Umico Chef

Restorandakı kimi. Evdə hazırlaya biləcəyiniz 5 desert resepti

1 Fevral Beynəlxalq Desert günüdür və bu tarixin qeyri-rəsmi olmasına baxmayaraq, Umico ondan keçə bilmədi. Pəhrizdə olsanız da, özünüz üçün xüsusi bir şey bişirmək üçün bu yalnız bir bəhanədir. Axı bayramdır! Ən asan olmasa da, lakin inanılmaz dərəcədə ləzzətli 5 məşhur deserti topladıq. Hər birinin öz tarixi var və hər birinin özünə məxsus xüsusiyyətləri var. Hazırlayın və zövq alın!

Alyaska

Şəkil: Lizzie Munro/Tasting Table

Bu çox effektli bir reseptdir – soyuq dondurma və xəmir pasta bişmiş merenqanın altında gizlənir Daha effektli olması üçün qonaqların qabağında merenqanı əl odluğu ilə yandıra bilərsiniz. Bu sanki restorandakı kimi görsənəcək. Yeri gəlmişkən, reseptin özü Nyu-Yorkdakı restoranlardan birində ortaya çıxdı – bu desertin yaradılmasının rəsmi tarixi deyil, amma belə olduğunu söyləyirlər. 1876-cı ildə, Alyaskanın ilhaqının şərəfinə, Delmonicos restoranında beze dondurması hazırlandı və şirniyyata Baked Alaska adı qoyuldu. 

İnqrediyentlər: 

Şokoladlı biskvit: 

  • Acı şokolad – 40 qr
  • Toyuq yumurtası – 2 əd
  • Şəkər – 100 qr
  • Buğda unu – 40 qr

Merenqa: 

  • Yumurtanın ağı – 3 əd
  • Şəkər pudrası – 60 qr
  • Vanil, moruqlu dondurma (digər sevdiyiniz növləri də istifadə edə bilərsiniz) – hər biri 150 qr 

Şokoladlı biskvit 

  1. Şokoladı suda əridin 
  2. Yumurtanı şəkərlə mikserlə ağ olana qədər qarışdırın 
  3. Əridilmiş şokoladı əlavə edin və silikon qaşıqla qarışdırın 
  4. Ən axırda süzülmüş unu qatın və xəmir edin 
  5. Xəmiri 10-13 sm diametrli yumru qaba yerləşdirin və sobaya 20-25 dəqiqəlik 180 dərəcədə bişirin. Biskvitin soyumağını gözləyin. 

Dondurmanı hazırlayın 

  1. Diametri biskvitimizlə eyni olan yumru bir şüşə qab götürün – 10-12 sm. Üstünü qida plyonkası ilə örtün və dondurma ilə doldurun. Üzərinə lay-lay vanil və moruqlu dondurmanı yaya bilərsiniz.
  2. Сверху на мороженое положите остывший бисквит и заверните его краями пищевой пленки. Поставьте миску с мороженым и бисквитом в морозильник на ночь, примерно на 12 часов. Soyudulmuş biskviti dondurmanın üstünə qoyun və qıraqlarını qida plyonkası ilə bağlayın. Dondurma və biskvit olan qabı bir gecəlik, təxminən 12 saatlıq dondurucuya qoyun.

Merenqa

  1. Yumurtanın ağlarını çalın, tədricən şəkər tozunu əlavə edin və xırtıldayanadək çalın. Merenqa üçün yumurtanın ağları otaq temperaturunda olmalıdır

Yığılma

  1. Biskvitli dondurmanı boşqaba qoyun. Yanı sadəcə olaraq soyuq dondurma və biskvit olan qabı aşırdın. 
  2. İndi isə hər şeyi cəld etməlisiniz! Dondurmanı hər tərəfdən merenqa ilə örtün və 3-5 dəqiqəlik öncədən 220 dərəcəyə qədər qızdırılmış sobaya qoyun. Odluğunuz varsa, merenqanı onunla yandıra bilərsiniz – çox effektli olacaq! Və əlbəttə ki, dərhal masaya gətirin.

Bu reseptdə sizə lazım ola bilənlər

Ulker acı şokoladı
Umico-dan keşbek – 3%

Azərşəkər səkər pudrası
Umico-dan keşbek – 2%

Bismak unu
Umico-dan keşbek – 2%


Tart Taten 

Bu məşhur Fransız şirniyyatı təsadüfən yarandı. 1898-ci ildə ov mövsümünün ortasında kiçik Lamotte-Beuvron qəsəbəsindəki otel qonaqlarla dolu idi. Ailəsinin oteli olan Stephanie Taten, bütün masaların dolu olan restoranda hər şeyi çatdırmağa çalışırdı. Stephanie piroq hazırlayırdı və tələsərkən formanın dibinə xəmiri qoymağı unutdu, sobadakı almalar isə artıq karamelləşmişdi. Stephanie Taten özünü itirmədi, meyvəni xəmirlə örtdü, piroqu sobaya qoydu və sonra sadəcə onu çevirdi. Restoranın qonaqları baş-ayaq olan qeyri-adi tortu o qədər çox bəyəndilər ki, Tarte Tatin menyuya əlavə olundu və qısa müddətdə Fransanın qastronomik qüruruna çevrildi.

İnqrediyentlər: 

  • Alma (ən yaxşısı Grenni Smit alması) – 10 əd
  • Kərə yağı – 150 qr
  • Şəkər – 150 qr
  • Üyüdülmüş darçın– 2 qr
  • Badian, qərənfil – istəyə görə
  • Limon şirəsi – istəyə görə
  • Qat-qat xəmir

Hazırlayırıq

  1. Almaların qabığını və orta hissəsini təmizləyin və dörd yerə bölün.Qaralmamağı üçün limon şirəsi ilə suyun qarışığında saxlayın.
  2. Karameli hazırlayaq. Hündür, sobaya qoya biləcək tavada hazırlayacayıq. Əvvəl tavanı qaz plitəsinə aşağı qazla qızdırırıq, içinə bütün şəkəri boşaldırıq. Şəkər tam olaraq əriməlidir, şəffaf karamel alınmalıdır. 

Hazır olub-olmamasını bilmək üçün silikon qaşıqla tavanın dibini yoxlayın – təmiz qalmalıdır. Kərə yağını əlavə edin, tam əriməsi üçün yaxşıca qarışdırın.  

  1. Ədviyyat əlavə edin, misal üçün badian və qərənfil. Qazı çoxaldır və almaları spiral şəklində karamelin üzərinə düzün, üstünə darçın səpin. Tavanı qazın üstündə 5 dəqiqə daha saxlayın. Almaların şirəsi çıxacaq, onu qaşıqla götürüb üstündən yayın. 
  2. Hazır qat-qat xəmirdən istifadə edə bilərsiniz. Onu tavanın ölçüsündə dairəvi şəkildə kəsin. Almaların üstünü xəmir ilə yaxşıca bağlayın, bıçaqla xırda deşiklər edin və 20 dəqiqəlik 200 dərəcəyə kimi qızmış tavanın içinə qoyun. 
  3. Hazır piroqu yarım saat saxlayın. Bu müddət ərzində o, soyuyacaq, karamel isə yaxşıca yapışacaq. Piroqu böyük boşqaba qoyun və smetan, qaymaq və ya dondurma ilə masaya gətirin. 

Bu reseptdə sizə lazım ola bilənlər

Atena kərə yağı
Umico-dan keşbek – 3%

İlğim  qərənfil
Umico-dan keşbek – 10%

 İlğim darçın
Umico-dan keşbek – 10%


Milfey

Bu deserti siz Parisin istənilən şirniyyat mağazasında görə bilərsiniz, baxmayaraq ki o, əslən İtaliyanın Neapol şəhərindəndir. Milfeyi orada çox sevirdilər, sadəcə olaraq, onu şirin krem və giləmeyvələrlə deyil, ispanaq, pendir və perso sousu ilə hazırlayırdılar. Milfeyin əsas xüsusiyyəti isə odur ki, siz bu deserti dadanda onun qat-qat xəmiri minlərlə xırda ləçəyə dağılır. XIX əsrin tanınmış aşpazı Mari Antuan Karem desertdə mütləq 729 layın olmasını deyirdi. Yeri gəlmişkən, fransız dilindən tərcümədə mille-feuille “min ləçək” deməkdir. 

İnqrediyentlər

Xəmir:

  • 3 ədəd qat-qat xəmir 
  • Şəkər – 1,5 xörək qaşığı 
  • Şəkər pudrası – 2 xörək qaşığı 

Krem:

  • Süd – 1 l
  • Şəkər – 250 qr
  • Şəkər pudrası – 50 qr
  • Yumurtanın sarısı – 10 əd
  • Un – 80 qr
  • Nişasta – 80 qr
  • Kərə yağı – 390 qr
  • Qatlaşdırılmış süd – 280 qr
  • Maskarpone –  250 qr

Xəmiri hazırlayırıq

  1. Sobanı 230 dərəcəyə qədər qızdırın. Sobanın için perqament kağızı ilə örtün, üzərinə bir qat xəmir qoyun və şəkər tozu səpin. Sobaya qoyarkən temperaturu 190 dərəcəyə salın və 8-10 dəqiqə bişirin. 
  2. Sonra sobanın barmaqlığını xəmirin üzərinə qoyun ki, o şişməsin, və 10 dəqiqə daha bişirin. 
  3. Xəmiri sobadan çıxarın və temperaturu 245 dərəcəyədək qaldırın. Xəmiri çevirin və yenidən sobaya qoyub üstünə şəkər pudrası səpin. 5 dəqiqə daha bişirin. Nəzarət edin ki, xəmir yanmasın. 

Krem hazırlayırıq

  1. Südü qaynadın, şəkər və 8 ədəd yumurtanın sarısını əlavə edin. 2-3 dəqiqə ərzində qaynadın. 
  2. Un və nişasta əlavə edin, yaxşıca qarışdırın. Aşağı qazda qatı olanadək qaynadın. 
  3. Qazın üstündən götürün və dərhal kərə yağı və qatılaşdırılmış süd əlavə edin. Kremi mikserlə 5-6 dəqiqə ərzində qarışdırın. 
  4. İndi isə kremin ikinci hissəsini hazırlayaq. Qalan yumurtanın sarısını şəkər pudrası ilə mikser ilə yaxşıca qarışdırın. 
  5. Maskarpone və hazırladığımız kremdən 150 qr əlavə edin və yaxşıca qarışdırın. 

Yığma

  1. Bir tort və ya bir neçə pirojna edə bilərsiniz. Buna görə korjları bir neçə hissəyə bölün və ya bütöv saxlayın.
  2. Kremi 1 sm diametrli bir xəmir torbasına tökün və kremi korjun üzərinə düymə şəklində yayın. İkinci korju üzərinə qoyun və yenidən kremi yayın. Sonra isə üzərinə üçüncü korju qoyun və krem ilə bəzək yaradın.
  3. Masaya gətirməkdən öncə deserti təzə giləmeyvələrlə və ya mürəbbə ilə bəzəmək olar.

Bu reseptdə sizə lazım ola bilənlər

Gerda kərə yağı
Umico-dan keşbek – 2%

Bizim Tarla mürəbbəsi
Umico-dan keşbek – 3% 

Azərsüd südü
Umico-dan keşbek – 3%


Şokoladlı fondan 

Şəkil: Gastronom.ru

Bir qaşıqla şirinə toxunan kimi boşqaba yayılan möhtəşəm şokoladlı içlikli ləzzətli bir tort. Şokolad fondanı üç Michelin ulduzlu bir restoran olan Le Suquet à Laguiole’da Fransız aşpaz Michel Bras tərəfindən icad edilmişdir. Bu nisbətən yaxın zamanlarda olub – 1981-ci ildə. Bir gün, xizək gəzintisindən sonra Michelinin bütün ailəsi, bir fincan isti şokolad üçün kaminin yanında toplaşdı. Elə bir səmimi söhbət başladı ki, onlar dərhal istiləndilər – Mişel bu anı xatırladı və desertə çevirməyə qərar verdi. Fikri şokolad içliyini dondurub biskvit xəmirinin içinə əlavə edib bişirmək idi. Bu reseptin mükəmməlləşdirilməsi iki il çəkdi. İnanın, onu evdə hazırlamaq çox az vaxt tələb edir!

İnqrediyentlər: 

  • Acı şokolad – 200 qr
  • Kərə yağı – 125 qr
  • Yumurta – 3 əd 
  • Şəkər – 80 qr
  • Un – 3 x.q.
  • Duz
  • Şəkər pudrası

Hazırlayırıq

  1. Sobanı 200 dərəcəyədək qızdırın. Kiçik keramik qabları kərə yağı ilə yağlayın. 
  2. Şokoladı və yağı bir neçə balaca hissələrə doğrayın. 
  3. Şokoladı və yağı balaca qaba qoyun və əridin. Yaxşıca qarışdırın və soyudun. 
  4. Digər qaba yumurtaları sındırıb boşaldın, şəkər əlavə edin və mikser ilə yaxşıca qarışdırın. 
  5. Yağla əridilmiş şokoladı yumurtaya qatın, durmadan qarışdırın. 
  6. Üzərinə un səpin, duz əlavə edin və dərhal yaxşıca qarışdırın. 
  7. Xəmiri qablara düzün (3/4 nisbətində) və sobaya qoyun. 7-9 dəqiqə ərzində bişirin. Ortası yumşaq, qıraqları isə qızardılmış olmalıdır..
  8. Hazır fondanları səliqə ilə qablardan boşqablara qoyun. Üzərinə şəkər pudrası səpin, istəyə görə dondurma və qaymaq əlavə edə bilərsiniz. Masaya gətirməyin vaxtıdır! 

Bu reseptdə sizə lazım ola bilənlər

Choco Art acı şokolad
Umico-dan keşbek – 2%

Milla  qaymaq
Umico-dan keşbek – 10%

Golden Cow kərə yağı
Umico-dan keşbek – 2%


Kanele

Şəkil: Depositphotos

Bir Fransa klassikası daha. Xırçıldayan karamel qabığının altında vanil və rom ətirli yumşaq xəmir. Kanele ilk dəfə 17-ci əsrdə Bordoda hazırlandı, lakin resepti kim tərəfindən icad olunduğu məlum deyil. Deyirlər, rahibələr icad edib. Yerli şərabçılar onlara yumurtanın sarısını verirdilər, zülalları isə özləri istehsal zamanı şərabı aydınlaşdırmaq üçün istifadə etdilər. Məhz bu miniatür tortlar indi Fransız şirniyyat mağazalarında satılır. Evdə bişirmək çətin olmayacaq, əsas odur ki, bişirmək üçün uyğun bir qab tapmaq lazımdır.

İnqrediyentlər:

  • süd – 1 l.
  • Kərə yağı 82% – 100 qr
  • vanil 
  • un – 300 qr
  • şəkər – 600 qr
  • yumurta – 200 qr
  • rom – 80 qr

Hazırlayırıq

  1. Qazana 350 qr süd süzün, kərə yağı və vanil əlavə edin, qaynadın.
  2. Qalan südü (650 qr) qazana əlavə edin. Soyuq olmalıdır, qatqının temperaturu təxmini 40 dərəcə olmalıdır. 
  3. Şəkəri un ilə qatın və tədricən qatqıya qatın. 
  4. Yumurtaları rom ilə qarışdırın və qatqıya əlavə edin. Xəmiri yaxşıca qarışdırın və 24 saatlıq soyuducuya qoyun. 
  5. Kanele üçün qabları kərə yağı ilə yağlayın və xəmiri ehtiyatla içərilərinə tökün. Sobada 180 dərəcədə 40-45 dəqiqə ərzində bişirin
  6. Desertin soyumasını gözləyin. Sonra qablardan çıxarın və həzz alın! 

Bu reseptdə sizə lazım ola bilənlər

Azərşəkər şəkəri 
Umico-dan keşbek – 2%

 İlğim vanili
Umico-dan keşbek – 10%

Atena südü
Umico-dan keşbek – 3%

Umico sizə şirin bazar ertəsi arzulayır! 

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %