Umico Beauty

Mini-bob və ağ oxlar. Bu yay dəbdə olan saç düzümü və makiyajdan ilhamlanırıq

Yay qarderobunun əsas tendensiyalarını müəyyənləşdirdikdən sonra, aktual saç düzümlərinə və dəbli makiyaja keçirik. Stilistlər təbiiliyə və retro saç düzümlərinə üstünlük verməyə və eyni zamanda cəsarətli və cəlbedici makiyajdan çəkinməməyi təklif edirlər. Yeri gəlmişkən, trendləri təyin edənlər yalnız onlar deyil. 2021-ci ildə TikTok gözəllik sənayesindəki qaydaları diktə edir: parlaq görünüşlər və nostaljik makiyaj -hamısı TikTok-dan. Biz də öz növbəmizdə bu yay dəyişməyinizə ilham verə biləcək nümunələri topladıq.

Yayın 5 əsas saç düzümü

  1. Piksi – 2021-ci ilin əsas saç düzümü

Зендая

Зои Кравиц

@krisjenner

Piksi stili, bugünkü qədər qısa olmasa da, 1950-ci illərdə yaranıb. Bu, Odri Hepbörn və Cin Siberqin sayəsində baş verdi – hər ikisi saç düzümlərini “oğlan sayağı” edirdilər, və bununla digər aktrisalardan fərqlənirdilər. Piksi məhz onda qiyamın və qadın hüquqları hərəkatının simvolu oldu. “Qlobal dəyişiklik və qeyri-sabitlik dövründə Piksinin indi bir trend halına gəlməsi təəccüblü deyil. Piksi saç düzümü, bizim ehtiyac duyduğumuz bir növ azadlığın təcəssümü kimi görünür” deyə stilistlər bildirir. Piksinin müasir təfsiri kreativ boyama ilə xüsusilə təsir edici görünür: rəngli iplər, ağ blond və ya odlu qırmızı.

Özünüz üçün Face upMuliebre beauty bar gözəllik salonlarında byuti-prosedurlar gününu təşkil edin və Umico-dan 3% və 5% keşbek qazanın.

  1. Mikro-bob

Белла Хадид

@jamstoker

@taylorlashae

Super qısa Bob indi yenidən moda halına gəlir. Forma fərqli ola bilər – hamısı üzün formasından asılıdır. Qıvrımlar isə hamar olmamalı, əksinə dalğa və ya “lələk” formasında olmalıdırlar. Qatlı saç kəsmələri də əla görünür.

Saçlarınız sağlam və parlaqdırsa, istənilən saç düzümü çox gözəl görünəcəkdir. Saç üçün kosmetikanı Чистая линия və Cafe Mimi brendlərində axtarın və eyni zamanda Umico-dan 2% keşbek qazanın.

  1. Uzun Rapunsel qıvrımları

@nikki_makeup

@tonihaswell 

@kimkardashian

Maksi uzunluğu bu yayın başqa bir tendensiyasıdır. Əsas odur ki, saçlar yüngül dalğalar şəklində uzansın, buna görə Kaskad saç düzümünü seçməlisiniz və ya ustadan qıvrımları başqa bir şəkildə formalaşdırmasını istəməlisiniz. Qıvrımlar və ya dalğalar – özünüzə ən yaxın olanı seçin. Ulduz stilist Jüstin Maryan 1960-cı illərin yumşaq yumru dalğaları və ya 90-cı illərin stilində qıvrım saç düzümünü tövsiyə edir.

Clear və Elidor kosmetik vasitələri ilə saçlarınıza qulluq edin və Umico-dan 2% keşbek qazanın.

  1. 90-cı illərin trendi – üz ətrafı hörüklər

@gigihadid 

@justinemarjan

@bycescarlett

Bu saç düzümü 2021-ci ilin yaz-yay nümayişlərində çox olmuşdu. Saç düzümü tərzinizdən asılı olaraq görüntü fərqli görünə bilər. Uzun dalğalı saçlar, çoxlu sərbəst quyruqlar və bandana hippilərin yüksəlişinə işarədir. Toxunan muncuqlar və lələklər, şlyapalar və qızıl zərgərliklər daha lüks Boho stilini xatırladır. Üzü haşiyələyən iki kiçik hörük və mavi göz kölgəsi 1990-cı illərin trendidir. Bunu təkrarlamaq asandır: üzünüzün ətrafına hörüklər düzə bilərsiniz, klassik hörükləri hörə və ya qeyri-standart bir şey edə bilərsiniz.

  1. Tel

@gentlehairdos

@nikki_makeup

Дакота Джонсон

Bu rok ulduzu teli ola bilər – səliqəsiz, həcmli, 70-ci illərin əsl hiti. Qeyri-bərabər, səliqəsiz telin olması üçün Mallet saç kəsimini etmək vacib deyil, qısa Bob və ya Kaskad kifayətdir. Başqa bir təfsir SS 21 mövsümünün bir çox nümayişlərində iştirak edən “pərdə teli”-dir. Bu tel uzun düz saçlarla mükəmməl görünür.

Wellaton saç boyası ilə görünüşünüzü parlaq edin, Umico-dan 5% keşbek qazanın.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Makiyajın 5 əsas fəndi

  1. Qüsursuz və parlaq dər

Parlaq, “nəm” dərinin effekti bir neçə mövsümdür ki, vizajistlərin ən sevimli gözəllik fəndi olaraq qalır. Makiyaj minimal ola bilər – bu dərinin təbii gözəlliyini daha da vurğulayacaqdır. Dərinizə çılpaq dəri görünüşünü verəcək yaxşı, yüngül makiyajaltı tonal krem ​​seçin. Şəffaf gel stiki və ya dodaq parıldadıcısı parlaqlıq əlavə edəcək – az miqdarda burun ucuna, yanaq sümüklərinə, çənəyə və qaşlar arasındakı bölgəyə tətbiq edin.

Nargiz Shop-da mükəmməl dəri üçün gözəllik məhsullarını tapa bilərsiniz, Umico-dan keşbek 4% təşkil edir.

  1. Qırmızı mono vurğu

Bu yay yumşaq çılpaq və qəhvəyi tonlar arxa plana keçdi, yerinə mərcan tonları gəldi. İsti çəhrayı, parlaq qırmızı, mərcan – bu mövsüm üçün bir qələbədir. Uzunmüddətli makiyaj təmin edən çox yüksək miqdarda piqment tərkibli mat pomada seçin. Qırmızı çalar o qədər təsirli olur ki, nadir hallarda əlavə makiyaj vurğularına ehtiyac duyur.

MAC kosmetika mağazalarında mükəmməl qırmızı rənginizi tapın və Umico-dan 1,5% keşbek qazanın.

  1. Ekstremal oxlar və parlaq laynerlər

Bu yay akva və mavi çalarlarda çox rəngli laynerlər olacaq. Parlaq göz kölgələrinə hazır deyilsinizsə, incə rəng üçün çox rəngli göz laynerini sınayın. Oxlarla aparılan təcrübələr çox xoş qarşılanır: vizajistlər, göz qapağının yuxarı hissəsi boyunca əlavə bir xətt ilə sıx qrafik oxlar seçimini sınayırlar. Bu gözəllik texnikası görünüşün daha açıq olmasına imkan verən baxışı daha ifadəli edir.

Newwell kosmetikası ilə mükəmməl oxlar çəkək? Umico isə 3% keşbeki unutmayacaq.

  1. Sədəf əlavə edin

Dodaqlarda yüngül sədəf parıltı onların dolğunluğunu vurğulayacaqdır. Görünüşünüzü tamamlamaq üçün daha geniş baxış və yüngül bir makiyaj effekti üçün gözlərinizin guşələrinə gümüş göz kölgəsi tətbiq edə bilərsiniz.

Sabina və Ideal mağazalarında böyük bir kosmetika seçimini tapa və eyni zamanda Umico-dan 1,5% keşbek qazana bilərsiniz. 

http://sabina.az/files/products/14012_1.jpg
  1. Rəngli pastel makiyajı

Dəbli yay makiyajını yaratmaq üçün çəhrayı, narıncı, lavanta və püstə rənglərinin incə çalarlarını seçə bilərsiniz. Sadəcə olaraq rəngli göz kölgəsinin rəng tipinizə uyğun olduğundan əmin olun. Universal bir fənd isə, göz qapaqlarında incə şaftalı rəngli pomada və ya çəhrayı ənlikdən istifadə etməkdir. 

NYX kosmetik vasitəsi ilə parlaq bir görünüş yaradın və Umico-dan 1,5% keşbek qazanın. Caremood mağazalarında isə 2%-dək keşbek qazana bilərsiniz. 

Возможно, это изображение (косметика)

Bu yayı trenddə və Umico-dan keşbek ilə qarşılayın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
0 %