Umico Chef

Tiramisu hazırlayıb Umico bonusları ilə 18% keşbek necə qazanmaq olar?

22 iyun tarixinədək bütün Umico istifadəçilərinin tiramisu hazırlamaq üçün əla bir səbəbi var. Nə səbəb? İnanılmaz dərəcədə yüksək keşbek – bütün Bravo marketlərdə 1 litrlik paketdə Prezident qaymağını aldıqda Umico bonusları ilə 18% keşbek.

Məşhur Tiramisu deserti şirniyyat sevənlərin qəlbini qazanıb. Tiramisu, şirin kremin güclü qəhvənin acı dadı ilə birləşməsindən yaranan ecazkar bir incə italyan desertidir. Ləzzətli, çox yüngül, və sağlam həyat tərzi sürən, kalori rəqəmlərini hesablayan insanlar üçün idealdır. Bu gün sizinlə real olmayacaq qədər çox dadlı və evdə hazırlanması olduqca asan olan tiramisu reseptini paylaşacağıq. Sizin tiramisu restoranlardakından fərqli olmayacaq hətta bəlkə daha da dadlı olacaq. Klassik Tiramisu reseptinə mütləq – qaymaqlı Maskarpone pendiri, qaymaq, toyuq yumurtası, espresso qəhvəsi, şəkər və Savoyardi biskvit peçenyesi, üstünə səpmək üçün isə kakao tozu daxildir. Xüsusilə, indi bu deserti bişirmək vaxtıdır, çünki lazımi ləvazimatları əldə edərkən qənaət edə bilərsiniz. 

22 iyun tarixinədək 1 litrlik paketdə 35.1% Prezident qaymağını Umico bonusları ilə 18% keşbeklə ala bilərsiniz, burada 17% – Prezident brendindən və 1% Bravo market şəbəkəsindən olacaq. Bu, ailənizi dadlı bir desertlə sevindirmək üçün əla bir fürsətdir. Maraqlıdır? Onda reseptimizə keçək.

Bizə lazım olacaq: 

  • Yumurta sarısı – 6 ədəd
  • Şəkər tozu – 200 qr
  • Maskarpone pendiri – 200 qr
  • President qaymağı – 200 ml
  • Savoyardi peçenyeləri – 200 qr
  • Kofe – 2 fincan
  • Kakao – 2 yemək qaşığı 

Qaymağın və yumurtaların ev temperaturunda olmasına diqqət edin. Belə halda qarışığınız daha yumşaq olacaq.

Addım 1

6 yumurta sarısını ehtiyatla ağından ayırırıq. Yumurta ağının sarısına qarışmamasına diqqət edin. Yumurtanın sarısını və şəkəri buxarda qarışdırırıq. Çox insanın elədiyi səhv yumurta və şəkəri mikserlə qarışdırmaqdır. Buxarda qarışdıranda daha yaxşı nəticə alacaqsınız. Bunun üçün böyük bir qazana su əlavə edib qaynadıb, üzərində daha kiçik bir qazanda və ya kasada yumurta və şəkəri qarışdıra bilərsiniz. Aşağı temperaturda təxminən 10 dəqiqə şəkər tam əriyənə qədər və rəngi limon sarısı olana qədər buxarda qarışdırın. 

Növbəti olaraq otaq temperaturunda olan 200 qr maskarpone pendirini yumurta və şəkər qarışığına əlavə edin. Və tam həll olana qədər qarışdırın. 

Bəs maskarpone yoxdursa?

Əgər maskarpone pendirini mağazalarda tapa bilməsəniz evdə hazırlaya bilərsiniz. Yeri gəlmişkən, onun hazırlanması üçün yalnız iki məhsula ehtiyacınız olacaq – qaymaq və 1 limon! Sizin isə kifayət qədər qaymağınız var. Məqalənin sonunda bonus olaraq sizə maskarpone pendirinin reseptini verəcəyik. 

Addım 2

Ayrı qabda 200 qr President qaymağını mikserlə qarışdırın. Qaymağı qarışdıran zaman mikseri çox aşağı xodda istifadə edin. Beləcə çırpılmış qaymaq soyuducunuzda günlərlə qala bilər.

Niyə məhz President?
  • Çünki o, tort və desertlər üçün kremlər hazırlamaq üçün idealdır. O, mükəmməl çırpılır və axmır.
  • O, 100% təbiidir – tərkibində yalnız bir əlavə var: karraginan (karraginan – qırmızı dəniz yosununun emalından əldə edilən təbii bir gel agentidir).
  • Qaymaq pasterizə edilib.
  • İstehsal tarixindən 6 ay ərzində qapalı şəkildə saxlanıla bilər, bu da evdar qadınlar üçün çox əlverişlidir. Bu qaymağı əvvəlcədən aksiyada ala və lazım olana qədər evdə saxlaya bilərsiniz. Çox sərfəlidir!
  • Əgər qaymağın tam olaraq dərhal istifadə edilmirsə, qablaşdırmasını diqqətlə açın (kiçik bir kəsik edin), lazımi miqdarda qaymaq tökün, bağlayın və yenidən soyuducuya qoyun. Bu şəkildə 10 gün, və ya daha da çox qalacaq.

Addım 3

Çırpılmış qaymağı qarışığa əlavə edirik. Bu mərhələdə tələsməyin, plastik qaşıqla yavaş-yavaş qarışdırın. Qaymağın mümkün qədər çox hava qəbul etməsi onu daha yumşaq edəcək.

Addım 4

İndi gələk əsas mərhələ – Tiramisunun yığılmasına! 

Əvvəlcədən təzə qəhvə dənələrini qaynadıb soyumağa qoyuruq. Əgər evinizdə kofe maşını varsa amerikano edib onu da istifadə edə bilərsiniz. Və ya üyüdülmüş kofeni isti suyla qarışdırmaq da eyni nəticəni verəcək. 

Savoyardi peçenyelərini qəhvədə isladıb qabın dibinə bir qat düzürük. Xırçıldayan italyan Savoyardi peçenyeləri istifadə edin (özünüz də hazırlaya bilərsiniz) və peçenyeləri qəhvədə çox islatmayın. Bir qədər islatmağınız kifayətdir.

Addım 5

Qaymaqlı kremin yarısını isladılmış peçenyelərin üzərinə 1 qat əlavə edirik. Və hər tərəfə bərabər yayırıq. 

Addım 6

İkinci qat peçenyeləri kofedə isladıb düzürük və üzərinə qaymaqlı kremin qalan hissəsini əlavə edirik.

Addım 7

Tiramisu demək olar ki hazırdır. Üzərinə kakao tozunu süzgəclə səpin. 

Tiramisunu soyuducuda 4-6 saata qədər gözlədin. Axşamdan hazırlayıb saxlamaq daha yaxşıdır. 

Tiramisunu 1 həftə ərzində soyuducuda saxlaya bilərsiniz. Hətta bəzi insanlar 2 gün sonra daha dadlı olduğunu deyir. Əgər hazırladığını tiramusi 1 həftə ərzində bitməyəcəksə (əlbəttə biz buna inanmırıq) yarısını soyuducuda dondurub uzun müddət saxlaya bilərsiniz. 

Siz artıq tiramisu necə hazırlamağınızı və 22 iyunadək Bravo marketlərindən President qaymağını alarkən Umico bonusları ilə 18% keşbek necə qazanacağınızı bilirsiniz.

Bonus: mascapone pendirinin vəd edilmiş resept

Mascarpone pendirini evdə hazırlamaq üçün sizə lazım olacaq:

  • 500 ml President qaymağı
  • 1 ədəd limon

President qaymağı götürüb aşağı istilikdə 80-90°C-yə qədər isidirik. Limondan suyu sıxırıq – bizə 1 xörək qaşığı lazımdır. Qarışdırarkən limon suyunu qızdırılan kremə tökün. Bərkləşmiş qaymağı sərinləyirik, sonra aşsüzənin içində bir neçə qat qatlanmış bir cuna və ya dəsmalın üstünə atırıq. Suyu süzülənəcan gözləyirik. Sonrakı addımlar sizə lazım olan pendirin sərtindən asılıdır.

Şirniyyat kremləri (bizim kimi) və ya risotto üçün pendir lazımdırsa, 3-5 saatdan sonra meydana gələn pendir kütləsini qaba qoyub soyuducuya keçiririk. 

Çörək üzərində yayıla biləcəyiniz sərt mascarponeya ehtiyacınız varsa, pendir sarı rəngə çevrilənə və istədiyiniz sərtliyə çatana qədər onu aşsüzəndə saxlamağa davam etməlisiniz.

President, Bravo və Umico sizə Buon appetito deyir!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %