Shopping Guide

Qış mövsümü üçün kombi sistemini necə seçməli?

Evdə komfortlu temperaturu çox çətinlik çəkmədən, sadəcə xüsusi avadanlığın köməyi ilə təmin etmək olar. Bu gün Azərbaycanda qış mövsümü üçün kombi sistemini necə seçmək və evinizin hər zaman isti və rahat olması üçün cihazdan necə istifadə edəcəyiniz haqda danışırıq.

Kombi sistemlərini Umico Market-də seçib sifariş etmək olar. Tərəzi işarəsinə klikləməklə məhsulları müqayisə edə, onları nağd, kartla ödəyə və taksitlə və hətta kreditlə əldə edə bilərsiniz.

Ev üçün kombi sisteminin seçilməsi

Kombi sisteminin gücü. Hansı ölçüdə sahəni istiləşdirəcəyinizi bilmək vacibdir. Adətən, 8-10 kvadrat metr qızdırılacaq sahəyə 1 kVt güc hesablanır.

İdarəetmə. Lazım olan temperaturun elektron displeydə göstərilməsi çox rahatdır, bu halda istilik və temperatur cədvəlini qurmaq və digər nüansları təmin etmək olar.

Konturların sayı. Sistemlər tək və ya iki konturlu olur. Birincisi binanın istiləşməsi üçün nəzərdə tutulub, ikincisi isə həmçinin bütün ev üçün suyu qızdıra bilər.

Ölçülər və quraşdırma. Kombi sisteminin evdə necə quraşdırılacağı çox önəmlidir. Çox vaxt divara quraşdırılmış qurğulardan istifadə olunur. Seçməzdən əvvəl, cihazın tam uyğun olduğundan əmin olmaq üçün yerinin dərinliyini, hündürlüyünü və enini ölçün.

Kombi sisteminin növü. Cihazlar qazla və elektriklə işləyən olur. Qazla işləyənlər performans baxımından bir qədər zəifdir, lakin eyni zamanda resursun dəyərinə görə ondan istifadə etmək daha ucuz başa gəlir.

Ev üçün ən yaxşı kombi sistemləri

Satın almaq üçün bir neçə populyar və sərfəli kombi sistem modellərini siyahısını hazırladıq. Sizə uyğun olanı seçin və Umico Market-dən sifariş edin!

Kombi sistem Hoffmann 28 kVt

Elektron displey evinizdə hava şəraitini idarə etməyi asanlaşdırır, 28 kVt gücü isə 280 kvadratmetrə qədər ərazinin səmərəli istiləşməsini təmin edir. Bu cihazın üstünlükləri arasında nisbətən aşağı qiyməti, həmçinin minimalistik, xoş dizaynı qeyd etmək lazımdır.

Qazla işləyən kombi, 32 kVt tək esenjor

Qaz kombi qazanı elektron displey vasitəsilə idarə olunur. Avadanlığın gücü daha yüksəkdir – 32 kVt – müvafiq olaraq, belə bir kombi sistemi 320 kvadratmetrə qədər ərazini qızdıra bilər. Elə indi Umico-da 960,0 AZN əvəzinə cəmi 796,80 AZN-ə əldə edin!

Kombi sistem Hoffmann 32 kVt

Daha bir Hoffmann kombi sistemi, lakin bu cihaz 32 kVt və 320 kvadratmetrə qədər istilik qabiliyyətinə malikdir. Qapalı yanma kamerası və konveksiya tipli qaz qazanı ilə divar quraşdırılması istilik zamanı maksimum səmərəliliyi və təhlükəsizliyi təmin edir. Elektron displey isə bütün lazımi parametrləri quraşdırmağı asanlaşdırır.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Kombi sistemi Leotherm T26S-C5, 26 kVt

Leotherm istehsalçısı iddia edir ki, bu kombi sisteminin 26 kVt gücü 180 kvadratmetr sahəni qızdırmağa qadirdir. Elektron displeyli divara quraşdırılan qurğu nisbətən az yer tutur – hündürlüyü cəmi 68 sm və eni 40 sm-dir. Belə bir kombi sistemi kiçik bir fərdi yaşayış evinin istiləşməsinin öhdəsindən gələcək və ən soyuq vaxtlarda belə evinizi istiləşdirəcəkdir.

Xoş bir bonus qiymətidir. İndi Umico Market-də 798,87 AZN əvəzinə cəmi 758,87 AZN-ə əldə edə bilərsiniz!

Kombi üçün qaz qazanı Midea L1PB24-C10SW 24 kVt

Qənaətcil kombi sistemi 140 kvadratmetrə qədər ərazinin istiliyi üçün nəzərdə tutulub. Bununla belə, qeyd etdiyimiz digər cihazlardan fərqli olaraq, bu, həm evin istiləşməsi, həm də suyun qızdırılmasının öhdəsindən gələ bilən ikili konturlu sistemdir. Bundan əlavə, cihaz donma əleyhinə qorunmaya (boruların istilik olmadan dövrlərdə donmaması və ya deformasiyaya uğramaması üçün), həmçinin qızdırılan döşəməni birləşdirmək imkanına malikdir.

Midea kombi sistemi eviniz üçün universal istilik köməkçisidir!

Kombi sistemindən istifadə etmə qaydaları

Əlbəttə ki, hər şey ehtiyaclarınızdan asılıdır. Lakin istiliyə qənaət etməyə və onu tənzimləməyə kömək edəcək bir neçə məsləhətim var. Onları sizin üçün topladıq:

  • Cədvəlin qurulması. İstiliyi elə tənzimləyin ki, evdə olmadığınız müddətdə əlavə enerji sərf etməyəsiniz, evə gələndə isə eviniz artıq isti olsun. Məsələn, onu gecə tamamilə söndürə, iş gününün sonuna doğru isə yandıra bilərsiniz.
  • Hava və küləyin gücünü nəzərə alın. Elə olur ki, çöldə temperatur məqbul olur, lakin rütubət və külək səbəbindən daha soyuq olur. Bu halda ev daha tez soyuyur. Belə havada kombi sistemini həmişəkindən bir az yuxarı temperaturda saxlayın.
  • Təhlükəsizliyə nəzarət. İstilik mövsümündə ən azı həftədə bir dəfə kombi sisteminin işini və iş səmərəliliyini yenidən yoxlayın. İlkin quraşdırma və sazlama üçün mütəxəssislərə müraciət edin, çünki söhbət qaz avadanlıqlarından gedir.

Kombi sistemləri evdə isitmə və temperatur rejiminin saxlanılması üçün texnoloji cəhətdən inkişaf etmiş və effektiv həll yoludur. İstifadə asanlığı və rahatlığı bu həlli demək olar ki, hər kəs üçün əlçatan edir. Bununla belə, təhlükəsizliyə laqeyd yanaşmayın və kombini evinizin parametrlərinə uyğun olaraq seçin.

Qoy qış isti keçsin, sizə lazım olan hər şeyi isə Umico Market-də əldə etmək olar!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %