Shopping Guide

Səbirsizliklə gözlədiklərimiz! 2023-cü ilin ən gözlənilən qadcetləri

Yəqin ki, hətta ən gecikmiş Yeni il hədiyyələrini də artıq açmısınız. Lakin özünüzü və yaxınlarınızı sevindirmək üçün həmişə çoxlu səbəb var. Buna görə də, sizin üçün alış-veriş seçimlərini toplamışıq – 2023-cü ilin ən gözlənilən qadcetləri.

iPhone 15

2023-cü ildə yeni iPhone 15-in işıq üzü görməsi gözlənilir. Insayderlərdən sızan məlumatlara əsasən, smartfonun xarici görkəmi dəyişməyəcək. Texniki hissəsi isə fərqli olacaq. Belə ki, yeni nəsil qadcetlər sürətini və batareyanın ömrünü artıracaq A17 Bionic çipi ilə təchiz ediləcək. Həmçinin, nəhayət, USB-C portunun olması gözlənilir: Apple bütün smartfonları vahid standarta köçürmək tələbi ilə əlaqədar olaraq, standart konnektorlarını əvəz etmək məcburiyyətindədir. Yeni iPhone xətti həm də ona görə maraqlıdır ki, ona bütün zamanların ən yüksək səviyyəli və ən bahalı modeli – Ultra daxil olacaq.

Adətən, Apple yenilikləri payızda satışa çıxarılır. Lakin gözləyə bilmirsinizsə, iPhone smartfonlarını Umico Market-də seçin.

Samsung Galaxy S23

Cənubi Koreyanın smartfon istehsalçısından daha bir gözlənilən yenilik. Samsung bu il mütəxəssislərin fikrincə, peyk rabitəsinə çıxışı olan ilk telefon ola biləcək devays buraxacaq. Həmçinin istifadəçilər bütün Galaxy S23 cihazlarının Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz ediləcəyini, bəzi modellərdə isə 200MP kameranın olacağını gözləyirlər.

Galaxy S23 təxmini fevral ayında təqdim olunacaq, hələlik isə Umico Market-də 700 Samsung smartfon modelindən hər hansı birini seçə bilərsiniz.

Dyson Zone qulaqlığı

Bu ilin ən qeyri-adi gözlənilən qadcetlərindən biri. Dünyaca məşhur fen və tozsoran istehsalçısı dizayn və funksionallıq baxımından son dərəcə ekssentrik cihazın istehsalına başlayıb. Bu, səs-küyü susduran qulaqlığın və hava təmizləyici maskanın hibrididir. Zahirən o, fantastika filminin qəhrəmanının dəbilqəsinə bənzəyir. Cihazda iki qatlı filtrlər vasitəsilə havanı çəkən, sonra isə onun təmizlənmiş axınlarını insanın burnuna və ağzına yönəldən xüsusi kompressorlar olacaq. “Maska” hissəsi qulaqcığa maqnitlə bərkidilir və lazım olduqda asanlıqla çıxarıla bilər. Dyson Zone qulaqlığını artıq mart ayında sifariş etmək olacaq. Qadcetin qiyməti kifayət qədər yüksək olacaq – 949 dollar.

Hazırda isə Umico Market-də simsiz qulaqlıqların bizə daha tanış olan modellərini tapa bilərsiniz.

PlayStation 5 oyun konsolunun yeni versiyaları

Bu il oyun həvəskarları Sony-nin flaqman oyun konsolunu yenilənmiş formatda buraxacağını gözləyirlər. Əsas dəyişikliklər konsolun görünüşünə adi olacaq. Onun daha yığcam olacağı və xüsusi dayaq olmadan üfüqi vəziyyətdə duracağı gözlənilir. Yeni ölçü və daha yüngül çəki qadcetlərin istehsalı və göndərilməsi xərclərini azaltmalıdır. Bu dəyişikliklərin alıcılar üçün son qiymətə təsir edib-etməyəcəyini tezliklə öyrənəcəyik.

Hazırda isə Umico Market-də bu konsolları seçə bilərsiniz:

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Yeni nəsil Sony VR qarnituru

Bu ilin gözlənilən qadcetlərin siyahısını Sony məhsulları davam etdirir. Şirkətin ötən ilin sonunda təqdim etdiyi yeni VR qarnitura satışa çıxmaq üzrədir, qiyməti isə onun üçün nəzərdə tutulan konsoldan bir qədər baha olacaq. Qarnituranın üstünlüyü adaptiv triqqerlər və taktil əks əlaqəyə malik kontrollerlərdir ki, bu da satışa çıxmazdan əvvəl yeni məhsula etiraz edən ekspertlərin fikrincə, daha yaxşı istifadəçi təcrübəsi verir.

Virtual reallıq həvəskarları bəyəndikləri avadanlığı hazırda Umico Market-də tapa bilərlər.

Apple-dan AR/VR qarnitura

Bəli, virtual reallıq həvəskarları üçün digər cihaz. Analitiklərin fikrincə, Apple 7 ildir ki, öz AR/VR qarniturasını hazırlayıb və onu bu payız satışa buraxmağa hazırlaşır. Qadcet çox güman ki, Reality Pro adlanacaq və özünün xrOS əməliyyat sisteminə sahib olacaq. Eynək, bildiyimizə görə, təkcə virtual deyil, həm də artırılmış reallığı dəstəkləyəcək.

Bu arada isə sizi bir daha Umico Market kataloquna nəzər yetirməyə dəvət edirik.

Google-dan əyilə bilən ekranlı smartfon

Google həmçinin qatlanan ekran ilə təchiz olunmuş smartfonunu buraxmağa hazırlaşır. Çox güman ki, o, Pixel Fold adlanacaq. OLED texnologiyası ilə aparılan təcrübələrin artıq heç kəsi təəccübləndirməməsinə və əyilə bilən ekranlı qadcetlərin obyektiv olaraq populyar olmamasına baxmayaraq, onun buraxılışı niyə bu dərəcədə gözlənilir? Məsələ burasındadır ki, Google qatlana bilən smartfonlar üçün əməliyyat sistemlərini digər brend üçün də hazırlayır. Və əvvəllər, bu cür qacetlər üçün Android-in “üstində” xüsusi əlavələr yaradılırdı, buna görə də onların performansı həmişə hamar deyildi. Öz qatlanan smartfonun buraxılması onun və müvafiq olaraq bütün bu cür cihazların proqram təminatının təkmilləşdirilməsinə ümid verir.

Görün Umico Market-də münasib qiymətə nə cür əyilə bilən smartfonlar var! 

Şübhəsiz ki, 2023-cü ildə texnologiya istehsalçıları buraxılış üçün bir çox başqa maraqlı qadcet hazırlayıblar. Və onları harada axtarmaq lazım olduğunu dəqiq bilirsiniz.

Bu texnoloji ili Umico Market ilə keçirin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %