Shopping Guide

Məktəb üçün hər şey bir qutuda! Birinci sinif şagirdini məktəbə yola salırıq və Umico Market ilə birlikdə qənaət edirik

Uşağınızı məktəbə hazırlamaq və xeyli pul xərcləməmək asan iş deyil. Xüsusi olaraq, uşaq birinci sinifə gedərkən, valideynlər çoxlu əşyalar almalıdır, və təbii ki, hər şeyin ən yaxşısını seçmək istəyirlər. Bilik Günü ərəfəsində Umico Market valideynlərə uşaqları məktəbə yola salmağa kömək etmək qərarına gəldi və marketpleysə əlverişli qiymətə olan eksklüziv məktəb dəstlərini əlavə etdi. İçərisində lazımi olan hər şeyi tapa bilərsiniz: dəftər və qələmdən tutmuş plastilin və akvarel boyaya qədər. Yeri gəlmişkən, bu dəstlər sizə 20 AZN qənaət edəcək!

Məktəb forması, ayaqqabı, çanta, dəftərxana ləvazimatları – bu sonsuz alış-veriş siyahısı dərs ilinin əvvəlində kiçik şagirdlərin valideynləri üçün baş ağrısına çevrilir. Birincisi, hər şeyi almaq üçün çox vaxt sərf etməlisiniz. İkincisi, bütün alışlar üçün müəyyən miqdarda pul lazım olur. Buna görə Umico Market bütün lazımi dəftərxana ləvazimatlarını bir dəstdə topladı.

Uşağınızın mütləq bəyənəcəyi parlaq bir qutuda balaca şagirdlər üçün lazımi hər şeyi tapacaqsınız və əlavə heç bir əşya almağa məcburiyyətində qalmayacaqsınız. Seçin: qız və ya oğlan üçün dəstlər. İçində nə var?

5 ədəd xanalı dəftər

5 ədəd maili xətli dəftər

Dəftər üzlüyü, 10 ədəd

Kitab üzlüyü, 10 ədəd

Qələmdan

2 ədəd diyircəkli qələm

2 ədəd sadə karandaş

Qələmyonan

Pozan

Xətkeş

Mətn markeri

Qovluq-zərf

Flomasterlər

Rəngli karandaşlar

Rəngli mum təbaşirləri

Akvarel boya

Fırça dəsti

Rəsm albomu

Plastilin

Modelləşdirmə lövhəsi

Rəngli karton və kağız dəsti

Yapışqan

Qayçı

Hədiyyə olaraq əlavə qələm

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Və bütün bunları cəmi 37 AZN-ə almaq olar. Bütün sadalanan dəftərxana ləvazimatlarını ayrıca alsanız, 57 AZN ödəməli olacaqsınız, yəni, onları dəst şəklində əldə etdikdə 20 AZN qənaət edirsiniz. Yeri gəlmişkən, BirKart taksit kartlarından istifadə edərək Umico-dan dəsti 12 aylıq taksitlə əldə edə bilərsiniz.

Umico Market-də məktəb mövsümünün başlaması üçün daha çox məhsul tapa bilərsiniz: yuxarı sinif şagirdləri üçün smartfonları və planşetləri, çantaları və qələmdanları, rəsmxətt və rəsm üçün hər şeyi, daha çeşidli dəftərxana ləvazimatlarını. Lazımi həç nəyi unutmamaq üçün məktəb siyahımızı nəzərinizdən keçirin. Digər məqalədə isə uşaqları məktəbə zehni olaraq hazırlaşdırmağa dair psixoloqların verdiyi məsləhətləri topladıq. Bunu bilmək də faydalıdır!

Umico Market ilə həyatınızın və uşaqlarınızın həyatının əlamətdar günlərinə hazır olun!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %