Shopping Guide

Elektrikli çaydan seçirik və detallara diqqət yetiririk

Elektrikli çaydan seçimində çətin nə ola bilər ki? O, yalnız suyu qaynatmalıdır. Lakin, hər şey xırda detallardan asılıdır. Yalnız görünüşə baxıb qiyməti müqayisə edirsinizsə, qısa bir zamanda məyus ola bilərsiniz. Plastik keyfiyyətsiz, “ağıllı funksiyalar” isə lazımsız ola, isidici də yarım ilin içində paslana bilər. Umico Market sizə alış-verişdən sonra yalnız suyu qaynatmaq lazım olduqda yadınıza düşən elektrikli çaydanı neçə seçim etmək lazım olduğundan danışacaq. 

Vacib detallar

1. Görünüş və korpusun materialı 

Çaydanın materialının mənfi və müsbət cəhətlərini başa düşmək vacibdir. Sonra ağ çaydanın saralması, metal tutacaqların isinməsi, şüşə çaydanın 3 dəfə artıq yuyulmağa ehtiyacı və keramik çaydanın zərifliyi sizi təəcübləndirməsin. Beləliklə, çaydanlar hazırlandığı materiallar bunlardır: 

  • Plastik. Çaydanların çoxusu məhz ondan hazırlanır, onların qiymətləri daha münasib olur, həmçinin onlar yüngül, möhkəm və uzunömürlüdür. Belə praktik çaydan axtarışındasınızsa, plastik çaydanı seçin. Lakin, materialın keyfiyyətinə diqqət yetirin. Birincisi, plastik yüksək temperaturlara reaksiya verir, keyfiyyətsiz materialdan olan müəyyən vaxtdan sonra çatlaya və ya sızıntı verə bilər. İkincisi, aşağı keyfiyyətli plastikin içində qaynayan su fenol qoxusunu verir. Belə suyu içmək həm xoşagəlməzdir, həm də, ziyanlıdır. Keyfiyyətli plastiki neçə seçmək olar? O, mütləq məşhur brendlərdən olan çaydanlarda olacaq, əlavə olaraq isə təhlükəsizlik sertifikatını yoxlayın. 
Plastik korpuslu klassik çaydan – Tefal Delfini Kettle

Klassik elektrikli çaydan haqqında düşünəndə məhz belə bir modeli təsavür edirik – ağ plastik korpuslu və lüləkli. Bu əlverişli model kifayət qədər sadədir, lakin, əsas funksiyası olan su qaynatmağın öhdəsindən gəlir. Vacibi odur ki, plastikin keyfiyyəti yaxşıdır, və içkinizdə xoşagəlməz dad olmayacaq. Çaydanın həcmi 1,5 litrdir. 

  • Metal. Bu da plastik kimi bir klassikadır. Uzunömürlü çaydan seçirsinizsə, metaldan olanı götürün. Paslanmayan polad möhkəm və etibarlıdır, nə yüksək temperaturdan, nə də nəmlikdən qorxmur, və əlbəttə ki, çatlamaz. Lakin, metal çaydanların öz qusurları var. Onlar tez çirklənir: səthdə əl izləri qalacaq və bu, qaçırılmazdır. Əlavə olaraq, metal çox isinir və ehtiyatsızlıqdan özünüzü yandıra bilərsiniz. Evdə balaca uşaqlar varsa, ya belə çaydanı uzaq yerdə saxlayın, ya da heç almayın. Həmçinin, metal çaydanlar ən bahalıdırlar.  
Philips HD9359 Avance Collection elektrikli çaydanı

Dəbli və əlvan dizayn, möhkəm paslanmayan poladdan korpusu mavi rəngindədir, ona görə də üzərində əl izləri gözə çarpmır. Çaydanın 1,7 litrlik həcmi böyük ailəyə bəs edir, kənara açılan qapağı sayəsində onu doldurmaq da rahatdır. Həmçinin, geniş lələyin sayəsində suyu tökmək də asandır. İçinə çıxarılan filtr də quraşdırılıb, o, 200 mikron ölçüsünə qədər olan ərpi saxlayır. LED işıqlandırması sayəsində çaydanı qaranlıqda da görmək olur. Cihazın korpusunda suyun real səviyyəsini göstərən doldurulma indikatoru vardır. Çaydanın 4 su isitmə proqramı var: uşaq smeslərini və sıyıqları isitmək üçün, ot çaylarını dəmləmək üçün, yaşıl çayın hazırlanması üçün, qara çayın və qəhvənin dəmlənməsi üçün. 

  • Şüşə. Ən ekoloji elektrik çaydanlar şüşədən olanlardır, hətta illər sonra maddələrlə reaksiya vermirlər. Bu material az öncə istifadə edilməyə başlayıb və standart çaydan dizaynına yeni nəfəs qatıb. Şüşə korpusuna led-işıqlandırması əlavə olunduqda isə lap gözəl görüntü alınır. Lakin, isinmə dərəcəsi metaldaki kimi yüksəkdir. Buna görə o, diqqətlə istifadə olunmalıdır və şüşənin zərifliyini də yadınızdan çıxartmamalısınız.  
Dəbli Kenwood Persona ZJG801CL

Qeyri-adi görünüşü nəfis dizayn sevənlərin tərəfindən bəyəniləcək. Cihazın korpusu Schott Duran Glass premium klass möhkəm şüşədən və cilalı metal detallardan ibarətdir. Yuvarlaq erqonomik tutacağın sürüşməyən SureGrip örtüyü vardır. Şəffaflığı suyun qaynadılma prosesini izləməyə yol verir. Gizlədilmiş isidicisi cihazın uzunmüddətli işini təmin edir. Cihazın gücü 2200 Vt-dır, həcmi isə 1,7 l, buna görə çaydanın bir iş siklində bütün ailə üçün isti içkilər hazırlamağa imkan verəcək. Çaydanın geniş lüləyi və asan açılan rahat qapağı var. Suyun indikatoru və işə salınma düyməsinin işığlandırılması da var. Çaydanda suda olan qatqıları və ərp hissəciklərini saxlayan filtri var.  

  • Keramika. Dəbə az oncə minib, lakin, keçmişdə istifadə olunan çaydanlara oxşayır, ona görə, hər interyerə uyğun gəlməz. Keramikanın üstünlükləri: şüşədən daha möhkəmdir və istiliyi yaxşı qoruyur. Bu ən populyar material deyil, buna görə də böyük istehsalçılarda belə modellərin sayı çox deyil. 
Yaxşı keramik çaydan, Polaris PWK 1731CC

Keramika – çaydanların istifadəsinə tez rast gələn material deyil, lakin, mətbəxdə qeyri-adi bir cihazın olmasını istəyirsinizsə, bu modelə diqqət yetirin. Keramikanın əsas üstünlüklərindən başlayaq: istiliyi yaxşı saxlayır və heç bir dad vermir. Digər tərəfi isə odur ki, keramika zərifdir, onunla astaca davranmaq lazımdır (mətbəxdə bu hər zaman alınmır). Bu çaydanın maksimal həcmi 1,7 litrdir. Qeyri-yüksək 1800 Vt-lıq gücünə baxmayaraq, çaydan suyu çox tez qaynadır. 

Sözsüz ki, çaydan xoşunuza gəlməlidir. Burada bir məsləhət verə bilməyəcəyik, sadecə, bəyəndiyiniz modeli tapmaq üçün, müxtəlif modelləri nəzərinizdən keçirin. 

2. Güc

Asanlıqla anlaşılan göstəricidir, o, suyun nə qədər tez qaynamağını təyin edir. Standart güc – 2200-2400 Vt. Belə çaydan sayılı dəqiqələr içində 1,5-1,7 l suyu 100 dərəcə temperaturuna çatdıracaq. Suyun ani qaynamasını istəyirsinizsə, daha güclü çaydan axtarın, misal üçün, 3000 Vt. Lakin, nəzərə alın ki, ev elektrik şəbəkəyə olan yüklənmə bu halda artacaq, elektrik enerji sərfiyyatı artacaq, belə çaydanların qiyməti də daha bahadır.

Ən yaxşı, sərfəli və güclü elektrik çaydan – Braun WK 3100

Bu etibarlı plastik korpuslu çaydan suya qoxu vermir. Bu modelin suyun qaynadılması üçün lazım olan əsas göstəriciləri var. Həcmi – 1,7 l, gücü – 2200 Vt, altlıqda 360 dərəcəyə dönür (indi bunu bütün elektrik çaydanlar bacarır). İsidici kimi qizlədilmiş spiral istifadə olunur, susuz avtomatik söndürülmə funksiyası vardır. Lakin, modeldə cəlb edən əsas məqam, brendinin etibarlığıdır. Braun çaydanların yaxşı adı var, polad korpusda olan modellər daha bahadır. Buna görə keyfiyyət və qiymət baxımından bu, mükəmməl seçimdir. 

3. İsidici 

O, iki cür olur: açıq və bağlı. Açıqlar – adi spiraldır, çaydanın dibində yerləşir. Spiralın əsas üstünlüyü onun aşağı qiymətidir.Digər cəhətlərdən isə bu ən yaxşı variant deyil: spiralda ərp yaranır, onu təmizləmək isə mümkün deyil. Ərpli spiral suyu gec qaynadır və onun dadını dəyişir. Disk formasında olan isidicilər istifadədə qat-qat yaxşıdır. Asanlıqla təmizlənir, suyu daha tez qaynadır, sakit işləyir, lakin, daha bahadırlar. 

İsidicisi disk formasında olan Bosch TWK 8611P 

Bu çaydan özündə möhtəşəm dizaynı və müasir texnologiyaları birləşdirir. Cihaz həm suyu qaynatmağa, həm qaynatmadan müəyyən dərəcəyə kimi isitməyə yol verir. Gizlədilmiş isidici ərpin yaranmasını azaldır və suyun isinməsini tezləşdirir. Dibi paslanmayan poladdandır, bu material suyun dadına təsir etmir, uzunmüddətlidir və asanlıqla təmizlənir. Çaydanın çıxarılıb yuyulan filtri var, o, fincana xırda ərp hissəciklərin düşməsinin qarşısını alır. Avtomatik səsli sönmə funksiyası cihazın təhlükəsiz və rahat istifadəsini təmin edir. 

4. Filtr

O, çıxarılan və çıxarılmayan ola bilər. Çıxarılan daha yaxşıdır, çünki onu təmizləmək rahatdır və hətta lazım olduğu halda dəyişilə də bilər. Yaxşı elektrikli çaydanlarda sadə filtrlər quraşdırılıb, onlar zamanla yaranan ərpi buraxmır. 

Vitek VT-7037 filtrli çaydan

Bu çaydan 1,7 l həcmində suyu sayılı dəqiqələr içində isidir. Möhkəm şüşə korpusu istiliyi yaxşı saxlayır, buna görə də su gec soyuyur. Xüsusi filtr fincana ərpin və qatqıların düşməsindən qoruyur. Erqonomik tutacağı sayəsində çaydanı asanlıqla daşımaq və suyu rahat tökmək olur. Onun qayğısına qalmaq da asandır: korpusun hamar divarlarından çirk rahat təmizlənir. 

5. Əlavə funksiyalar – “ağıllı” və faydalı

“Ağıllı” xüsusiyyətlər bütün məişət texnikasında meydana gəlir, çaydanlar da istisna deyil. Müasir modellər suyun qaynadılmasına əlavə olaraq digər müxtəlif funksiyaları da yerinə yetirir. Bunlar sizə lazımdır yoxsa yox sualına cavabın tapmalısınız.  

  • Müəyyən dərəcəyə qədər isitmə. Ən praktiki əlavə funksiyadır. Körpələrə smes hazırlayan gənc analar və əsl çay sevənlər bunu dəyərləndirəcək. Müxtəlif çay növlərini müəyyən temperaturda dəmləmək lazım olur. Ulunu qaynar su ilə dəmləsəniz, çayın əsl dadını öldürəcəksiniz.
  • Temperaturun saxlanılması. Bəzi çaydanlar temperaturu 12 saatadək saxlayır. Temperatur aşağı düşən kimi su yenidən isidilir. 
  • Su təravətinin idarə olunması. Bəli, müasir çaydanlar bunu da bacarır. Su uzun müddət qalanda, ağıllı tətbiq onun əvəzləməyə ehtiyac olduğunu bildirəcək. 
  • Çaydandaki suyun temperaturunu göstərmək – bu, lap asandır.
  • Əlavə qaynadılma. Bu funksiya quyulardan və ya dəliklərdən (bu su, bakteriyalı olur), krandan gələn xlorlu suyu qaynatsanız lazım olur. Filtrlənmiş və ya butulkalardan olan sudan istifadə edirsinizsə, bu funksiyaya görə əlavə ödəniş etməyə dəyməz. 
  • Bluetooth və ya Wi-Fi. Bu funksiya ilə çaydanı uzaq məsafədən, heç evdə olmadan idarə etmək olar. Məsafədən çaydanı işə sala və söndürə, suyun isitmə dərəcəsini müəyyən edə, qaynadılma müddətini, işıqlandırmanın rəngini və əlvanlığı təyin edə bilərsiniz. Həmçinin, düymələrlə idarə olunmasını bloka sala bilərsiniz.
Xiaomi Mi Smart Kettle – smartfonla idarə edin

Xiaomi brendindən ağıllı çaydan – bu brend ağıllı çaydanlardan kənarda qala bilməzdi. Bizə nələr təklif olunur? Bütöv metal kolbası olan elektrik çaydan. O, iki sadə rejimdə işləyir – suyun qaynadılması və müəyyən temperatura kimi isidilməsi (40-100 dərəcə). Çaydanın həcmi 1,5 l, gücü isə 1800 Vt. Beş dəqiqəyə, demək olar ki, səzsiz şəkildə çaydan suyu isidəcək. İsitmə funksiyasının dörd müxtəlif rejimi var: çay, qəhvə, süd və əriştə. İsitmə rejiminin müddəti – saata cəmi 0,5 kilovatt istifadə etməklə 12 saat. Bu çaydanı smartfon vasitəsilə idarə etmək olar, həmçinin, tətbiqdə sorğularınıza görə özəl rejim təyin etmək olar. Bu çaydanı onun lakonik və müasir dizaynına görə də sevmək olar. 

  • İşıqlandırma. Bu funksiya, gecə vaxtı suya ehtiyacınız varsa, lakin, işığı yandırmaq istəmirsinizsə lazım ola bilər. Bəzi modellərdə rənglərin çeşidini və onların dəyişilmə müddətini təyin etmək olar. 
  • Multimedia mərkəzi. Bəzi istehsalçılar çaydanları rəngli və simsiz musiqi olan multimedia mərkəzlərinə çevirir. Şən əyləncə – musiqini dinləyirsiniz, çaydan isə onunla birlikdə rəngini dəyişir. 

Yaxşı elektrikli çaydanı seçmək üçün sizin üçün “yaxşı” nə olduğunu təyin edin, qüsurlarına isə göz yuma bilərsiniz. Sərfəli və etibarlı çaydan lazımdırsa, məşhur brenddən olan plastik olanı seçin. Belə istehsalçılar xoşagəlməz dad verməyən yaxşı materiallardan istifadə edir. Ömürlük çaydan istəyirsinizsə, seçiminiz metal korpuslu çaydan ola bilər. Onların arasında xeyli müxtəlif qiymətlərə olan modellər vardır, amma bundan fərqi olamdan, çoxusunun korpusu çox isinir. Ekoloji variant axtarırsınızsa, bu, şüşə elektrikli çaydanlardır. Ağıllı texnologiyaları sevirsinizsə, smartfondan idarə olunan çaydanı tapa bilərsiniz. Həcmə diqqət edirsinizsə, bir litrdən artıq balaca ailəyə bəs edəcək, ailədə çox adam varsa, 2 litrlik çaydan seçin. Gücündən isə suyun qaynadılmasına lazım olan vaxt asılıdır. Və, əlbəttə ki, dizayn xoşunuza gəlməlidir. 

Umico bloquna abunə olun, xəbərlərimizi izləyin və onları sosial şəbəkələrdə paylaşın. Biz isə sizə xoş və faydalı alış-veriş etməyə kömək edəcəyik! 

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %