Ramazanda oruc tutmasanız da, bu ay zərərli vərdişlər və yanlış pəhrizlə vidalaşmaq üçün yaxşı bir səbəbdir. Qızardılmış, un, duzlu və acı qidaların sağlamlığımıza yaxşı təsir göstərmədiyini artıq bilirik. İndi masamızda bu cür yeməklər üçün sadəcə yer yoxdur, əksinə qidalar yüngül və sağlamdır. Sizə fayda gətirəcək 5 resept seçdik. Keyfiyyətli zeytun yağı ilə bişirməyi məsləhət görürük – Zeytun bağları.
Sağlam reseptlərin sirli tərkib hissəsi zeytun yağıdır
Gündəlik pəhrizinizdə zeytun yağı yoxdursa, Ramazan ayı onu pəhrizinizə daxil etməyə başlamaq üçün yaxşı vaxtdır. Zeytun və zeytun yağı dərman məhsulları siyahısının başındadır. Faydalı xüsusiyyətləri hər kəsə məlumdur, hətta Quranda da qeyd edilmişdir. Məhəmməd Peyğəmbər buyururdu: “Zeytun yağından istifadə edin və həmçinin bədəninizə sürtün, çünki mənbəyi müqəddəs bir ağacdır.”
Zeytun və zəfəranın böyüdüyü Azərbaycanın günəşli tarlaları arasında dünyanın ən yaxşı zeytun yağları istehsal olunur. Zeytun bağları – Azərsun şirkətlər qrupundan 100% təbii və saf zeytun yağı.
Zeytun Bağları Extra Virgin, Abşeronda yetişən zeytun ağaclarının meyvələrindən fiziki üsul ilə əldə edilən bir zeytun yağıdır. Özünəməxsus ətri və spesifik acılığı salat və digər yeməkləri mükəmməl şəkildə tamamlayacaqdır.
Zeytun Bağları Extra Təbii Zeytun yağı, zeytun yağının sərt aromatı və acılığını sevməyənlər üçündür. Mükəmməl dad, təmizlənmiş zeytun yağına Extra Virgin Yağını əlavə edildikdə əldə edilir.
Faydalarından əlavə, Zeytun Bağları Extra Təbii Zeytun yağı Ramazan ayında əhəmiyyətli dərəcədə xeyir gətirə bilər. Yaşıl qablaşdırmada (750 ml) iki və daha çox şüşə zeytun yağı aldığınız zaman, Umico-dan adi 3% əvəzinə 6% artırılmış keşbek əldə edirsiniz. Aksiya 13 aprel – 12 may tarixlərində keçirilir.
Kampaniya bütün Umico-nun bütün tərəfdaş marketlərində keçərlidir. Üstəlik, bu siyahıya daxil olmayan mağazalardan alış-veriş edərkən də keşbek qazana bilərsiniz. Bunu etmək üçün Umico tətbiqində QR kod olan qəbzi skan etməlisiniz. Bravo, Bolmart, Grandmart, Səbət, Yaxın market, Avromart, Baqqal, Balli market, Happy market, Elmar marketdə Zeytun Bağları aldıqda əlavə 1% keşbek əldə edəcəksiniz.
Keçək reseptlərə.
1. Meyvəli tərəvəzli smuzi
Zeytun yağı ilə göyərtili, təzə meyvə və tərəvəzli smuzi günə başlamaq üçün əla seçimdir. Göyərtinin özü demək olar ki, ən yaxşı detoksdur, hər kəs meyvə və tərəvəzin faydalarını bilir, zeytun yağı isə əla bir emulqatordur. O, yaşıl kokteyllərə məxmər teksturasını əlavə edir.
İnqrediyentlər:
- ispanaq – 60 qr
- balaca armud
- kərəviz sapı
- böyük alma
- zeytun yağı – 2 ç.q.
Hazırlayırıq
- Bütün məhsulları yuyun. Almanı soymağa ehtiyac yoxdur, tam doğranın. Ispanağın qaba gövdəsi varsa, onları kəsin. Kərəviz sapının qabığını soyun və doğrayıb qaba boşaldın. Armudun qabığı qalındırsa, onu təmizləmək məsləhətdir.
- Sonrası asandır. Bütün inqrediyentləri blenderə yerləşdirib tam doğrayın.
- İnqrediyentlərlə təcrübə edə bilərsiniz: ispanağın bir hissəsini turşəng ilə əvəz edə bilərsiniz, hətta yerinə kahı, reyhan və ya nanə əlavə edə bilərsiniz. Bir neçə çay qaşığı limon suyu və bir qaşıq bal əlavə edə bilərsiniz armudu isə banan ilə əvəz edə bilərsiniz.
2. Təzə tərəvəzlərdən salat
Əslində bu salat sadəcə bir improvizasiyadır. Ən yaxşı mövsümi tərəvəzləri götürün, bir qabda qarışdırın və bir əlavə edin. Bunun sirri keyfiyyətli zeytun yağındadır. Zeytun Bağlarını seçin, səhv etməzsiniz.
İnqrediyentlər:
- pomidor – 400 qr
- xiyar – 400 qr
- şirin qırmızı soğan – 1 əd.
- turp – 5 əd.
- keşniş – 1 dəstə
- cəfəri – ¼ dəstə
- şüyüd– ¼ dəstə
- zeytun yağı
- duz
- limon suyu
- qurudulmuş oreqano
Hazırlayırıq
- Xiyarları təmizləyin. Pomidor və xiyarları doğrayın. Qaba yerləşdirin.
- Soğanı doğrayıb salata əlavə edin
- Turpu da doğrayıb əlavə edin
- Göyərtiləri yaxşıca doğrayıb salata əlavə edin.
- Zeytun yağı, limon, bir çimdik duzu və qurudulmuş oreqanonu qarışdırın və salata əlavə edin.
3. Tərəvəzli şorba-krem
Adi məhsul dəsti, sürətli hazırlıq, rahatlıq və fayda. Tərəvəzli şorba-kremi bir az daha doyumlu etmək üçün zeytun yağı əlavə edin. O, eyni zamanda gözəl bir qoxu əlavə edəcəkdir.
İnqrediyentlər
- kartof – 300 qr
- kök – 300 qr
- soğan – 120 qr
- ağ kələm – 150 qr
- zeytun yağı – 1 y.q.
- qaymaq – 100 ml
- su – 700 ml
Hazırlayırıq
- Tərəvəzləri xırda-xırda doğrayın
- Suyu qaynadın, tərəvəzləri boşaldın və hazır olmağını gözləyin.
- Hazır olan məhsulları brenderə yerləşdirin.
- Qaymaq əlavə edib qarışdırın.
- Masaya gətirərkən doğranmış göyərti və zeytun yağı əlavə edin.
4. Quzu ayağı sobada
Digər asan resept, baxmayaraq ki, xarici görünüşü bayram üçün reseptə bənzəyir. Əti şirəli, xırtıldayan və çəhrayı etmək həqiqətən asandır. Düzdür, soba qabını sobaya qoymazdan əvvəl, ət bir gecədə yaxşıca marinad edilməlidir.
İnqrediyentlər:
- quzu ayağı – 1,5 kq
- kartof – 500 qr
- soğan
- sarımsaq – 2-3 diş
- zeytun yağı
- duz və istiot
Hazırlayırıq
- Əvvəlcə marinadı hazırlayaq. Soğanı doğrayın və üzərinə duz səpin (yarım çay qaşığı). Soğanı yumşalana qədər əllərinizlə əzin. Sarımsağı xırda doğrayın, soğanla qarışdırın və iki xörək qaşığı zeytun yağı əlavə edin. Quzu ayağını hər tərəfdən duz, istiot və marinad ilə ovuşdurun. Quzu ayağını bir yemək plyonkasına bükün və otaq temperaturunda bir saat saxlayın, sonra isə bir gecəlik soyuducuda saxlayın.
- Növbəti gün hazırlamadan əvvəl əti soyuducudan çıxarın və otaq temperaturunda bir saat saxlayın. Bu, quzunun bərabər bişməsi üçün lazımdır.
- Quzu ayağını soğan və sarımsaqdan təmizləyin, qəlibə qoyun, zeytun yağı ilə fırçalayın, folqa ilə örtün və 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.
- Kartofu soyun və iki yerə bölün. Zeytun yağı ilə fırçalayın və üzərinə duz və istiotla səpin.
- Quzu ayağını sobadan götürün, folqanı çıxardın və kartofları düzün. Yenidən folqa ilə örtmədən sobaya qaytarın. Quzu bişənə qədər və kartof qızıl rəngli olana qədər 45 dəqiqə daha bişirin.
5. Xurma piroqu
Masada onsuz da çox miqdarda xurma olacaq deyə, onları bir iş üçün istifadə edək. Xurma piroqunu təklif edirik. Bəli, tərkibində zeytun yağı da var.
İnqrediyentlər:
- xurma – 18 əd
- un – 1 stəkan
- süd – ¾ stəkan
- şəkər – ¾ stəkan
- qoz – ¼ stəkan
- zeytun yağı – ¼ stəkan
- vanil
Hazırlayırıq
- Xurmanı bir neçə saat süddə saxlayın. Toxumları götürün və xurmanı südlə qarışdırın, hamar olana qədər blenderdə qarışdırın.
- Böyük bir qabda xurmanı un, şəkər, zeytun yağı, doğranmış qoz və vanil ilə qarışdırın.
- Yaranan xəmiri yağlanmış bir qaba qoyun və 180 dərəcədə 40 dəqiqə bişirin.
Bunlar oruc zamanı hazırlaya biləcəyiniz sadə və yüngül yeməklərdir. Onlara zeytun yağı əlavə edin və sağlamlığınız üçün fayda gətirin. Zeytun yağı qocalma prosesini ləngidir, ürək-damar xəstəliklərinin qarşısının alınmasında vacib rol oynayır və qan dövranını yaxşılaşdırır. Qandakı xolesterol səviyyəsini də azaldır, bağırsaq və mədə xərçənginin qarşısını alır. Zeytun yağının mikroelementləri və vitaminləri bütün bədənə müsbət təsir göstərir.