Shopping Guide

Nike, Adidas, Puma, Asics Umico Market-də. Dünyaca məşhur idman ayaqqabıları haqqında maraqlı faktları toplayırıq

Umico Market-də ən rahat və populyar ayaqqabıların yenilənmiş çeşidini sizə təqdim edirik. Nike, Adidas, Puma, Asics krosovkalarını Umico Market-də axtarın, hələlik isə dostlarınızla bölüşmək istəyəcəyiniz maraqlı faktlarla tanış olmağı təklif edirik.

Bizə tanış olan görkəmdə ilk krosovkalar 100 ildən az əvvəl – İkinci Dünya Müharibəsindən sonra satışa çıxmışdı. Bu qısa müddət ərzində idman ayaqqabıları universal, simvolik və bütün dünyada ən çox satılan ayaqqabıya çevrildi.

Asics

İstənilən idman ayaqqabısında olan dörd zolaq brendin əvvəlki adı olan Onitsuka Tiger-ə işarədir. Lakin yaponlarda hər şeyin olduğu kimi, bu zolaqlar da sadəcə simvol deyil, ayağı hər tərəfdən dəstəkləyən və yükü bərabər paylayan funksional bir detala çevrilmişdir.

Yeni Asics adı latın dilindən “Sağlam bədəndə sağlam ruh” (“Anima sano in corpore sano”) ifadəsinin abreviaturası oldu. Brend isə bu ifadəni bütün işinin şüarına çevirdi.

Bu gün Asics idman ayaqqabılarını təkcə idmançılar deyil, hamı geyinir, yaddaqalan forma, ayaqqabıların yüngüllüyü və rahatlığı isə müştəriləri təkrar-təkrar Asics-i almağa vadar edir. Yeri gəlmişkən, yeni Asics modelləri artıq Umico Market-də təqdim olunub.

Nike 

Yəqin ki, brend adının tələffüz mübahisələri haqqında eşitmisiniz. Bəziləri brendi “Niki”, digərləri isə “Nayki” kimi tələffüz edir. Demək olar ki, hamı bilir ki, bu ad qədim yunanların qələbə ilahəsi Nikinin adından gəlir. Bəs bilirdinizmi ki, dünyaca məşhur brendin loqosunu bir tələbə qız cəmi 35 dollara çəkib? Onu da qeyd edək ki, bir neçə il sonra şirkətin qurucusu şirkət milyonlar qazanmağa başlayanda qıza onun bir neçə səhmini verdi.

Moosylvania reklam agentliyi Nike brendinin Y nəslinin – 1980-1985-ci il təvəllüdlülərin sevimli brendi olduğunu müəyyən etdi. Təəccüblü deyil, çünki Nike Air Force-a rep və hip-hop mədəniyyətinin nümayəndələrinin diqqəti ilə bütün idman ayaqqabıları idmançı olmayanlar arasında populyarlıq qazanmağa başladı.

Yeri gəlmişkən, Nike Air Force I modeli hələ də dünyada ən çox yayılmış və ən çox satılan ayaqqabılardan biridir. Onu da qeyd edək ki, bu model heç vaxt xüsusi olaraq reklam edilməyib. Bəlkə də məsələ çox iddialı addadır, çünki ABŞ prezidentinin təyyarəsinin adı məhz belədir. Necə deyərlər, gəminin taleyi adından asılıdır. Bu halda, bu ifadə 100% işlədi!

Nike brendinə əlavə şöhrəti məşhurlar gətirdilər. Məsələn, tarixdə ilk dəfə The Beatles qrupunun “Revolution 9” mahnısı Air Max modeli üçün istifadə edildi.

Brendi populyarlaşdırmağa basketbolçu Maykl Cordan davam etdi, baxmayaraq ki, bundan öncə o, rəqib Adidas brendi ilə müqavilə bağlamaq istəyirdi. Nike xəttində “Air Jordan” peyda oldu, basketbolçu özü isə krosovkaların parlaq rəngləri rəsmən qadağan olunduğu üçün meydana hər çıxışından sonra Milli Basketbol Assosiasiyasına cərimə ödəyirdi.

Adidas

Rəqib Adidas və Puma brendlərinin əvvəlcə Dassler qardaşlarına məxsus olduğunu bilirdinizmi? 1948-ci ildə atalarının ölümündən sonra onların arası dəydi və Adolf (Adi) öz şirkətinə Adidas, Rudolf isə Ruda adını verdi və bu adlan sonradan bizə tanış olan Adidas və Puma adlarına dəyişdirildi.

Qardaşların ofisləri bir-birindən bir neçə metr aralıda – Auraxın fərqli sahillərində yerləşirdi. Rəqib şirkətlərin işçiləri isə bir-biri ilə görüşməməyə və danışmamağa çalışırdılar. “Qardaşların” barışması yalnız 2009-cu ildə, brendlər arasında yoldaşlıq görüşü keçiriləndə baş verdi.

Bu gün Adidas-ın ilk rəqibi daha çox Nike brendidir. Rəqabət o qədər qəlizləşdi ki, bu brendlər US Open-in bütün idman oyunlarını və NBA finallarını izləmək üçün öz lojalarına sahibdirlər. Əgər qonaqlardan biri lojaya rəqibin ayaqqabısında girərsə, ondan ayaqqabılarını çıxarması və ya lojanın sahibinin brend ayaqqabısını geyinməsi tələb olunacaq.

NBA final oyununa hansı Adidas krosovkasını geyinərdiniz? Seçimi Umico Market-də edin və özünüzü bir cütlə məhdudlaşdırmayın!

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Puma

Puma brendinin embleminin öz adı var – Formstrip. Bu, ayaqqabının yan tərəfində yuxarıdan aşağıya doğru genişlənən zolaqdır. Əvvəlcə element futbol butslarında ayaq üçün dəstək rolunu oynayırdı, bu gün isə şirkətin dizaynının əsasına çevrilən tanınmış işarədir.

Loqo – pumanın tullanan vəziyyətdə silueti – alman animator Luts Baks tərəfindən hazırlanıb. Rudolf Dassler dizayna görə ona satılan hər cüt üçün 25 sent ödəməyə hazır idi, lakin Baks birdəfəlik 250 avro ödəməyi təklif etdi. Animator bu təkliflə razılaşsaydı, indi milyonçu olardı.

Puma şirkəti bütün tarixi boyu peşəkar idmançılar üçün ayaqqabılar üzrə ixtisaslaşmışdır, ən yaxşı reklam isə öz inkişafı ilə matçlarda və turnirlərdə qələbə qazanmağı hesab edir. Bunun üçün brendin məhsulları daim yenilənir, istehsalda isə ən son texnologiyalardan istifadə edilir.

Məhz Puma idman ayaqqabılarında yapışqan bəndləri, ayaqqabının üst və alt hissəsini isti pres altında birləşdirərkən vulkanizasiyanı, köpüksüz aralıq altlığı və daha çox şeyləri ilk dəfə istehsal etdi.

Useyn Bolt (dünyanın ən sürətli sprinteri) Pekin Olimpiadasında məhz Puma ilə əməkdaşlıq edərkən üç qızıl medal qazanmışdı.

Dünyanın ən yaxşı idmançıları kimi ən yaxşısına nail olmaq istəyirsinizsə, Puma brendinin idman ayaqqabıları məhz sizin üçündür. Yeniliklərin geniş çeşidi artıq UMICO-da təqdim olunub!

Ağ kedlər

Ağ kedlər gündəlik görünüşlərdə bu gün çox populyardı və o qədər öyrəşdiyimiz bazaya çevrildilər ki, indi onlarsız istənilən qarderobu təsəvvür etmək çətindir. Hər şey Adidas-dan başladı. Məhz onlar parça tennis ayaqqabılarını daha davamlı dəri analoqları ilə əvəz etdilər. Bu gün “Stan Smith” modeli 2014-cü ildə yenidən buraxılışından sonra həqiqətən ikonik sayılır, üslubun təsdiqi kimi qeyd etmək olar ki, Céline brendinin kreativ direktoru Fibi Faylo moda nümayişlərinə məhz onlarda çıxmışdı.

Yaponiyada yastı ağ Asics kedləri məktəbli formasının bir hissəsidir. İstisnasız olaraq, bütün məşhur brendlər satışları artırmaq üçün sırf ağ kedlər hazırlayır.

Bəs siniz qarderobunuzda ağ kedlər varmı? Hələ də yoxdursa, Umico Market-də yeni məhsullar sayəsində bu məsələni düzəltməyin əsl vaxtıdır.

Daha çox maraqlı idman və gündəlik krosovkaların yeniliklərini Umico Market-də axtarın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %