Shopping Guide

Qabyuyan maşını seçirik. O, hələ də mətbəxdə sizə kömək etmirsə, alış haqqında ciddi fikirləşməyi məsləhət görürük.

Çirkli qabları 4-10 dəfə az su istifadə edib necə 5 dəfə tez təmiz etmək və olar? Bu işdə sizə qabyuyan maşın kömək edəcək. Bu mətbəx köməkçisini ilk dəfə seçirsinizsə və ya köhnə maşınınızı yeniləmək istəyirsinizsə, belə bir texnikanın seçilməsinin nüansları barədə sizə məlumat verəcəyik.

Qabyuyan maşınların hansı növləri var?

Qabyuyan maşınlar əsasən iki növ olur: quraşdırılan müstəqil. Satış statistikasına görə, quraşdırılan qabyuyan maşınlar daha populyardır. Adından aydın olur ki, bu tip maşın mətbəx mebelinə quraşdırılır. Beləliklə, siz otağın vahid görünüşünü, üstəlik, toz və çirkin yığıldığı mebel və məişət texnikası arasında daha az boşluq əldə edirsiniz. Bəli, belə qabyuyan maşınların quraşdırılması daha çətindir. Onlar tamamilə və ya qismən mebel ilə örtülə bilər.

Müstəqil qabyuyan maşınlar üçün mətbəxdə su təchizatı və kanalizasiyaya çıxışı olan uyğun bir yer lazımdır. Onların arasında, digər mebellərin üstünə yerləşdirilən çox kompakt ölçülü modelləri tapa bilərsiniz – onlar portativ qabyuyan maşınlar adlanır. Bu nadir və populyar olmayan həldir, lakin bu seçim də kataloqumuzda mövcuddur. Bu balacaya bir baxın!

Qabyuyan maşın Hoffmann DWC-556X

Standart müstəqil qabyuyan maşın çeşidi isə Umico Market kataloqunda kifayət qədər genişdir.

Ölçü və tutum

Adətən qabyuyan maşının seçildiyi ilk parametr onun ölçüsüdür. Ümumiyyətlə, standart həllərin eni 45 sm-dən 60 sm-ə qədərdir. Umico Market-də siz daha yığcam avadanlıq tapa bilərsiniz, məsələn, AEG modellərindən birinin eni cəmi 44,6 sm-dir.

Qabyuyan maşın AEG FSM31401Z

Həmçinin Umico Market kataloqunda siz qeyri-standart, daha böyük modelləri tapa bilərsiniz.

Demək olar ki, bütün qabyuyan maşınların hündürlüyü təxminən 80-85 sm, dərinliyi isə 60 sm-dir. Qabyuyan maşının eni onun tutumuna birbaşa təsir edir, o, qab dəstlərinin sayı ilə ölçülür. Bir dəstə daxildir: dərin və dayaz boşqablar, salat qabı, nəlbəki, stəkan, fincan, çəngəl və qaşıq. Ensiz qabyuyan maşınlara 10 dəst sığır, standart maşınlara isə 17-ə qədər. Gördüyünüz kimi, tavalar, qazanlar və digər mətbəx qabları hesablamalara daxil edilmir. Onlardan başqa, qabyuyan maşında bir çox başqa şeyləri, məsələn, uşaq plastik oyuncaqlarını, daraqları, kosmetik cihazları yumaq olar.

Buna görə də maşının gücünün tələb olunan minimumdan 2-3 dəfə çox olması vacibdir. Üç nəfərdən ibarət bir ailə ən azı 9 dəst üçün nəzərdə tutulan qabyuyan maşın almağı düşünməlidir. Bu rəqəmə digər həcmli əşyalar – qazan və tavalar da əlavə edilməlidir. Buna görə də, eni 60 sm-dən az olan variantları nəzərdən keçirmək qeyri-praktikdir. Bütün bunları nəzərə alaraq, kataloqumuzda məsləhət gördüyümüz qabyuyan maşınları bunlardır:

Komplektsiya

Müasir qabyuyan maşınlar iki və ya üç qab səbəti ilə təchiz oluna bilər. Birinci halda, boşqablar, tavalar, qazanlar üçün böyük səbət və fincan, stəkan, nəlbəki və digər kiçik əşyalar üçün kiçik səbətdir. İkinci halda, bıçaq və çox kiçik şeylər üçün kiçik bir qab əlavə olunur.

Bəzi istehsalçılar əsas səbətin hündürlüyünü tənzimlənə bilən edirlər, bu da böyük əşyaların yuyulması lazım olduqda çox rahatdır.

Digər parametrlər

Enerji səmərəliliyi sinfi. O, qabyuyan maşınınızın nə qədər elektrik enerji istehlak edəcəyinə təsir edir. İstənilən məişət texnikasının istehsalı üçün daha sərt qaydalar olduğundan, indi A sinfindən aşağı olan qabyuyan maşın tapmaq çətindir. Əksinə, getdikcə daha çox A +, A ++, A +++ cihazları peyda olur.

Çox az elektrik enerji istehlak edəcək ən yaxşı A+++ enerji səmərəliliyi sinfində qabyuyan maşınlar bunlardır:

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Yuma və qurutma sinfi. Burada hər şey olduqca sadədir. Maşının yuyulma və qurutma sinfi A-dırsa, o zaman qablarınız mükəmməl dərəcədə təmiz və quru olacaq. Əgər sinfi daha aşağıdırsa, əşyaları qabyuyan maşına yüklədiyiniz vəziyyətdən asılı olaraq onlarda cüzi kir və nəm qala bilər.

Qurutma növləri. Qurutma əsasən iki növ olur. Birincisi – kondensasiya – isti su qabların səthindən buxarlanır və cihazın daha soyuq divarlarında kondensasiya olur. İkinci növ istilik dəyişdiricisi ilə aktiv kondensasiyadır. Bu halda, qurutma prosesini sürətləndirən istilik dəyişdiricisi istifadə olunur.

Faydalı xüsusiyyətlər

Bir qayda olaraq, qabyuyan maşınların əksəriyyəti aşağıdakı faydalı xüsusiyyətlərə malik olur:

  • antibakterial yuma – yüksək gigiyenaya zəmanət verir
  • təxirə salınan start – taymer təyin etməyə və müəyyən vaxtda qabları yumağa imkan verir
  • gecə yuması – siz yatırsınız, maşın isə işləyir
  • sürətli və ya əksinə, intensiv yuma – daha az vaxt sərf etməyə və ya əksinə, qabları daha yaxşı yumağa imkan verir.

Bəzi digər vacib xüsusiyyətlər:

Sızmaya qarşı qorunma. Tam və ya qismən ola bilər. Birinci halda, göstəricilər xortumların ən kiçik sızması və ya zədələnməsini göstərən kimi sistem su təchizatını dayandırır. İkinci halda, qabyuyan maşın xüsusi qabın daşması zamanı sönür.

Umico Market-də belə faydalı funksiyaya malik maşınların mövcud olan variantları.

Uşaqlar üçün kilid. Bu funksiya qabyuyan maşının düymələrinin təsadüfən basılmasının qarşısını almağa imkan verir ki, balacalarınız təsadüfən yuma prosesini dayandırmasın.

Hissəvi yükləmə. Qabyuyan maşının dolmasını gözləmək xoş deyil. Buna görə də, daha az su və enerji sərf etməklə az miqdarda qabları yumağa imkan verən qismən yükləmə əla funksiyadır.

Qabyuyan maşın üçün nə tələb olunur?

Qabyuyan maşının istismarı üçün sizə bu vasitələr lazım olacaq:

  • Qab yuma üçün tabletlər/kapsullar/gellər/tozlar – onların mütləq “qabyuyan maşınlar üçün” işarəsi olmalıdır, adi əl ilə yuma üçün məhsullar uyğun deyil.
  • Yaxalayıcı – qalan yuyucu vasitəni yuyur, parlaqlıq əlavə edir, ləkələri aradan qaldırır.
  • Xüsusi duz – suyu yumşaltmaqla və ərpin əmələ gəlməsinin qarşısını alaraq maşının ömrünü uzadır.
  • Aromatizator – qabların yuyulduqdan sonra xoş qoxusu üçün lazımdır.

Hansı qabyuyan maşına ehtiyacınız olduğuna qərar verə bildinizmi? Umico Market kataloquna keçirik və köməkçimizi seçirik!

Sizə kömək edəcək avadanlığı Umico Market-də seçin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %