Umico Learn

Müasir Azərbaycan müəlliflərinin 10 maraqlı kitabı

Hər il fevralın 21-də dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur. Avqustda öz Azərbaycan dili bayramımız olsa da, bu tarixi diqqətdən kənarda qoya bilmərik. Bu münasibətlə Baku Book CenterLogin ilə birlikdə müasir Azərbaycan yazıçılarının ana dilində yazdığı 10 kitabı seçdik.

Yeri gəlmişkən, Umico-nun tərəfdaşlarında alış-veriş etdikdə sizi keşbek gözləyir: Baku Book Center-də 2%, Login-də 3%.

«Mən qayıdanda evdə ol». Elçin Səfərli

Mən qayıdanda evdə ol

Gənc, lakin artıq kifayət qədər tanınmış yazıçı Elçin Səfərlinin inanılmaz dərəcədə poetik kitabı. “Mən qayıdanda evdə ol” – Qərblə Şərqin görüşü, İstanbulun səs-küylü təlaşı və Fransanın əbədi qış şəhərinin sükutu. Bu, Litva çörəyinin və türk təndirindən isti külçələrin qoxusu, Şarl Aznavurun melodiyaları və müəzzinlərin azanlarıdır. Səfərli mədəni kodları məharətlə qarışdıraraq dünyanı vahid bütövə çevirir. Eyni zamanda, milli adət-ənənələrin və xarakterlərin unikallığı hissini diqqətlə qoruyur. Və bu heyrətamiz fonda bir ailənin tarixini, müdriklik və inanılmaz həyat sevgisi ilə dolu olan bir atanın qızına yazdığı təsirli məktubları görürük. Məktublar sitatlara bölmək olar, lakin ən ağrılı sözlər həmişə sonlarında təkrarlanır: “Sənin üçün darıxmışam. Ata”.

Elçin Səfərli Şərqin məşhur müasir yazıçılarından biridir. Günəşli Bakıda peşəkar pilot ailəsində böyüyüb. Uşaqlığı yaradıcılıqla dolu idi: o, məktəb dərsləri zamanı fantaziyalara baş vura və hekayələr yaza bilərdi. Jurnallarda çap olunmağa başlayanda uşağın cəmi 10 yaşı var idi. Böyüklər onun hekayələrinin necə təsirli olduğuna təəccübləndilər. Həyat yolunu seçməkdə heç vaxt şübhəsi olmayıb və eyni zamanda işləməyi də, jurnalistika fakültəsində oxumağı da asanlıqla bacarırdı. Gənc oğlan jurnalistika və televiziya jurnalistikası ilə fəal məşğul olurdu və eyni zamanda kitablar yazırdı.

«Mavi mələklər», Çingiz Abdullayev

Mavi mələklər

BMT-nin gizli əməkdaşlarını “mavi mələklər” adlandırırlar. Onların əsl adı heç kimə məlum deyil, hətta özləri belə öz adlarını unudublar. Peşəkar ekspert və analitik – Dronqo buna parlaq nümunədir. O, narkotik alverçilərinin izi ilə öz qrupuyla birgə yer kürəsinin müxtəlif bölgələrinə səfərlər eləyir və öz məqsədinə yaxınlaşdıqja o bir o qədər təhlükəli olur. Onun ən əziz insanı, ən yaxın dostları həlak olur…

Çingiz Abdullayev məşhur detektiv romanların müəllifidir. Yazıçının həyatı kitablarından heç də az hadisəli deyil. Təhsil üzrə hüquqşünas olan o, bir neçə il xaricdə işləyib. Təhlükəli ezamiyyətləri zamanı Çingiz Abdullayev iki dəfə yaralanıb. Keçmiş Sovet İttifaqının mükafatlarını alıb. SSRİ-nin dağılmasından sonra o, həyat tərzini dəyişir, peşəkar yazıçıya çevrilir. “Mavi mələklər” romanı – Abdullayevin döyüş janrında ilk əsəridir və üç il DTK-da qalmışdır. Kitabda aşkar edilmiş super məxfiliyə istinad edərək onu çap etmək qadağan etmişdirlər. Kitab 1988-ci ildə, sonra isə bir neçə dəfə təkrar nəşr olundu.

«Pəncərədə görünən kölgə», Elxan Elatlı

Pəncərədə görünən kölgə

“Pəncərədə görünən kölgə” hər kəsin sevimli yazıçısı Elhan Elatlının detektiv janrında yazdığı hekayələrdən sonra ilk romanıdır. Bu əsər detektiv janrının xüsusi və özünəməxsus üslubunda yazılmışdır. Roman Azərbaycan kəndlərinin birində baş verən müəmmalı cinayətlərin sirrinin açılmasından bəhs etsə də, burada məhəbbət, dürüstlük, mənəvi saflıq mövzusuna xüsusilə toxunulub.

Elxan Elatlı Azərbaycan yazıçısı və şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatıdır. O, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin məzunudur. Müəllim, məktəb direktoru vəzifəsində işləmiş, gənc yaşlarından kiçik şeirlər, hekayələr yazmışdır.

«İkinci addım», Qaraqan

İkinci addım

İkinci addım (2-ci addım). Həqiqətin beş adı kitabı Qaraqan (Elxan Zeynallı) tərəfindən yazılmışdır.  

Həqiqətin beş adı Kitabı Haqqında

Qaraqan bu kitabı yazdığı ən çətin kitab hesab edir. O, bir ildən çox onun üzərində işləmiş və uzaq səyahətlərdən, məbədlərin tədqiqindən, qədim əlyazmalardan və elmin ən son nailiyyətlərindən əldə etdiyi müşahidələri bir araya toplamışdır. “Birinci Addım” praktik həyat reallıqları və uğurdan, iqtisadiyyat və məntiqdən bəhs edirdisə, “İkinci Addım”da biz dərin və fəlsəfi bir dünyaya enəcəyik. Biz kimik, Bura niyə gəlmişik və hara gedirik?

Elxan Zeynallı Qaraqan təxəllüsü ilə tanınan məşhur yazıçı və ifaçıdır. Bir neçə roman və musiqi albomunun, çoxsaylı şeirlərin müəllifi, həmçinin “A” romanı ilə iştirak etdiyi 2010-cu il Azərbaycan Milli Kitab Mükafatı laureatıdır. Kitab 2010-cu ildə Azərbaycanda ən çox satılan kitab olub. Müsahibələrin birində Qaraqan etiraf edib ki, o, Çingiz Abdullayev, Anar və Kamal Abdulla kimi Azərbaycan yazıçılarından nümunə götürməyə çalışır.

«Ayaqlarım üşüyürdü», Aytən Cavanşir

Ayaqlarim üşüyürdü

Birlikdə tənhalıq, ümidsizlik, ölümdən güclü olan sevgi, çox gec peşmanlıq. “Ayaqlarım üşüyürdü” kitabı sizə çoxdan arzuladığınız və varlığına, bəlkə də, inanmadığınız sevgidən bəhs edəcək. Ən əsası isə, əsl sevginin xəyanəti belə bağışlaya biləcəyini başa düşəcəksiniz.

«Başından bezən adam», Seymur Baycan

https://www.login.az/assets/media/images/kitablar/az/bedii/Seymur_Baycan_qapaq_Esas.jpg

Kitab Sovet İttifaqının dağılmasından sonrakı həyatdan bəhs edən hekayələrdən ibarətdir. Hər bir hekayə canlı emosiyalarla doludur – sentimental və ya nostalji. Və onların dərəcəsi birinci səhifədən sonuncu səhifəyə qədər yüksəlir. Sonda emosiyalarınızın öhdəsindən gəlmək çətin olacaq, buna hazır olun.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

«Akademikin son əsəri», Sabir Rüstəmxanlı

https://www.login.az/assets/media/images/kitablar/az/bedii/9789952363647.jpg

Tarix bu günün güzgüsüdür. Yüz illər boyu xalqın başına gətirilən müsibətlərin daxili və xarici səbəbləri adını, rəngini dəyişərək bu gün də yaşamaqdadır. Son iki əsrdə Azərbaycan xalqı işğal, soyqırım, köçürmə, repressiya, milli dəyərlərdən məhrumetmə, mənəvi aşınma və digər vəhşilikləri, bəlkə də heç bir xalqın görmədiyi vəhşilikləri görüb.

“Akademikin son əsəri” Azərbaycan xalqının yeni fiziki və mənəvi sıxışdırılmasına – genetik müharibəyə həsr olunub. Bu, asan hekayə deyil, hər bir azərbaycanlını narahat edən son otuz ildə baş verən hadisələrlə bağlı ən zəngin məlumatlarla zəngindir.

«Dostlar gözləyir məni», Nəriman Həsənzadə

Nəriman Həsənzadə.

Kitabda xalq şairi Nəriman Həsənzadənin müxtəlif illərdə müxtəlif toplularda çap olunmuş şeirləri toplanıb. Nəriman Həsənzadənin şeirləri ilə baş-başa qalmağa vaxt ayırın.

«Dünyadan köçən mənəm», Zəlimxan Yaqub

Dünyadan köçən mənəm

Zəlimxan Yaqub xalq şairi, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Onun şeirləri incə lirikası və xüsusi pafosu, xalq yaradıcılığına, xüsusən aşıq poeziyasına sədaqəti ilə seçilir. Zəlimxan Yaqubu hər zaman fərqləndirən hər bir sözdə milli ruhu qoruyub saxlamaq bacarığı, klassik irsə dərindən bələd olması, yaxşı və iti yaddaşı, geniş bədii məna, eləcə də xüsusi dil duyumudur. Kitabda şairin çoxlarının əzbər bildiyi sevimli əsərləri yer alıb.

«Yaşıl gözlü qız», Reyhan Yusifqızı

https://www.login.az/assets/media/images/kitablar/az/ushaq/978-9952-24-044-3.web.jpg

Reyhan Yusifqızı uşaqlar üçün yazır. Bu, onun ilk elmi fantastika kitabıdır. Hekayə kosmosda baş verən qəzadan sonra Yerə enən 12 yaşlı yadplanetli qız Lemidən bəhs edir. Tezliklə yadplanetli Yer üzündə özünə dost və düşmən tapır. Əsərin əsas qəhrəmanları olan məktəblilər Lemiyə kömək edirlər – onlar kainatın sirlərini açmağa, başqa sivilizasiyalardan fərqimizi anlamağa çalışırlar.

Umico hər kəsi Ana Dili Günü münasibətilə təbrik edir!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %