Shopping Guide

Evimizi qışa hazırlayırıq və hər cəhətdən istiləşdiririk

Qışın gəlməsinə hələ bir ay var, lakin biz mənzili indidən soyuq havaya hazırlamağı məsləhət görürük. Evi yalnız sözün əsl mənasında deyil, həm də məcazi mənada istiləşdirmək lazımdır. Qışda evdə çox vaxt keçiririk, buna görə də hər şey maksimal dərəcədə komfortlu olmalıdır.

Birinci addım. İstilik itkisini azaldırıq

Qızdırıcı, kondisioner və digər əlavə isitmə avadanlığını quraşdırmadan əvvəl, mənzildən istilik sızması barədə düşünməlisiniz. Bir neçə sadə həllər istilik itkisini iki-üç dəfə azaldacaq, optimal iqlim yaradacaq və eyni zamanda enerji xərclərini azaldacaqdır.

Pəncərələri yoxlayın. Ən böyük istilik sızması mənzillərin pəncərələrindən baş verir. Buna, təkcə köhnə evlərdə deyil, yeni tikililərdə də rast gəlinir. Buna görə ilk addım rezin sıxlaşdırıcıları yoxlamaqdır. Əgər onlar çox sərt və ya çatlamışlarsa, onları dəyişdirmək lazımdır. Bunu özünüz edə bilərsiniz, lakin pəncərələri quraşdıran şirkətlə əlaqə saxlamaq daha yaxşıdır. Əgər içəri soyuq hava daxil olursa, çərçivənin perimetri ətrafında sıxlaşdırıcı lent yapışdıra bilərsiniz, yazda isə problemin əsaslı həllinə qayıdın.

Pəncərələri qış rejiminə keçirin. Pəncərəni açın və şüşə bölməsinin uclarında olan (yuxarı, aşağı və yan tərəfdə) eksantrikləri altıbucaqlı ilə çevirin ki, çərçivəyə möhkəm otursun. Pəncərələrin qış rejiminə keçib-keçməməsini bir vərəqdən istifadə edərək yoxlaya bilərsiniz. Onu şüşə bölməsi ilə çərçivə arasına daxil edin və pəncərəni bağlayın. Qış rejimində vərəqi çıxara bilməyəcəksiniz.

Перевод пластиковых окон из летнего в зимнее положение

Pəncərənin altından və pəncərə çərçivələrinin, eyvan qapısının ətrafından soyuq havanın keçib-keçmədiyini yoxlayın. Şübhəli yerlərdə silikon germetikdən istifadə edin. Köhnə germetik yararsız hala düşübsə, onu tamamilə dəyişdirin.

Eyvanı şüşələndirin ki, küçə ilə mənzil arasında bir bufer zonası yaransın. Şüşəyə istilik əks etdirən xüsusi film yapışdıra bilərsiniz. Girişdə isə ikinci bir qapı qoyun – bu, əlavə istilik saxlayan yer yaradacaqdır.

Batareyalara termorequlyatorlar yerləşdirin. Onlar ütü prinsipi ilə işləyirlər: otaq istənilən temperatura qədər qızdırılır – tənzimləyici sönür, soyudusa yenidən işə salınır. Batareyalar köhnədirsə, onları müasir alüminium batareyalarla əvəz etmək daha yaxşıdır. Çuqun batareyalar ilə müqayisədə onların istilik ötürülməsi 40-50% yüksəkdir. Evinizdə daha çox istilik saxlamaq üçün radiatorların arxasındakı divara istilik əks etdirən ekranlar quraşdıra bilərsiniz.

Umico-nun tərəfdaşı Euroclima-dan müasir radiatorlar və termostatlar tapa bilərsiniz. İstənilən alış-veriş üçün 3% keşbek alacaqsınız. 

İkinci addım. İstilik əlavə edin

Evdə bir qızdırıcının olması yaxşıdır – xüsusilə soyuq günlərdə, əsas isitmənin işin öhdəsindən gəlmədiyi zaman köməyə gələcək. Qızdırıcılar otağı tez və səmərəli şəkildə qızdırır, istənilən otaqda quraşdırıla bilər və bağa özünüzlə apara bilərsiniz. Əvvəla, qızdırıcılar fərqli bir prinsipə uyğun işləmələri ilə fərqlənirlər. Onlar infraqırmızı və yağlı modellər, konvektorlar, fan qızdırıcıları və kvars olur. Seçim zamanı bu məlumat sizə kömək edəcək.

Umico-nun tərəfdaşı Optimal-dan qızdırıcıları seçin, istənilən alış üçün 2% keşbek əldə edirsiniz.

Инфракрасный электрический обогреватель Ballu BIH-L-2.0 - купить | Ballu

İnfraqırmızı qızdırıcı infraqırmızı şüalardan istifadə edərək istilik enerjisini ötürür. O, havanı deyil, əşyaları qızdırır, sonra isə bu əşyalar havanı qızdırır və bu, çox tez baş verir. Bununla quru hava problemi olmur, həmçinin belə bir qızdırıcı daha az elektrik istehlak edir.

Масляный обогреватель HD907B-13Q, 3 кВт, 13 секций - купите по низкой цене  в интернет-магазине Castorama

Yağ qızdırıcıları elektrik enerjisi ilə işləyir. İstiləşməyə başlamaq üçün sadəcə cihazı elektrik yuvasına qoşmaq və tənzimləyicidə istədiyiniz temperaturu təyin etmək lazımdır. Cihaz səssiz işləyir, istifadəsi təhlükəsizdir, qiymətlər münasibdir, quraşdırma çox sadədir. Doğrudur, yağ qızdırıcısı uzun müddət qızır və soyuyur, özü də ağırdır.

Конвектор РЕСАНТА ОК-2500СН — купить в Москве в интернет-магазине  электроинструментов Ресанта, цена, характеристики, фото.

Konvektor istilik yaymır, soyuq havanı isti havaya çevirir. Bu tip qızdırıcılar otağı tez və bərabər şəkildə qızdırır. Səssiz işləyir. Ev, ofis və böyük istehsal sahəsi üçün modellər var. İstədiyiniz temperaturu daim saxlamağa kömək edən və lazım olan temperatura çatdıqda cihazı söndürən və ya dayandıran bir termostat funksiyasına malikdir.

Тепловентилятор 2 кВт, спиральный: тепловентиляторы бытовые — купить в СПб

Fan qızdırıcısı quraşdırılmış ventilyatorun köməyi ilə içindən keçən hava axınının köməyilə havanı qızdırır. Temperaturu tənzimləmək və ya müəyyən səviyyədə saxlamaq mümkün deyil. Fan qızdırıcısının üstünlüyü ondan ibarətdir ki, istilik bir müddət sonra deyil, cihazı işə saldıqdan dərhal sonra olacaq. Düzdür, əməliyyat zamanı çox səs-küy salırlar və korpusun içərisinə daxil olan toz yanıb, havanı qurudur və xoşagəlməz qoxu yayır.

Кварцевый обогреватель Premium — купить в интернет-магазине OZON с быстрой  доставкой

Kvars modelləri öz təhlükəsizliyi ilə seçilir. Korpusun içərisində spiral var, və o, koprusu qızdırır. Temperaturu 100°C-dək çatdırır. Kvars modelinin üstünlüyü ondan ibarətdir ki, içərisində yağ yoxdur və metal-hava əlaqəsi yoxdur.

Kvarsın əlavə üstünlüyü onun yüksək istilik tutumudur: cihazı söndürdükdən sonra otağı daha 40 dəqiqə qızdıracaq. Mənfi tərəfi – qızdırılması 20 dəqiqə çəkir.

Əgər istilik sisteminiz istiliyi tam təmin edə bilmirsə və qızdırıcını tez-tez yandırmaq lazım olursa, istilik sisteminizi dəyişdirmək məsləhətdir. Müasir kombi sistemlərini Umico-nun tərəfdaşı Euroclima-dan almağı tövsiyə edirik. Burada sizə eviniz üçün isti döşəmənin quraşdırılmasında köməklik göstərəcəklər və eyni zamanda 3% keşbek ilə sevindirəcəklər.

Üçüncü addım. Mikroiqlimi nəzarətdə saxlayın

Mənzildə temperatur rahatlıq üçün vacib olan yeganə göstərici deyil. Payız və qışda havanın rütubətini izləmək xüsusilə vacibdir. Quruluq, istilik mövsümünün xoşagəlməz bir atributudur. Dərinin və selikli qişaların quruması, immunitetin azalması və məişət allergiyasının şiddətlənməsinin səbəbi budur. Adi ventilyasiya (əgər yaxşı işləyirsə), otağın havalandırılması, nəm təmizləmə və nəmləndirici mikroiqlimin düzgün səviyyədə olmasına kömək edəcəkdir.

Üç növ nəmləndirici var: ultrasəsli, buxarlı və ənənəvi soyuq buxarlanma. Buxarlı nəmləndirici qızdırılan suyu buxarlandırır, ona görə də ailədə uşaqlar, qocalar və ya heyvanlar varsa, bu təhlükəlidir. Üstəlik, çoxlu elektrik enerjisi istehlak edir. Ənənəvi sistemlərdə su fanın işləməsi səbəbindən buxarlanır, buna görə də havanı nəmləndirmək üçün ən səs-küylüdürlər və evi daha gec nəmləndirirlər. Ev üçün ultrasəsli olanlar tövsiyə olunur – ən təhlükəsiz və ən sakit.

Evdə nəmləndiricinin olması çox vacibdir, xüsusən də kiçik uşaqlarınız və ya allergiyası olan biri varsa. MI HOME mağazasında onların seçimdə sizə kömək edəcəklər və məsləhət verəcəklər, eyni zamanda alışınız üçün 2%-ə qədər keşbek alacaqsınız.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Dördüncü addım. Yerə xalçalar sərin və daha çox tekstil əlavə edin

İsti paltarların, uzun xovlu xalçaların və yumşaq yun yorğanların vaxtı gəlir. Onlar həm sözün əsl mənasında, həm də məcazi mənada evi isidirlər və rahat ev atmosferini yaradırlar. Yerə xalça sərin – bu, yalnız evinizə istilik verməyəcək, həm də uşaqlıqda olduğu kimi, yığıncaqlar və ya sadəcə yerdə uzanmaq üçün ailəni bir araya gətirəcək.

Emosional vəziyyətimizə tekstil da təsir edir. Qış interyeri üçün sıx, isti tekstildən istifadə edin: məxmər, yun, pambıq. Divana yumşaq parlaq pled və ya xovlu adyal sərin, pəncərələrə qalın pərdələr asın. Dekorativ yastıqlar haqqında unutmayın – onlar istənilən interyeri gözəlləşdirə bilər.

Psixologiya və dizayn sahəsində mütəxəssislər qış interyerini isti rənglərlə doldurmağı məsləhət görürlər. İsti çalarlar interyeri daha rahat etməyə kömək edəcək: terakota, qəhvəyi, qızılı, narıncı, qırmızı. Narıncı və sarının günəşli çalarları əhval-ruhiyyəni yaxşılaşdırır və optimizm ilə doldurur. Mətbəx masasının üstündəki portağal salfetlər yeməklərinizi daha parlaq edəcək və iştahınızı artıracaq. Lakin qırmızı həddən artıq çox olmamalıdır, böyük miqdarda bu rəng yorucu və qıcıqlandırıcı ola bilər.

Rahatlıq yaradan yorğanları, xalçaları, yastıqları və bir çox başqa şeyləri, Umico-nun tərəfdaşı Madame Coco-da seçin, istənilən alış üçün 2% keşbek əldə edin.

Beşinci addım. Bralar əlavə edin

Atmosfer də isti olmalıdır. Burada yalnız bir ədyal deyil, həm də düzgün seçilmiş işıqlandırma kömək edəcəkdir. Birincisi, təbii işığın çatışmazlığını əlavə işıq mənbələri ilə kompensasiya etməlisiniz. Mənzildə əsas işıq kifayət qədər parlaq olmalıdır. Şən, işıqlı səhər effektini yaratmaq üçün və ya evdə işləyirsinizsə neytral ağ işığı (4000 Kelvin) seçin. Axşam və yatmazdan əvvəl yumşaq işığı yandırmaq daha yaxşıdır (2700 – 3000 Kelvin). Beləliklə, torşerlər, blarar, stolüstü lampaların işığı isti və zəif olmalıdır. Bütün mənzilin işıqlı olması vacibdir: daha parlaq LED lampaları seçin, 60 və ya 80 deyil, 100-120 vatt.

İkincisi, atmosfer yaradan işıq əlavə edin. Ənənəvi çələngləri asmaq, bitkiləri isə fitolamplarla işıqlandırmaq olar. Evdə istilik və rahatlıq mühiti yaratmağın asan yolu şamlardır. Onların canlı alovu ocağa bənzəyir, bu işıq insan gözünə xoş gəlir. Alternativ olaraq, kompakt bio kamin ala bilərsiniz.

İşıqlandırmanı Umico-nun tərəfdaşı Santral Elektrik-dən seçin, keşbekiniz 5% təşkil edir.

Altıncı addım. İstiləşdirici qoxu

Sonda evimizin qoxusudur, o bizi uzaqda olduğumuz halda da isidir. Mənzilinizi zəncəfil, vanil, qəhvə, badam, darçın, berqamot, səndəl və ya qızılgül ağacı kimi təbii qoxularla doldurun. Sitrus ətirləri sizə qış bayramlarını və isti ailə görüşlərini xatırladacaq. Şamın alovu və xoş ətir sizi istilik və rahatlıqla saracaq. Yeri gəlmişkən, qışda qalın şamları seçin – onlardan böyük bir alov illüziyası yaradacaq bir kompozisiya yaratmaq üçün istifadə edilə bilər.

Ətirli şamları və digər rahatlıq atributlarını Umico-nun tərəfdaşı Decoria-dan seçin, keşbekiniz 2% təşkil edir.

Umico ilə evinizi istilik və rahatlıqla doldurun.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %