Shopping Guide

Kross-bodi çantalar: bu nədir, necə seçmək və nə ilə taxmaq olar?

Hərfi tərcümədə kross-bodi “bədəni kəsən” çanta növüdür. Onun əsas fərqliliyi uzun kəmərdədir. Bu, əllərin sərbəst olmasına imkan verən rahat aksesuardır. Yığcam olduğuna baxmayaraq, bu cür çantaların içi olduqca genişdir. Qadın və kişilər üçün kross-bodi çantaları necə və nə ilə taxmaq olar – bu haqda danışırıq.

Kross-bodi çantaları “poçtalyon” çantaları ilə səhv salmayın

Çox vaxt iki oxşar çanta modeli arasında çaşqınlıq olur: kross-bodi çantalar və “poçtalyon” çantaları (onlara “messencer çantalar” da deyilir). Hər iki növün uzun kəməri olur. Lakin “poçtalyon” çantaları əsasən kvadrat şəklində, kross-bodi çantalar isə istənilən formada ola bilər.

Həmçinin, “poçtalyon” çantaları kross-bodidən daha böyükdür, ora qovluq və ya hətta noutbuk yerləşir. Kross-bodi adətən daha kiçik ölçülü olur.

“Poçtalyon” çantası

Kross-bodi

Kross-bodi çantalar necə yaranıb?

Çiyin qayışı olan çantalar bütün zamanlar müxtəlif peşə sahibləri tərəfindən istifadə olunub – poçtalyonlardan tutmuş hərbçilərə qədər. Hər iki əlin sərbəst qalmasına imkan verən belə bir modelin rahatlığına Koko Şanel fikir verdi və 1955-ci ildə ilk qadın kross-bodi çantasını təqdim etdi.

Bu, uzun zəncirli bir klatç idi. Deyirlər ki, modelyer bu dizaynı oxşar çantalarda açar daşıyan rahibələrdən götürüb.

Hazırda Umico Market-dən təqdim olunan kross-bodi çantalar:

Kross-bodi çantalar nə formada olur?

  1. Çanta-cüzdan. Adından artıq hər şey bəllidir. Bu, kəmərli cüzdana bənzəyən çox kiçik kross-bodidir.
  2. Mini kross-bodi. Bu, açarlarınızı, telefonunuzu, cüzdanınızı yerləşdirə biləcəyiniz ən yığcam variantdır. Onların cəmi bir və ya bir neçə cibi ola bilər.
  3. Klassik kross-bodi. Daha böyük ölçülü və, adətən aksesuarın daxili məkanını təşkil etməyə imkan verən bir neçə bölməli çantadır.
  4. İdman kross-bodi. Bu çantalar adətən davamlı tekstil və neylondan hazırlanır. Məşq və ya gəzinti üçün olduqca rahatdır.

Geniş çeşiddə kross-bodilər əlbəttə ki, Umico Market-də təqdim olunub:

Kross-bodi çantanı necə seçmək olar?

  1. Kəmərin uzunluğu. Çanta çox qısa və ya uzun olmamalıdır, çiyindən düşməməli və ya sıx olmamalıdır. Kəmərin optimal uzunluğu çantanın omba səviyyəsində olmasıdır. Bir çox kross-bodilərin tənzimlənən kəməri var, bu da olduqca rahatdır.
  2. Ölçü. Bu, çantanı nə üçün istifadə edəcəyinizdən asılıdır. Hər gün istifadə etməyi planlaşdırırsınızsa, daha geniş variantları seçmək daha yaxşıdır. Çantanı kafelərə, yığıncaqlara və digər ziyafətlərə taxmaq üçün alırsınızsa cüzdan ölçüsündə bir çanta seçməyiniz məsləhətdir.
  3. Rəng. Kross-bodiləri parlaq rənglərdə seçmək məsləhətdir ki, onlar paltarınızla qarışmasın. Bu halda belə bir aksessuarla siz həqiqətən də ətrafdakıların diqqətini cəlb edəcəksiniz.
  4. Forma. Rahatlıqla özünüzə düzbucaqlı kross-bodi seçə bilərsiniz. Yumru və digər variantları müəyyən bir görünüş ilə birlikdə nəzərdən keçirə bilərsiniz.
  5. Material. Dəri və ya eko-dəridən hazırlanmış kross-bodi çanta klassikadir. Yenə də üslubunuzdan və üstünlüklərinizdən asılı olaraq, tekstil, trikotaj və hətta saman materiallarını seçə bilərsiniz.
  6. Furnitur. Hər şey sadədir – yüksək keyfiyyətli olmalıdır. Kilidlər, bağlayıcılar, fitinqlər təkcə bütün çantanın ömrünə deyil, həm də nə qədər bahalı və şık görünməsinə təsir göstərir. Eləcə də sahibinin.
Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Kişi üçün kross-bodi: qadın çantalarından nə ilə fərqlənir?

Kross-bodi çantalar o qədər universaldır ki, hətta kişilər də onları məmnuniyyətlə istifadə edirlər. Kişi üçün kross-bodi çanta daha təmkinli dizayna sahibdir. Ən çox qara, qəhvəyi və ya bej rəngli kişi modelləri var. Forması əsasən düzbucaqlı və ya kvadrat olur.

Həmçinin, kişi çantalarında bir neçə bölmə olur, qadın üçün kross-bodidə isə, adətən cəmi bir bölmə olur.

Kross-bodini nə ilə taxmaq olar?

2023-cü ildə kross-bodi çantaları istənilən görünüşlə istifadə etmək dəbdədir. Kross-bodi çantanı görünüşünüzün əsas vurğusuna çevirməyə kömək edəcək bir neçə sadə qayda:

  1. Krem, qum və şokolad rəng çalarları şalvar kostyumları, donlar, cins ilə yaxşı görünür. Onlar görünüşə yüngüllük əlavə edirlər. Ağ kross-bodi çanta həm yay tətili görünüşünü, həm də gündəlik işgüzar görünüşünü mükəmməl şəkildə tamamlayacaq.
  2. Zəncirli klassik qara çanta axşam paltarı ilə mükəmməl görünür və, həmçinin ciddi işgüzar görünüşü daha maraqlı edəcək.
  3. Qış aylarında görünüşə əlavə həcm verməmək üçün gödəkcə ilə kiçik kross-bodi modelləri taxmaq daha yaxşıdır.
  4. Gündəlik həyatda çantanın rəngi paltarla kontrast təşkil etsə, daha yaxşı olar. Bu, sizi daha cəlbedici edəcək.
  5. “Casual” üslubu yəhər tipli çantalar və qəhvəyi rəngin bütün çalarları ilə gözəl görünür.
  6. Çantanızın rəngini ayaqqabılarınızla uyğunlaşdırmaq vacib deyil. Onun rəng birləşməsi eynək, şərf, baş geyimi və s. ilə uyğun ola bilər.
  7. Uzun kəmər fiquranı vizual olaraq uzadır. Buna görə də, bu cür variantlar alçaq boylu xanımlar üçün əla seçimdir.
  8. Çantanın yerləşdiyi yer – ombaya və ya belə yaxın – avtomatik olaraq diqqəti cəlb edəcək. Bunu fiquranızın xüsusiyyətlərindən asılı olaraq nəzərə alınmalıdır.

Umico Market kataloqu ilə tanış olun, burada hər zövqə uyğun kross-bodi çantalar tapa bilərsiniz!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %