Shopping Guide

2022-ci ilin əsas 10 yaz trendi

2000-ci illərin nostaljisi və klassik tvid pencək, qarderobda parlaq paltarlar və mini ətəklər, lofer və yumru burunlu ayaqqabılar üçün yeni həyat. Bu yaz və yayda məşhur olacaq şeyləri topladıq.

1. Parlaq pencək

Yəqin ki, qarderobunuzda artıq klassik qara və ya boz pencək var. Bəs parlaq necə? Bu yaz məhz onlar qarderobda əsas vurğu rolunu öz üzərinə götürəcəklər. Lavanda və moruq rənglərindən tutmuş dəbdə olan narıncı və yaşıla qədər ən rəngli dizaynları seçin və vurğu rəngi kimi istifadə edin. Belə pencəyi digər parlaq rənglərdə olan şeylərlə uyğunlaşırmaqdan çəkinməyin – bu mövsüm belə bir texnika dəbdədir.

2. Pastel çalarlarda görünüş

Parlaq çalarlar ilə yanaşı, bu yaz zərif pastel rənglər də populyardır. Xüsusilə də bu “konfet” rənglərdə olan paltarlara gəldikdə. Belə bir paltar yalnız yazda deyil, həm də yayda gözəl görünəcək.

Kameliya Boutique-də yeni kolleksiyasından dəbli paltarlar seçin və 3,5% keşbek qazanın.

3. Çiçək naxışlı don 

Hamıya bəllidir ki, bu, bütün yaz kolleksiyalarının əsas printidir. Lakin, istənilən halda, təmkinli Covid dövründən sonra çiçək naxışları trendi yeni güclə dəbə girəcək. Məşhur moda evlərinin dizaynerləri artıq yeni kolleksiyalarında çiçək motivlərinə sevgilərini ifadə ediblər – bunlar iri çiçəklər və qönçələr olan retro printlərdir.

Çiçək naxışlı paltarları həmçinin Kameliya Boutique-in yeni kolleksiyasında tapa bilərsiniz. Hər alış üçün Umico-dan 3,5% keşbek qazanacaqsınız. 

4. Yaşıl və salat rəngləri

Dizaynerlərə və küçə tərzinin qəhrəmanlarının fikrinə görə yaşıl rəng ən dəbli rəngdir. Onu, qara və ağdan tutmuş çəhrayı, bənövşəyi, narıncı və maviyə qədər demək olar ki, istənilən çalarlarla birləşdirmək asandır və inanılmaz dərəcədə təsirli görünür. Əgər belə parlaq görünüşlərin pərəstişkarı deyilsinizsə və lakonik minimalizmə sadiq qalmağa üstünlük verirsinizsə, qarderobunuzda dəyişiklik etməyə və paltarlarınızı parlaq ayaqqabı və aksesuarlarla canlandırmağa və onları, məsələn, ağ monoxrom və ya “total denim”lə geyinməyə çalışın. Salat rəngi də dəbdədir. Onun üstünlüyü daha az parlaqlıq və daha çox incəlikdir: açıq yaşıl zəngin yaşıl rəngi əvəz edir və bununla belə gündəlik və axşam görünüşlərinin maksimum sayını yaratmağa imkan verir.

5. Tvid pencək

Tvid pencək Chanel evinin klassikası ilə əlaqələndirilir. Lakin bu mövsüm bu material yenidən populyarlıq qazanıb. İdman ayaqqabıları ilə, cins şalvar və ya, işgüzar görüşlərə palto ilə geyilə bilər.

6. Açıq çiyinli toplar

Bu nadir hallarda olur, lakin bəzən trendlər uzun müddət dəbdə qalır. Bu, çiyinləri açıq toplarla da baş verdi. Bu geyimin tezliklə müasir klassiklər kateqoriyasına keçmək üçün bütün şansları var. Əvvəllər toplar əsasən düz kəsikli və dekoltedə vurğusu olanlar idi, bu mövsüm isə modellər maraqlı tikişlər, qayışlı detallar, eləcə də asimmetriya ilə təəccübləndirirlər. Digər paltarlarınızla uyğunlaşdırmağa çalışın. Bu cür topları yalnız dar ətəklər və ya şalvarlarla deyil, həm də boş və enli modellərlə də geyinmək olar.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

7. Qısaldılmış köynək

Köynək həmişə qarderobda əvəzolunmaz bir şey olub. Yeni yaz-yay mövsümündə böyük ölçülü kişi köynəklərinə əlavə olaraq, qısaldılmış variantları daha yaxından nəzərdən keçirməyi məsləhət görürük. Onları istənilən bir şeylə geyinə bilərsiniz: gün ərzində – cins və geniş şalvarla, axşam – ipək midi ətəklərlə birləşdirə bilərsiniz.

8. Klassika həmişə dabdədir

Bunu kişi qarderobu haqqında etibarlı şəkildə söyləmək olar. Yeni trendlərin uyğunlaşdırması üzərində beyninizi yormamaq üçün ən asan yol dəbdən düşməyən klassik əşyaları yeniləməkdir: köynək, pencək, şalvar və ayaqqabı. Umico-nun tərəfdaşı olan Scallezione-də kişi geyimlərinin böyük seçimini tapacaqsınız və eyni zamanda 3%-ə qədər keşbek qazanacaqsınız.

Yeri gəlmişkən, klassika uşaq kolleksiyalarında da dəbdədir. Əgər qarşıdan gələn yaz və yay aylarında bayram və ya şənlik gözlənilirsə, gənc xanımlar və gənc bəylər üçün geyimi iDO ORCHESTRA brendlərinin yaz-yay kolleksiyasında tapa bilərsiniz. İstənilən alışda 2%-ə qədər keşbek qazanacaqsınız.

9. Qarderobda idman ayaqqabıları da olmalıdır 

Dizaynerlər vintaj üslubunu sınaqdan keçirməyə davam edirlər. Maraqlısı odur ki, idman ayaqqabısı yeni kimi görünmək məcburiyyətində deyil: altlığı saralır, materiallar isə solur, sanki onları həqiqətən anaların və nənələrin qarderoblarından götürmüsünüz. Yalnız 60-cı illərdən ilhamlanan variantlara deyil, həm də 90-cı illərin Amerika üslubunu əks etdirən idman ayaqqabılarına diqqət yetirin. Həmçinin Nike arxiv modellərini modaya qaytarır – yenidən populyarlaşan çox sevilən Air Max modellərindən seçim edə bilərsiniz.

ZIPFLEX ECCO brendinin ən tanınan xətlərindən biridir. Qapalı altlıq avanqard görünüş yaradır və idman geyimi ilə yaxşı uyğunlaşır. Eyni zamanda, innovativ texnologiyalar bu ayaqqabıları həm ofisdə, həm də idman zalında rahatlıqla geyinməyə imkan verir. Ecco-da öz cütünüzü seçin və 2% keşbek qazanın. 

Geox brendinin fərqli xüsusiyyəti ayaqqabını ilin istənilən vaxtında rahatlıqla geyinməyə imkan verən patentləşdirilmiş texnologiyadır. Özünüzə yeni ayaqqabı seçin və Umico bonusları ilə 2% keşbek əldə edin.

10. Dördbucaq əvəzinə yumru burun

Yumru burunlar bir neçə ildir ki, trenddə görünmürdü, amma bu yaz onlar qayıtdı. Bir vaxtlar köhnə və dəbdən düşmüş sayılan yumru burunlu ayaqqabılar yenidən dəbdədir və biz onları tezliklə hər yerdə görəcəyik.

Salamander mağazalarında eleqant ayaqqabı və əlavə olaraq bir çanta seçin və Umico bonusları ilə 2% keşbek qazanın.

Bu yaz füsunkar görünün!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %