Umico Chef

Sağlam və qeyri-adi smuzilər üçün 5 resept

Smuzilər çoxdan hamı tərəfindən sevilir: dadlı, sağlam, tez hazırlanır, özünüzlə aparmaq rahatdır. Ən əsası, dadlarlə hər dəfə təcrübə edə bilərsiniz. Hər hansı bir meyvə, tərəvəz, göyərti, giləmeyvə, süd və ya şirələri qarışdırın. Həmçinin, smuzilər yeməklərin birinin sağlam bir əvəzi ola bilər (səhər yeməyi istisnasdır çünki, mədəaltı vəzə ziyandır). Lakin qəlyanaltı, nahar və ya şam yeməyi üçün smuzi əla bir fikirdir. 

Çuğundur smuzisi

https://rtp-news.com/wp-content/uploads/2020/09/5-21.jpg

Tərkibi: 

  • xam çuğundur – 150 q
  • böyük banan
  • çiyələk – 100 q
  • badam südü (şəkərsiz) – 1 stəkan
  • 1 yemək qaşığı kətan toxumu

Bişiririk

  1. Çuğunduru soyun və doğrayın
  2. Bütün maddələri blenderə yerləşdirin və təxminən 2 dəqiqə qarışdırın.

Smuzinizi Philips blender ilə hazırlayın. Umico Market-də tapa bilərsiniz

https://strgimgr.umico.az/sized/840/24117-d50be23f342b03b22b9100f3452240a5.jpg

Yaşıl smuzi

https://rtp-news.com/wp-content/uploads/2020/09/3-27.jpg

Tərkibi: 

  • bir ovuc ispanaq
  • bir ovuc romano salatı
  • kərəviz – 2 sap
  • yarım alma
  • yarım armud
  • banan – 1 ədəd
  • bir dəstə cəfəri
  • keşniş – yarım çay qaşığı
  • su – 500 ml
  • yarım limonun suyu

Bişiririk

  1. Göyərti və meyvələri yaxalayın və doğrayın.
  2. Bütün maddələri blenderə yerləşdirin və təxminən iki dəqiqə qarışdırın.

Arzum blenderi smuzini sürətlə hazırlayacaq. Umico Market-də seçin.

https://strgimgr.umico.az/sized/840/86407-9cd964edb6b1ff538f99a774fdd1cd12.jpg

Banan və çiyələk

Рецепт смузи «Клубника с бананом»

Tərkibi: 

  • çiyələk – 50 qr
  • banan – 1 ədəd
  • süd və ya qatqısız içməli yogurt – 250 ml
  • yulaf əzməsi – 2 yemək qaşığı

Bişiririk

  1. Yulafı qaynar suda 10-15 dəqiqə saxlayın.
  2. Yulaf hazır olanadək meyvələri doğrayın.
  3. Hazır yulafı blenderə yerləşdirin, 2 dəqiqə qarışdırın. Sonra meyvələri əlavə edin və 2 dəqiqə daha qarışdırın.
  4. Sonda süd və ya yogurtu əlavə edin və 1 dəqiqə qarışdırın.
Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Smuzi hazırlamaq Bosch kombaynının mükəmməldir etdiyi yeganə şey deyil. Umico Market-də edə biləcəyi hər şeyi öyrənin.

https://strgimgr.umico.az/sized/840/25938-c205deb8dc449ba4f88539867ab612aa.jpg

Xurma və kokos

Рецепт смузи «Энергетический коктейль»

Tərkibi: 

  • kral xurması – 2 ədəd
  • kokos ləpəsi – 1 yemək qaşığı 
  • banan -1 ədəd
  • içməli yogurt və ya süd – 250 ml

Bişiririk

  1. Xurmanı qaynar suda 2 dəqiqə saxlayın, sonra soyun.
  2. Bütün maddələri bir araya gətirin və 3 dəqiqə qarışdırın.

Blender Fakir dərhal yolda özünüzlə götürə biləcəyiniz bir stəkana çevrilir. İndi onu Umico Market-də ala bilərsiniz.

https://strgimgr.umico.az/sized/840/23588-5d090e970df656206ccc83f74eb375c8.jpg

İspanaq, zəncəfil və portağal

Зеленый детокс смузи с авокадо, шпинатом, огурцом, апельсином, лимоном и медом Premium Фотографии

Tərkibi:

  • bir ovuc ispanaq
  • zəncəfil kökü – 1 çay qaşığı
  • portağal – 2 ədəd
  • limon – 1 ədəd
  • xurma – 3 ədəd
  • sarıkök – 1 çay qaşığı

Bişiririk

  1. Portağal və limonun suyunu sıxırıq, xurmanı toxumdan təmizləyirik.
  2. Bütün maddələri blender ilə qarışdırırıq və C vitamini ilə zəngin bir sitrus meyvəli smuzi əldə edirik.

Şirəni əllərinizlə sıxmayın! Axı kompakt Braun şirəçəkəni var. Umico Market-də tapa bilərsiniz.

https://strgimgr.umico.az/sized/840/5513-e479c58a39184a4766f0149cea2e3931.jpg

Sağlam smuzi üçün 6 qayda

Diyetoloqlar balanslı və sağlam bir smuzi hazırlamaq üçün maddələri düzgün seçməyi məsləhət görürlər. Budur bəzi qaydalar.

  1. Bir litrlik hazır içkiyə ən çox iki orta ölçülü meyvə əlavə edin. Bu qayda meyvələrin qanda qlükoza səviyyəsini artıran şəkərin çox olması ilə əlaqədardır. Buna görə meyvəli smuzi günə başlamaq üçün yaramır. Qanda qlükozanın qəfil sərbəst buraxılmaması üçün meyvə miqdarını məhdudlaşdırın.
  1. Bir litrlik hazır içkiyə ən azı üç ovuc göyərti və ya tərəvəz əlavə edin. Smuzini sağlam bir içki edən göyərtidir. Göyərtidə bir çox lif, faydalı mikroelementlər var – bütün bunlar, əksinə, qan şəkərini sabitləşdirir. Zamanla heç bir meyvənin olmadığı smuzilərə üstünlük verməyə başlasanız, bunun sağlamlığınıza yalnız müsbət təsiri olacaq.
  1. Kifayət qədər maye istifadə edin. Qatı maddələrə 2/3 hissəsi təmiz su və ya digər faydalı içkilər əlavə olunur, məsələn, yoqurt, şəkər əlavə olunmayan bitki südü, kokos suyu. Şirələrdən isə tamamilə imtina etmək yaxşı olar.
  1. Yağ əlavə etdiyinizə əmin olun! Qan şəkərini daha da sabitləşdirmək üçün smuziyə yağ mənbələri əlavə etmək lazımdır: bitki yağları, kokos südü, avokado.
  1. Sağlam əlavələr haqqında unutmayın. Zəncəfil, sarıkök, qayen bibəri (çili), darçın, limon. Bu maddələrin hamısının sağlamlığa faydası var, smuzinizi isə daha da faydalı edir. Əsas odur ki, artıq olmasın.
  2. Giləmeyvə məhdudiyyətsiz əlavə edilə bilər. Giləmeyvə, meyvələrdən fərqli olaraq qan şəkərini sabitləşdirir və fərqli bir turşuluğa sahibdir. Buna görə giləmeyvələr smuziyə istənilən miqdarda əlavə edilə bilər.

Dadlarla təcrübə edin və Umico Market-də keyfiyyətli blenderlər seçin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
0 %