ventilyator faydalı həcmi azaldır.

No Frost sistemli, etibarlı, sərfəli soyuducu BOSCH KGN57NW20U. Umico Market-də seçin.

Hansı iqlim sinfi sizə uyğun olacaq?

Bu göstərici, həmçinin, iqlimə nəzarət adlandırır, o, soyuducu yerləşdiyi məkanın temperaturunu təyin edir. Demək olar ki, heçkəs bu göstəriciyə fikir vermir, lakin vacib bir məqam var. Soyuducu sınsa, və məlum olsa ki, o, uyğun olmayan şəraitlərdə işləyirdi, istehsalçıdan olan zəmanət güvvədən düşür, və təmir pulunu özünüz ödəyəsi olacaqsınız. Buna görə də, xüsusiyyətləri diqqətlə oxumaq dəyər. 

  • N – normal iqlim sinfi, +16 °С-dən +32 °С-dək olan temperatur üçün uyğundur. 
  • SN – subnormal iqlib sinfi, +10 °С-dən +32 °С-dək olan temperaturda istifadə olunur. Belə soyuducunu eyvana və ya isitməsi olmayan zirzəmə qoymaq olar. 
  • ST – subtropik iqlim sinfi, +18 °С-dən +32 °С-dək olan temperaturda istifadə olunur. Temperaturdan bilinir ki, o, isti iqlim üçün yararlıdır. 

Т – tropik iqlim sinfi, +18 °С-dən +43 °С-dək olan temperaturda işləyir.

Elektrik enerjisinə hansı miqdarda qənaət etmək olar? 

Suyuducunuz 24/7 rejimində işləyir, ona görə bu, çox vacib məqamdır. Əlbəttə ki, qənaət etmək pis olmazdır. Hansı variantın daha qənaətli olacağını soyuducunun enerji sərfiyyat sinfi əks etdirir. Sərfiyyat bir saatın içində sərf olunan kilovatt sayına görə hesablanır, sinflər A-dan G-yə kimi latin hərflərlə ifadə olunur. Ən effektiv sərfiyyata A sinfinə aid soyuducular malikdir. Həmçinin, A+, A++ və A+++ kimi müxtəlif işarələri görmək olar, hər əlavə üstəgəl işarəsi sərfiyyat qənaətinə 10% əlavə edir. Ən qənaətcil soyuducular inventorlu kompressorla olanlardır.  Enerji sərfiyyatı hər növbəti hərf ilə artır. G ən qənaətsiz sinifdir. 

Çox sakit və qənaətcil model (A++ sinfi) – AEG SCE81824TS. Umico Market-də seçin.

Hansı əlavə funksiyalar sizə lazım ola bilər? 

  • Super dondurma. Belə soyuducular – 24-dən – 28-ə kimi olan temperaturda ərzaqları donduraraq, onların faydasını qoruyur. Çoxlu təzə giləmeyvə və tərəvəzləri dondurursuzsa, bu funksiya işə yarayar. Amma bu funksiya çoxlu enerji sərf edir. 
  • Antibakterial örtük. O, gümüş ionlarından ibarətdir və kameranın divarlarına yerləşdirilir. Bu örtük xoşagəlməz qoxuların yaranmasının və bakteriyaların çoxalmasının qarşısını alır. 
  • Açıq qapının göstəricisi. Bu, qapı bağlanmayanda işə salınan səs siqnalıdır. 
  • Buz qeneratoru. Bu, əlavə ödəniş edəcəyiniz silikon buz formalarının alternatividir. Suyu özünüz doldursanız, daha az ödəniş edəcəksiniz, su özu dolursa isə daha çox.
  • Soyuğun avtomatik saxlanılması. İşıq sönəndə bu funksiya işə salınır. Ərzaqların təzəliyindən narahat olmaya bilərsiniz. 
  • Uşaqlardan qorunma. Balaca uşaqlarınız varsa, qapıların bloklanması və idarə panellərinin qorunması sizə lazım olacaq. 

LG GA-B459SEKL antibakterial qorunmalı soyuducunu Umico Market-də əldə etmək olar. 

Praktik hissə: soyuducunu yaxşı vəziyyətdə saxlayırıq 

Soyuducunun iş müddəti tək keyfiyyəti, güvənliyi və uzunömürlüyündən yox, düzgün istismarından da asılıdır. Soyuducu seçimi, ustaların məsləhətləri bir məsələdir, soyuducunun iş müddətininin uzadılması isə ayrı məsələdir. 

  • Yeni soyuducunu evə gətirəndə onu 4-5 saat ərzində şaquli vəziyyətdə saxlayın və yalnız bundan sonra işə salın. Kompressorda çatdırılma zamanı tökülə bilən yağ olur, 4-5 saat ərzində isə o, yerinə qayıdar. 
  • Soyuducunu günəşli tərəfdə, isidicilərə və ya plitəyə yaxın qoymaq məsləhət deyil. Bu, onun enerji effektivliyini aşağı salır. 
  • Soyuducu qapısını açıq saxlamayın və temperatur tənzimləyicilərini ən aşaqı səviyyələrə, yəni, buz dolabında – 24 dərəcəyə, soyuducu kamerasında isə + 2 dərəcəyə qoymayın. Soyuducu kamerası üçün optimal temperatur +5-dir, buz dolabı isə -18 dərəcədə əla işləyir. 
  • Soyuducunu tam doldurmayın. Ərzaqlar çox olanda, soyuq hava həcmi azalır, bu isə hər ərzaqı bərabər soyutmağa imkan vermir.
  • İldə azından bir dəfə soyuducunun buzunu açın, hər üç aydan bir isə soyuducu kamerasını içəridən yuyun. 
  • Qapıda olan kipləşdircinin təmizliyinə nəzarət edin. Kipləşdirici soyuq havanı çölə, isti havanı isə içəriyə buraxmır. 
  • Buzu tez açmaq üçün heç vaxt onu bıcaqla və ya iti alətlərlə qopartmayın, üzərinə isti su tökməyin. 
  • İldə bir dəfə mütləq əsaslı təmizlik olmalıdır. Soyuducunu cərəyan yuvasından çıxarın, divardan çəkin və altında olan tozları yığın, arxa tərəfinin tozunu silin. Qoruyucu qəfəsi çıxardıb, ventilyatoru və kondensatoru silmək də yaxşı olar. Belə sadə baxımdan sonra soyuducu sistemi daha effektiv işləyəcək. Kondensatorun müntəzəm təmizliyi soyuducunun ömrünü 10-15 ilə, bəzən isə hətta 20 ilədək uzadacaq. 

Soyuducunu neçə seçmək olar? Birincisi, onu vizual cəhətdən dəyərləndirin: ölçüləri uyğun olacaqmı, görünüşü interyerinizə uyğun gələcəkmi. İkincisi, öz vərdişlərinizi dəyərləndirib, soyuducu həcmi haqqında qərar verin. Ailəniz dörd nəfərdən ibarətdirsə, tək-kameralı soyuducu sizə bəs etməyəcək. Üçüncüsü, lazımsız funksiyalara əlavə ödəniş etməmək üçün texniki tərəfini araşdırmalısınız. Və əlbəttə ki, istifadə qaydalarını pozmayın və soyuducunun qayğısına qalın. Onda o, uzun müddət ərzində işləyəcək. 

Umico bloquna abunə olun, xəbərlərimizi və icmallarımızı izləyib, onları sosial şəbəkələrdə paylaşın. Biz isə sizə xoş və faydalı alış-verişlər etməyə kömək edəcəyik! 

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %