Umico Relax

Payızın TOP10 əsas seriyalı

Yeni mövsümdə bir çox yaxşı serial çıxacaq: Bill Klinton haqqında “İmpiçment”, Den Braun və Ayzek Azimovun ekranizasiyaları, komediyalar, detektivlər, fentezi və fantastika. Payız axşamları nə edəcəyinizi düşünməmək üçün Umico-dan TOP 10-u qeydə alın.

“Ailə həyatından səhnələr”

CesikaÇesteyn və Oskar Ayzekin oynadığı bu payızın ən çox gözlənilən seriaallarından biri. İnqmar Berqmanın 1973-cü il kult filminin yenidən çəkilişimaraqlı olacağını vəd edir. Yeni mini-serialda süjet yenə də eynidir, amma hadisələr İsveçdən 21-ci əsrin Amerikasına köçürülür. Yeni HBO serialının əsas personajları on illik evlilikdən sonra boşanan həyat yoldaşlarıdır. Cesika Çesteynin qəhrəmanı Mira, müvəffəqiyyətsiz evliliyindən əziyyət çəkən böyük bir şirkətdə texniki direktor olan özünə güvənən, iddialı bir qadındır. AyzekConatanın qəhramanı nəzakətli, intellektual fəlsəfə professoru, əlaqələrini sağlam saxlamaq üçün ümidsizdir. Hekayənin əsas mövzusu ayrılmaq ərəfəsində olan, amma yenə də bir-birini sevən insanların yaşadıqları duyğulardır.

“Amerika cinayət hekayəsi”

Rayan Mörfinin “Amerika cinayət hekayəsi”-nin çoxdan gözlənilən üçüncü mövsümü “İmpiçment” adlanır və Amerika tarixinin ən yüksək səviyyəli siyasi qalmaqallarından birini izah edəcək. Mövsüm Ağ Evin əməkdaşı Monika Levinski və ABŞ Prezidenti Bill Klintonun hekayəsi, 1998-ci ildə münasibətləri məlum olduqdan sonra baş verən qalmaqal və sonradan prezidentin impiçmenti ilə bağlıdır. Levinski rolunu Bini Feldstein oynayır və serialın özü Cefri Tubinin “A Vast Conspiracy: The Real Story of the Sex Scandal That Nearly Brought Down a President” kitabı əsasında yaradılıb.

“Səhər şousu”

Cennifer Eniston və RizVizerspun, bu payız çox sevilən “Səhər Şousunun” ikinci mövsümündə qayıdır. İlk mövsüm izləyiciləri xəbər kanalının daxili dünyası ilə tanış etdi, işçilərinin karyerasının eniş-qalxışından bəhs etdi və sonunda əsas personajlar kanaldakı zəhərli atmosferi ifşa etdilər. Prodüserlərin dediklərinə görə, ikinci mövsüm koronavirus pandemiyası dövründə baş verəcək. İfaçılar yenə də bir çox ulduz simalardır. Cennifer Eniston və Riz Vizerspun, BilliKrudap, Mark Düplas heç şübhəsiz geri dönəcək. İzləyicilər, UBA News xəbər aparıcısı və “Səhər Şousunun” aparıcısı Laura Peterson olaraq CulianaMarqulisi (“Yaxşı Həyat yoldaşı”, “Ambulans”) görəcəklər.

“Quruluş”

Dünya ədəbiyyatının əsas elmi fantastika yazarlarından biri olan AyzekAzimovun eyni adlı romanlar seriyasına əsaslanan epik fantastika. Azimovun “Quruluş” dövrü 1966-cı ildə nüfuzlu “Hüqo” Ədəbiyyat Mükafatını qazandı və tarixin ən yaxşı elmi-fantastik əsərlərindən biri kimi tanındı. Seriyalın hadisələri qalaktik bir imperiyada baş verir. Uzaq gələcəyin riyaziyyatçısı (Cared Harris), bu imperiyanın qaçılmaz dağılması ilə bağlı sosioloji hipotez hazırlayır. Bir fəlakətin qarşısını almaq üçün “Quruluş” adlı bir qrup alimi toplayır.

“Y. Sonuncu kişi”

“Y. Sonuncu kişi”, eyni adlı DC komiks seriyasına əsaslanan postapokaliptik bir serialdır. Yorik Braun adlı bir gənc istisna olmaqla, mənşəyi bilinməyən bir vəba dünyanın bütün kişilərini məhv etdi. O, xəstəlikdən sağ çıxmağı bacardı – indi də sağ qalmalı və dünyanı xilas etməlidir. Serialın prodüseri -“Smolvil sirrləri”, “Böyük şəhərdə seks” və “Yaşıl fənər” üzərində işləyən Maykl Qrindir.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

“Kölgədə nə ilə məşğuluq”

“Kölgədə nə ilə məşğuluq” serialı, Tayki Vaytitinin “Real xortdanlar” filminə əsaslanır. Həm filmə, həm də seriala diqqət yetirin, bu vampirlərin həyatı haqqında çox gülməli bir hekayədir. Süjetin mərkəzində, zamanımızda Nyu Yorkdakı bir mənzildə olan və müasir həyatın reallıqlarına, qadjetlərə və digər tərəqqi nailiyyətlərinə alışmağa məcbur olan vampirlər var. Zaman zaman köhnə tanışlar onları ziyarət edərək, görünən dünyaya qarışıqlıq gətirir.

“Pas”

Tənqidçilər tərəfindən Vilyam Folkner və Ernest Hemingvey ilə müqayisə edilən bir çox mükafat qazanan Filip Mayerin kitabına əsaslanan bir triller. Hadisələr, ABŞ-ın Orta Qərb hissəsində 1970-ci illərdə ölkənin ağır sənayesinin əsas qaynaqlarının cəmləşdiyi pas kəmərində – Pensilvaniya ştatının tənəzzülə uğramış kiçik bir şəhərində baş verir. Baş qəhrəman, mürəkkəb bir cinayət işini araşdıran və eyni zamanda məşuqəsinin oğlunu həbsdən xilas etməyə çalışan yerli polis rəisi Del Harrisdir (“Xəbər Xidməti”ndən Ceff Deniels). İcraçı prodüser və ssenari müəllifi “Kapote” və “Tülkü ovçusu” üçün iki Akademiya Mükafatına namizəd olan Den Futtermandır.

“Kağız ev”

İspaniya maraqlı layihələrlə heyrətləndirməyə davam edir. Bu yaxınlarda populyar “Elit” serialının yeni mövsümü çəkildi və indi “Kağız Ev”in sonu hazırlanır. Super quldurlar geri döndü! Tezliklə hamısının adını çəkmək üçün kifayət qədər şəhər qalmayacaq. Dövlət Sikkəxananı və İspaniya Bankını soyan professorun davamçıları, vicdansız bir hökumətlə yenidən döyüş yolundadır. Ouşenin 12 dostunun adını artıq heç kim xatırlamır, amma hamı Professor, Berlin, Denver, Tokio və başqalarını tanıyır. Azarkeşlər sonuncu şəklin beşinci hissəsini dərhal görməyəcəklər. Sentyabrın 3-ü epizodların yalnız bir hissəsi ekranlarda, final isə dekabrda göstəriləcək.

“İtirilmiş işarə”

Den Braunun dünya sui-qəsdlərini bir-birüzə çıxaran Professor Robert Lenqdonun macəraları haqqında növbəti ekranizasiyası. İndi Tom Henks olmadan, lakin“Qorxu küçəsi” son Netflix dəhşət trilogiyasının ulduzu Eşli Zukerman ilə. Bu dəfə dini simvolizm bilicisi dostu mason Peter Solomonun yoxa çıxmasının sirrini açmalı olacaq. Süjetdə hər şey klassikdir – tapmacalar, qədim sivilizasiyaların sirləri, gizli ordenlər. Rejissorlardan biri, məşhur “Kloverfild 10” qorxu filminin müəllifi Den Traxtenberqdir.

“Qonşu psixiatr”

“Qonşu psixiatr” serialı real hadisələrə əsaslanır. Bu, psixiatr Ayzek Herşkopf ilə uzun müddətdir xəstəsi olan Martin Markoviç arasındakı əlaqənin hekayəsidir. Bir nöqtədə özünə güvənməyən Martin, psixiatrının 30 il ərzində öz məqsədləri üçün zehnini manipulyasiya etdiyini anlayır. Tədricən, Martin qəribə bir təhqiramiz münasibətə düşdüyünü anlayır, ondan çıxmaq o qədər də asan deyil. Vicdansız həkimi Pol Radd, Vill Ferrell isə onun qurbanı rolunu oynadı.

Xoş izləmələr!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %