Umicology

Umico ilə necə qazanmaq olar

Bu gün 800 000-dən çox Azərbaycan sakini gündəlik 70 000-dən çox alış edərək Umico-dan istifadə edir. Umico-ya 1300-dən çox şirkət və 200-dən çox brend qoşulub. Ümumilikdə, müştərilərə artıq 7 milyondan çox bonus əlavə olunub.

Özünüzü yoxlayın və alışlarda qazanmaq üçün Umico-nun bütün imkanlarından istifadə etdiyinizdə əmin olun,

  • Məhsul istehsalçılarından birbaşa keşbek qazanırsınız
  • BirKart Umico kobrend kartı ilə ödənişlərə görə bonuslar qazanırsınız
  • Umico-da Masterpass elektron cüzdanından istifadə edərkən bonuslar qazanırsınız
  • Umico vasitəsilə beynəlxalq onlayn xidmətlərdən istifadə edirsiniz

İstehsalçılardan bonuslar

Yalnız Umico tərəfdaş şirkətlərindən deyil, həm tərəfdaş mağazalarından, həm də partnyor şəbəkəsindən kənar xüsusi malların alışı üçün bonus ala biləcəyinizi bilirdinizmi?

Hər şey çox sadədir – müştərilərin sevgisi və diqqəti üçün yalnız mağazalar deyil, həm də məhsul istehsalçıları mübarizə aparırlar. Bu gün Umico-da keşbeklə çox sayda məhsul tapa bilərsiniz: ərzaq məhsulları, kosmetika, məişət kimyəvi maddələr, ev əşyaları və məişət texnikası.

Diqqət: Umico tərəfdaş mağazalarında keşbek ilə məhsul alarkən, keşbek avtomatik olaraq əlavə olunacaq. Tərəfdaşlar şəbəkəsindən kənar bir məhsul alırsınızsa, mütləq qəbzin şəklini çəkin və tətbiqin əsas səhifəsində yerləşən “Skan etmək” düyməsini tıklayaraq Umico tətbiqinə yükləyin.

Hər hansı məhsul üçün bonusların olub olmadığını dərhal yoxlamaq üçün xüsusi bir funksiya hazırladıq – məhsul skaneri. “Skan etmək” düyməsini tıklayın, “Məhsul skaneri” nişanını seçin, skaneri məhsulun üzərindəki barkodun üzərinə gətirin və maraqlandığınız məhsul üçün keşbek miqdarını öyrənin və ya keşbek ilə oxşar məhsulların siyahısını əldə edin.


BirKart Umico kartı

BirKart Umico kobrend kartı üçün müraciət edin, onu alış-verişləri ödəmək üçün istifadə edin və Kapital Bank-dan 1,5%-ə qədər əlavə keşbek qazanın. Tərəfdaş mağazalarında ödənişlər edilərkən, bu keşbek, tərəfdaş mağazalar və markaların keşbeki ilə birləşdiriləcək.


Masterpass electron çüzdanı

Digər bir yeni funksiya – Umico tətbiqində Masterpass elektron cüzdanına hər hansı bir bank kartını əlavə etmək imkanı. Beynəlxalq Mastercard ödəmə sisteminin bu xidməti bank kartınızın məlumatlarını saxlamağa və kontaktsız ödənişlər etməyə imkan verir. Masterpass xidmətinə qoşulmuş Umico tərəfdaş mağazasında alış-veriş üçün ödəmə edərkən kartınız lazım deyil – Umico tətbiqi olan bir telefon kifayət edir. Hesablama apararkən kassir Masterpass ödəmə üsulunu seçir və sizə puş bildirişi gəlir. Ona tıklamaqla kartınızdan vəsaitin silinməsini təsdiqləyirsiniz. Masterpass ilə ödəniş edərkən əlavə 1% keşbek əldə edirsiniz. BirKart Umico daxil olmaqla, Masterpass cüzdanına istənilən kartı əlavə edə bilərsiniz. Masterpass xidmətinə qoşulan tərəfdaşlar arasında Vapiano restoranlar şəbəkəsi, Libraff mağazalar şəbəkəsi, Lilac çiçək butiki və digərləri var. Tərəfdaşlar şəbəkəsi 2021-ci ildə fəal şəkildə genişlənəcəkdir.


Beynəlxalq onlayn xidmətlərdən istifadə üçün bonuslar

Hələ hamı bilmir ki, Umico-da Aviasales xidmətindən istifadə edərək aviabilet almaq, həmçinin AliExpress və iHerb beynəlxalq marketpleyslərində alış-veriş üçün keşbek əldə etmək olar. Bunu etmək üçün birbaşa Umico tətbiqindən müvafiq xidmətə keçid almaq kifayətdir.


Umico ilə nə qədər qazanmaq olar

Tək gündəlik alış-verişdə ayda 20 AZN-dən qazana bilərsiniz. Məsələn, tutaq ki, ümumilikdə ayda 500 AZN xərcləyirsiniz və alış-verişi BirKart Umico kartı ilə ödəyirsiniz. Gəlin nə qədər qazandığınızı hesablayaq:

XərclərinizXərcləriniz, AZNOrta bonus, %Qazandığınız bonusların məbləği
1İstehsalçılardan keşbekli məhsulların alışı300 AZN5%15 AZN
2Tərəfdaş mağazalarda alış-veriş200 AZN2%4 AZN
3BirKart Umico kartı ilə ödəniş500 AZN1%5 AZN
24 AZN

Əlbəttə ki, qazancınız hansı məhsulları aldığınızdan asılıdır. Xüsusilə böyük bir alış-veriş etməyi planlaşdırırsınızsa, məsələn məişət texnikası və ya ev əşyaları Umico haqqında unutmamaq vacibdir. Bu halda keşbekiniz daha da böyük olacaq. Umico, Azərbaycanın ən populyar şirkətlərindən seçiminizə görə layiqli bir mükafat almağın yeganə yoludur.


Umico Market-də alış-veriş üçün faizsiz taksit və keşbek

Artıq 2021-ci ilin ilk aylarında Umico Market elektron alış-veriş xidmətindən yeni məhsullar sizi gözləyir. Umico super tətbiqində və Umico.az saytında faizsiz taksitlə məhsul almaq, həmçinin Umico bonusları ilə keşbek qazanmaq mümkün olacaq. Bütün məhsul kateqoriyalarında məhsul çeşidləri dinamik şəkildə artacaqdır. Xəbərlərimizi izləyin və Umico ilə alış-verişinizdən maksimum yararlanın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %