Novruz bayramı ərafəsində ev təmizliyi ən vacib təmizliklərdəndir, çünki biz evi qaydaya salaraq, həyatımızı da qaydaya salırıq. Buna görə həm hər şeyi mükəmməl etmək, həm bayram süfrəsi və bayramın özü üçün güc saxlamaq da istəyirik. Umico Market evdə əsaslı təmizlik etmək, böyük paltar yumanı təşkil etmək və evi yazın gəlişininə hazırlamağa kömək edəcək.
Qüsursuz təmizliyi təmin edirik
Bloqumuzda əsaslı təmizliyə hazırlaşmaq, onu maksimal şəkildə effektiv etmək, və həmçinin, daha anlamlı olub, bizə nə sevinc gətirdiyini və bizi nə xoşbəxt etdiyini haqqında danışmışıq. Bu gün təmizliyin praktiki hissəsi haqqında danışacayıq – əsaslı təmizlik zamanı nələrin olması zəruridir.
Beləliklə, köməyinizə çatacaq əşyalar aşağıdakılardır:
Güclü tozsoran. Əsaslı təmizliyi yaxşı tozsoransız təsavvür etmək mümkün deyil. Vacibi odur ki, istifadəsi rahat olsun, dəstə isə müxtəlif başlıqlar daxil olsun. Mütləq lazımi olan başlıqlar yumşaq mebellərinin təmizlənməsi üçün olan və aralıqlar üçün nazik başlıqdır. Hər yerin tozunu tozsoran ilə götürün: döşəmələrin, pəncərəaltıların, rəflərin, bu, tozu daha yaxşı təmizləməyə kömək edəcək. Bu isə tozsoran ilə təmizləməyin qeyri-aşkar üsullarıdır, onlar mükəmməl təmizliyə çatmağa kömək edəcəklər:
- Xalçanın tərs üzünü tozsoranla təmizləyin. Yumşaq tüklü xalçalar özlərində toz və mikroorqanizmləri saxlayır, evinizdə it və ya pişik varsa, onların tükləri də xalçada qalır. Adi xalça fırçası sadecə üstdən təmizləyir, və bu, bəs etmir. Bunun əvəzinə yumşaq fırça ilə xalçanın əks tərəfini təmizləyin.
- Ağcaqanad torlarını da tozsoran ilə təmizləmək olar. Açıq pəncərələrdən evə xeyli toz daxil olur və pəncərəaltında, yerdə və ağcaqanad torunda qalır. Toru tozsoran ilə təmizləmək çox rahatdır. Yaxşı tozsoranın güclü toz sovurma funksiyası olur, filtr sayəsində isə tozlar konteynerdən məkana düşmür.
- Pərdələri badminton raketkası ilə təmizləyin. Pərdələri ildə 2-3 dəfə yumağa məsləhət görürlər, bunu etməyi çatdırmasaz, tozsoran kömək edəcək, çünki müasir modellər mürəkkəb səthlərdən belə tozu yığıq. Pərdələrin torbaya düşməməsi üçün fırçaya badminton raketkasını qoyun.
- Təmizlikdən sonra ekranlara və arxa panellərə antistatik səpələyin. Notbuk klaviaturası, televizorun arxa paneli, soyuducunun arxa panelindəki toru – bu çətin yerlərdə toz, qırıntılar və çirk yığılır. Onları yumşaq fırça ilə və ya turbin tozsoran ilə təmizləmək olar. Təmizlikdən sonra tozun daha az düşməsi üçün ekrana, notbukun və ya televizorun arxa hissəsinə antistatik səpələyin və onları xüsusi salfet ilə silin.
Güclü tozsoranları Umico Market-də seçin
Buxarlı təmizləyici. Buxarla təmizləmə yuyucu vasitələr ilə təmizləməyin yumşaq alternatividir. Buxar asanlıqla, ekoloji şəkildə və kimyəvi maddələr ilə eyni səviyyədə keyfiyətli şəkildə müxtəlif səviyyədə olan məişət çirklərini təmizləyir. Eyni zamanda o, örtüklərə heç bir mexanik təsir görsərmir, lakin, çox saylı bakteriya, mikrob, və allerqenləri yox edir. Buxarlı təmizliyicisi ilə təmizləmə iki qat tez bitəcək.
Buxarlı təmizləyici ilə nəyi təmizləmək olar? Yüksək temperaturdan qorxmayan istənilən örtüyü. Bu plitə, konforkalar, soba, mikrodalğalı soba, aspirator, santexnika, hamam və tualet, radiator, pəncərələr, güzgülər, şüşə jurnal masası ola bilər. Buxarlı təmizləyici məişət kimyasının gücünü artıraraq, qurumuş yağı belə təmizləyir. Yağ yüksək temperaturlu təzyiqi ilə kimyəvi maddələrin birləşməsini sevmir. Buxarlı təmizləyici plitə arası tikişlərin təmizləməyində də lazım olacaq, çünki buxar artıq onları ayıracaq və ağ yenə ağ olacaqdır. Onunla pəncərləri və çərçivələri də yumaq olar.
Umico Market-də buxarlı təmizləyicilərin geniş çeşidi
Elektrik döşəməsilən. Döşəmələri qədimdəki kimi üsulla yumaqdan bezmisinizsə, elektrik döşəməsiləni sınayın. O, hündürdür, döşəmələri yuyarkən əyilməyə ehtiyac olmayacaq, özü sürüşür, güc etmək lazım deyil, həmçinin o, yerdə olan zibilləri də xüsusi konteynerə yığır. Elektrik döşəməsilən ilə otaqın yerlərini çox qısa bir zamanda siləcəksiniz, su sərfiyyatı da az olacaq. Əlbəttə ki, belə cihaz daha çox yer tutur, lakin, təmizləməyi xeyli asanlaşdırır.
Elektrik döşəməsiləni Umico Market-də seçin – peşəkar çoxfunksionallı Fakir buxarlı təmizləyici
Robot-şüşə təmizləyən və ya şüşə silən. Bir neçə il öncə belə robotlar qeyri-adi sayılırdı, onları təmizlik işi ilə məşğul olan, iri şüşəli ofis binalarına xidmət göstərən şirkətlər alırdı. İndi robot problemsiz şəkildə evinizdə də ola və şüşələri sizin əvəzinizə mükəmməl şəkildə təmizləyə bilər. Belə şüşə təmizliyənin əsas üstünlüyü onun müstəqilliyidir, sizin iştirakınıza ehtiyyac olmayacaq. Əlavə olaraq o, yekə və hündürlükdə olan şüşələri də təmizləyə bilər. Amma robot çərçivələri və birləşmə yerlərini silə bilməz, onları özünüz siləsi olacaqsınız. Nəzərinizdə saxlayın ki, robot yavaş işləyir və siz sürətinə təsir edə bilməyəcəksiniz.
Daha sərfəli alternativ – şüşə təmizləyən. İstifadəsi rahat olan bu cihaz pəncərələrin, keramik plitələrin, duş kabinaların divarlarının təmizləməyini sürətləndirəcək və ondan sonra nə ləkə, nə də ki su damcıları qalmayacaq.
Məişət kimyası. Ev və təmir nə qədər köhnə olsa, toz və müxtəlif sahələrdə çətin ləkələrin sayı o qədər də çox olacaq, ləkələr isə qarışıq olacaq. Onları bir nəçə dəfəyə yumaq lazım olacaq. Misal üçün, mətbəx kranları eyni anda yağlı və paslı ola bilər. Buna görə öncə yağı yox etmək üçün qələvi, daha sonra isə pası yox etmək üçün turşulu maddələr lazım olacaq. Hamamda tez-tez rast gələn kifi xlor tərkibli maddələr ilə təmizləyirlər. Ümumilikdə, onun yaranma səbəbi pis hava ventilyasiyasıdır. Çiməndən sonra qapını açıq saxlamaq və ventilyatoru qoşmaq vərdişi problemi tamamilə aradan qaldıracaq. Köhnə qopmuş yağlar olan mətbəxləri təmizləmək üçün daha güclü gələvi lazım olacaq. Aspirator torlarını isə qabyuyanda yumaq olar. Sadecə onların materialını və qabyuyan maşın tabletlərinin pH-nı bilmək vacibdir. Əmin olmaq üçün torları heç bir maddəni əlavə etmədən də yuya bilərsiniz. Plastikdə, boyalı divarlarda və digər səthlərdə olan əl izlərini suda islanmış melamin süngər ilə silmək olar.
İstənilən məişət kimyasını istifadə etməkdən öncə etiketləri oxumaq vacibdir. Çirkli səthlərdən yağı yaxşı silən gələvi maddə ilə alüminiumdan olan mebel qollarını və ya mətbəx avadanlığını silmək məsləhət qörülmür, onlar körlanacaq. Və sözsüz, əllər, gözlər və nəfəs orqanlarının qorunmasına da diqqət yetirin.
Mətbəx, tualet və hamam, döşəmə və divar, xalça və yumşaq mebelləri, məişət texnikası üçün təmizlik və qulluq vasitələrini Umico Market-də tapacaqsınız.
Təmizlik zamanı lazım olacaq digər əşyalar:
Evi yazın gəlişinə bəzəyirik
Ev təmiz olanda, onun bəzədilməsinə başlamaq olar. Biz Umico Market ilə interyeri yazın gəlişinə minimal xərc ilə yeniləməyin yollarını göstərəcəyik.
Parçaları dəyişdirin
Balışlara, örtüklərə, xalçalara və yataq dəstlərinə yaz çalarlarını, çiçək və təbiət motivlərini əlavə edin. Mütləq bayram süfrəsi üçün yeni süfrə və salfetləri əldə edin. Həmçinin, yaz – qalın qış pərdələrini daha yüngül pərdələrə əvəz etməyin əsl vaxtıdır. Pərdələrin interyeri dəyişmək, misal üçün, məkanı genişləndirmək və uzunlaşdırmaq, rəng və kontrast əlavə etmək xüsusiyyəti möcüzəvidir.
Yeni qab-qacaq alın
O, əlvan, qeyri-adi, rəngli olsun, əsas odur ki, süfrə bəzədilməsi əsl yazın başlanmasının mərasiminə dönsün. Son illərin gözəçarpan trendi – eyni çalar və ya forma ilə birləşən müxtəlif dəstlərdən və dövrlərdən qab-qacaq. Beləliklə, qırılan qab-qacaqların dərdini çəkmək lazım deyil, sadecə onları istənilən bəyəndiyiniz parçalar ilə əvəz edin.
Məkanın həcmini və işığını artırın
Yazda gün daha uzun olsa da, yenə də dekorativ işıqlandırma və torşerlər xüsusi atmosfera yaradır. İşıqlandırmanı seçərək, işığın çalarına diqqət yetirin, o, interyeri tam dəyişə bilər. İşıq soyuq, ağ və ilıq ola bilər. Soyuq işıq iş və təhsil üçün uyğundur, neytral ağ işığda mebel və dekorlar gün işığındaki kimi görünür. İlıq işıq isə rahatlıq yaradır.
Evə daha çox genişlik, işıq və hava bəxş edən güzgülərdir. Onlar kiçik dekorativ və yekə işıqlı ola bilər. İndi çərçivəsiz güzgülər və yerə qoyula biləcək güzgülər trenddədir.
Eviniz üçün ətir seçin
İnanın ki, bu da evi dəyişə biləcək dekor parçasıdır. Meyvə və çiçək ətirli kompozisiyaları vurğulayın – bu, səndəl, nanə, mandarin və baldır. Bu, təzə çiçək qoxusu da ola bilər. Evinizi gül dəstələri ilə bəzəyin – belə kiçik detalın məkanı dəyişməsindən təəcüblənəcəksiniz.