Yeni ilə dolu pul kisəsi ilə! 2023-cü ildə var-dövlətinizi artıra bilməniz üçün illik maliyyə planını tərtib etmək üçün təlimat hazırladıq.
“Pul haqqında” rubrikasında biz pulu necə ehtiyatla idarə etmək, özümüzü ümumi qənaət çərçivəsinə sığmamaq, alış-verişdən və çoxlu sayda bonuslardan həzz almaq haqda danışırıq. Bu gün biz illik mümkün maliyyə planını necə tərtib etməyi anlamağa çalışacağıq.
İllik maliyyə planı nədir?
Şəxsi maliyyə planı, maliyyə axınlarını optimallaşdırmağa və maddi məqsədlərə çatmağa kömək edən sənəd, məlumat cədvəlidir. Şəxsi maliyyə planına gəlir və xərclərin təhlili, məqsədlər siyahısı və onlara nail olmaq üçün strategiya daxildir.
Sənəd imkanları istəklərlə müqayisə etməyə, əsassız xərcləri tapmağa və onlardan qurtulmağa, həmçinin maddi məqsədlərə sürətli və təhlükəsiz nail olmaq üçün strategiya qurmağa kömək edir.
Bəs, rəqəmlərin sehrinin istəklərimizi yerinə yetirməsi üçün nə etmək lazımdır? Ən azından onlar haqqında düşünməyə başlayın.
Hədəfi görürəm
Hər cür planların əsas səhvlərindən biri qeyri-dəqiq, məqsədlərdir. Necə deyərlər, arzularınızı dəqiqləşdirin, çünki onların həyata keçmək xüsusiyyəti var. Buna görə də, maliyyə planını başlamaq üçün ilk şey illik dəqiq, əldə edilə bilən və başa düşülən məqsədlərin qoyulmasıdır. Bunu necə etmək olar? Nümunələrə baxaq.
Nümunə №1. Təzə maşın almaq istəyirəm. Belə görünə bilər ki, avtomobil almaq artıq kifayət qədər dəqiq məqsəddir. Lakin onun dəyəri marka və istehsal ilindən, konfiqurasiyadan və maşının növündən asılı olaraq dəyişir. Buna görə də, Aston Martin almaq işlənmiş Ford almaqdan daha çətindir.
Bu məqsəd necə görünməlidir? 2023-cü ildə 2022-ci ilin 3.3 l mühərrikli Toyota Land Cruiser avtomobilini almaq istəyirəm. Sonra isə gəlirdən, mövcud maliyyə alətlərindən və yığdığınız pullardan bu məqsədə çatmaq üçün strategiya formalaşır..
Nümunə №2. Maldiv adalarını ziyarət etmək istəyirəm. Bilirdinizmi ki, bu dövlət 1200-ə yaxın adadan ibarətdir və siz heç də onların hamısını ziyarət etmək istəməzdiniz. İkinci nüans – ziyarət etmək nə deməkdir? Ayağınızla o torpağa toxunmaq kifayətdirmi və ya orada nə qədər vaxt keçirmək istəyirsiniz? Bunun sadəcə çimərlik tətili olmasını istəyirsiniz, yoxsa orada əyləncə, ekskursiyalar, spa prosedurlarına ehtiyacınız var? Maldiv adalarında hansı səviyyədə rahat məkanda yaşamaq istəyirsiniz? Bu xəyalın həyata keçirilməsinin dəyəri bütün bu cavablardan asılıdır.
Belə bir məqsəd necə görünməlidir: 2023-cü ildə Maldiv adalarında hər şey daxil olmaqla 4-5 ulduzlu oteldə 7 günlük tətilimi keçirmək istəyirəm. Qiyməti 2000 dollardan 5000 dollara qədərdir.
Beləliklə, əvvəlcə bütün arzularınızı, hətta ən real olmayanları da yazın. Bundan sonra onları mümkün qədər aydınlaşdırmağa, ətraflı və dəqiq təsəvvür etməyə çalışın. Eyni zamanda “Bu mənə lazımdırmı?” suala cavab verin. Mən bu şəkildə hansı ehtiyacımı qarşılayıram? Təhlildən sonra qalan konkret məqsədləri təmiz vərəqdə yenidən yazın. Və unutmayın ki, hər bir məqsəd konkret, əldə edilə bilən, vaxta bağlı və pul baxımından ölçülə bilən olmalıdır.
Prioritetləşdirmə
Hədəflər qarşınızdadır və öz növbələrini gözləyirlər. Yeri gəlmişkən, ilk növbədə nə istədiyinizi bilirsinizmi? İndi bu və ya digər məqsədə nə vaxt nail olmaq istədiyinizi prioritetləşdirmək və anlamaq vaxtıdır. Eyni zamanda, imkanlarınızı nəzərdən keçirin: bir ay ərzində həm istirahətə getmək, həm də avtomobili yeniləmək çox deyilmi? Prioritetlər məntiqli və ağlabatan olsun.
Məqsədi necə prioritetləşdirmək olar? Bunu etmək üçün özünüzə aşağıdakı sualları verin:
- Bu indi nə dərəcədə vacibdir? Əgər vacibdirsə, səbəb nədir? Əgər deyilsə, ümumilikdə bu məqsəd nə dərəcədə vacibdir?
Deməli belə, əgər indi avtomobiliniz varsa, yenisi almaq o qədər də təcili deyil. Buna görə də, pulunuzu əvvəlcə mənzilin təmirinə investisiya edə və yalnız bundan sonra avtomobili yeniləyə bilərsiniz.
- Bu məqsəd mənim üçün niyə vacibdir? Ehtiyacı aydınlaşdırırıq və imkanlarla müqayisə edirik.
- Onu həyata keçirmək nə qədər vaxt aparacaq? Onu başqa vaxta saxlayırıq.
Sonra isə hər bir məqsəd üçün lazımi resursları toplayırıq.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Nə qədər banal səslənsə də, pul hesabı sevir
Sizin üçün əlçatan olan bütün gəlirləri hesablayırıq: aktivlər, passiv gəlirlər, mümkün gəlirlər, qazanclar.
Sonra, gəliri artırmağın yollarını axtarırıq:
- İş yerində maaşın artımını istəmək;
- Daşınmaz əmlakın icarə haqqını artırmaq;
- Əlavə iş tapmaq;
- Vergi ayırmaları vermək;
- Yeni məhsullar/xidmətlər yaratmaq və onlardan pul qazanmaq;
- İnvestisiya etmək və s.
Gəlirləri təhlil etdikdən sonra xərcləri hesablayırıq: aylıq olaraq nə qədər və nəyə xərcləyirsiniz. Nədən imtina edə, nəyə qənaət edə biləcəyinizi və büdcəni nədə kəsməməli olduğunuzu ağıllı şəkildə qiymətləndirmək də vacibdir.
Məsələn, həddindən artıq qənaət yaxşı nəticələrə səbəb olmur. Sərt qənaət şəraitində insanlar həm maddi, həm də psixoloji pozulmalara daha çox meyllidirlər. Yeri gəlmişkən, burada Umico köməyə gəlir: sərfəli alış-veriş əslində əhəmiyyətli bir məbləğə qənaət edə bilər.
- Alış-verişi hər cəhətdən daha şüurlu və faydalı etmək üçün alış-verişi Umico tətbiqi ilə edin. Umico tərəfdaşlarından alış-veriş edin və hər alış üçün keşbek qazanın.
- Umico tərəfdaşlarının aksiyalarını izləyin – hər həftə artırılmış keşbeklə aksiyalar tapa bilərsiniz.
- Umico tətbiqində Premium abunəni qoşun. Umico tətbiqindəki marketpleysdə tez-tez alış-veriş edən, Umico bonus xalları toplayan və onları əzizlərinə və dostlarına köçürənlər üçün bu, mütləq faydalı olacaq. “Supermarketlər” kateqoriyasındakı tərəfdaşlardan əlavə keşbek qazana bilərsiniz. Xərcləriniz ayda 200 AZN-i keçən kimi hər yeni alış üçün ikiqat keşbek qazanacaqsınız. Umico Premium abunəliyi ilə Umico bonus hesabları arasında köçürmələr üçün hesabınızdan komissiya tutulmayacaq.
- Umico Market-də Birbank (BirKart) kartları ilə alış-veriş edin və aksiyadan yararlanın. Bu kartlarla istənilən alış-veriş üçün əlavə 5% keşbek qazanırsınız. Mil toplayırsınızsa, üçqat mil alacaqsınız! Çox şeyi fayda ilə almaq üçün vaxtınız olacaq: aksiya 28 fevral 2023-cü il tarixinədək keçərlidir.
Xərcləri izləmək üçün xüsusi mobil tətbiqlərdən istifadə etmək daha rahatdır. Xərcləri kateqoriyalara ayırmağa kömək edəcək, həyatın hansı sahələrinə daha çox pul xərclədiyinizi və əksinə, nəyə diqqət yetirməli olduğunuzu göstərəcəklər (məsələn, sağlamlıq).
Nəticədə, siz gəlirlər, xərclər və qeydlər olan şəxsi balans cədvəlini alacaqsınız. Orada aylıq nə qədər ayıra biləcəyinizi və bunun hansı məqsədlər üçün kifayət edəcəyini hesablaya bilərsiniz.
Strategiya olduqca vacibdir
Məqsədə çatmağa kömək edən yalnız qənaət və ya əlavə gəlir deyil. Məqsəddən asılı olaraq alətlər fərqli ola bilər. İndi onları qiymətləndirmək və bütün imkanları tətbiq etməyin əsl vaxtıdır.
Məsələn, ayda 100 dollar qənaət edirsinizsə, o zaman avtomobil üçün uzun müddət qənaət etməli olacaqsınız. Amma müəyyən məbləğiniz varsa, avtomobili kreditlə və ya lizinqlə ala bilərsiniz. Beləliklə, siz məqsədə çatacaqsınız və ümumi maliyyə yükünü azaldacaqsınız (tam məbləğ əvəzinə, hər ay onun bir hissəsini ödəməli olacaqsınız).
Təmir məsələsində məqsəd əldə edilə bilən, başa düşülən və ölçülə bilən tapşırıqlara bölünməlidir. Bir ay divar kağızlarını yeniləmək, növbəti ay – divan almaq. İlin sonuna qədər (bəlkə də ortasında) başa çatacaq və hər ay nəticəni görəcək və əhəmiyyətini hiss edəcəksiniz.
Strategiya tərtib etmə mərhələsində, hədəflərin hər birinin qabağında, real son tarixlərlə ona nail olmaq üçün bütün mümkün variantları yazın. Bundan sonra öz imkanlarınızla müqayisə edin və ən real və sərfəli həlli seçin. Sonra isə yalnız plana sadiq qalmaq və hər mərhələdə özünüzü tərifləməyi unutmamaq.
Gəlir və xərclərin hesabını aparmağı, ən azı ayda bir dəfə planı yoxlamağı və real vəziyyətə uyğun tənzimləməyi unutmayın. Sonda isə arzuların həyata keçirilməsini qeyd etmək.