Umico Chef

Sendviç cihazı, vafli bişirən və ya tosterdə 10 dəqiqəyə səhər yeməyi

Fevralın 14-ü bazar ertəsi gününə təsadüf edir, buna görə də bayram səhər yeməyini rahat şəkildə təşkil etmək üçün vaxt yoxdur. Lakin siz sevdiyiniz insanı cəmi 10 dəqiqəyə hazırlanmış yeməklə təəccübləndirə bilərsiniz. Köməyinizə əvəzolunmaz məişət texnikası gələcək. Toster, sendviç, vafli bişirən, elektrikli qril aparatı və blinçik bişirəndən istifadə edərək tez hazırlaya biləcəyiniz 6 orijinal səhər yeməyi reseptini topladıq.

Qızıl balıq ilə beyql

Кухни мира: бейглы с лососем «Бублики для публики»

Bayram səhər yeməyini hazırlamağın düzgün yolu yeni bir şey sınamaqdır. Biz beyql tövsiyə edirik. Bu, bişməzdən əvvəl qaynar suda yüngülcə qaynadılan maya xəmirdən hazırlanmış halqa və ya simit şəklində bir formadadır. Buna görə “halqaların” beyql xatırladan bir növ viskoz dad alır, lakin maya çörəyi kimi sulu qalır.

Tərkibi:

  • Beyql – 4 əd
  • Az duzlu qızılbalıq – 200 q
  • İstəyə görə şüyüd
  • Kiçik kapers – 2 ç.q.
  • Mayonez – 2 x.q.
  • Kahı – 2 yarpaq
  • İstəyə görə duz və istiot

Hazırlayırıq

  1. İçliyi hazırlayaq. Bunu etmək üçün mayonez, kapers, doğranmış şüyüd, duz və istiotu qarışdırın.
  2. Tosterdə beyqlı qızardın. Rahatlıq üçün beyqllər iki yerə bölünə bilər.
  3. Səhər yeməyini yığırıq. Alt qata kiçik bir kahı yarpağını qoyuruq, onunla boşluğu bağlayırıq – bu, doldurmanın düşməsinin qarşısını alacaq. Kahının üzərinə bir qat içlik, üzərinə isə qızılbalıq qoyuruq. Beyqlın üstü ilə bağlayırıq.

Tosteri Umico Market-də seçin:

Tuna ilə sendviç

C:\Кристина\Umico\сэндвич.jpg

Bu dadlı və şirəli konservləşdirilmiş tuna sendviçi reseptidir. İçində mayonez yoxdur, əlavə olaraq şəkərsiz yoqurt istifadə olunur.

Tərkibi:

  • Çovdar tost çörəyi – 4 əd.
  • Təzə kahı – 2 yarpaq
  • Öz şirəsində ton balığı – 200 q
  • Təzə pomidor və xiyar
  • Yarım qırmızı soğan
  • Yunan yoğurt – 2 xörək qaşığı
  • Küncüt – 1 ç.q
  • İstəyə görə duz və istiot

Hazırlayırıq

  1. Konservləşdirilmiş ton balığından mayeni boşaltın, çəngəl ilə xırda-xırda doğrayın. Soğanı incə doğrayın. Xiyar və pomidoru kublara doğranılır. Tərəvəzləri tuna ilə qarışdırın və yoqurt əlavə edin. Küncüt toxumunu səpin və qarışdırın.
  2. Çörəyin üzərinə kahı yarpaqlarını, üstünə isə içlik qoyun. Sendviçin üzərinə səliqəli şəkildə yayın, duz və istiot əlavə edin, ikinci çörək dilimi ilə örtün.
  3. Sendviçi sendviç hazırlıyanın içinə qoyuruq, bağlayıb təlimatda göstərilən qədər bişiririk.
  4. Hazır sendviçləri üçbucaq şəklində kəsin və isti-isti masaya qoyun.

Sendviç hazırlayanı Umico Market-də seçin:

Haşbraun ilə paşot yumurta

Брускетта с яйцом пашот - 45 фото - картинки и рисунки: скачать бесплатно

Səhər yeməyi üçün ləzzətli və xırtıldayan haşbraunlar hazırlayın – kartof oladyalar. Onları elektrikli qrildə də qızartmaq olar, bu halda onlar daha da xırtıldayan olacaqlar.

Tərkibi:

  • Kartof – 300 q
  • Kərə yağı – 20 q
  • Yumurta – 2 əd.
  • Bitki yağı – 20 q
  • Konservləşdirilmiş qarğıdalı – 100 q
  • Çerri pomidorları – 4 əd.
  • Bir neçə ispanaq yarpağı
  • İstəyə görə duz və paprika

Hazırlayırıq

  1. Kartofu soyun və sürtgəcdən keçirin. Mümkün qədər çox kraxmal çıxarmaq üçün ortaya çıxan kartof dilimlərini sıxın.
  2. Sürtgəcdən keçirilmiş kartofun üzərinə duz, paprika, qarğıdalı və yağ əlavə edin. Bütün inqrediyentləri qarışdrın və elektrikli qrilə qoyun. Qızılı qəhvəyi rəngə qədər qızardın.
  3. Paşot yumurta qaynadın. Suyu qazanda qaynadın və içinə yumurta tökün. Yumurtanın ağı sarısını tamamilə örtənə qədər qaynadın. Sonra yumurtanı qaşıqla çıxarın.
  4. Bitmiş haşbraunu bir boşqaba qoyun, üzərinə qaynadılmış yumurtanı qoyun. Pomidor, qarğıdalı ilə masaya qoyun, göyərti ilə bəzəyin.

Elektrikli qrili Umico Market-də seçin:

Rikotta və evdə hazırlanmış mürəbbə ilə brioş

Ricotta Изображения, стоковые фотографии и картинки Ricotta

Bayram resepti kimi görünən qeyri-adi resept. Amma əsas odur ki, bir neçə dəqiqəyə hazırlanır.

Tərkibi:

  • Brioş – 1 dilim
  • Rikota – 50 qr
  • Dəniz duzu
  • Sevdiyiniz mürəbbə

Hazırlayırıq

  1. Rikottanı çəngəl və ya çırpıcı ilə hamar olana qədər döyün, istəyə görə bir az duz əlavə edin.
  2. Brioşu qızıl qəhvəyi olana qədər hər hansı bir şəkildə qızdırın: tosterdə, quru tavada və ya sobada.
  3. Rikottanı isti brioşun üzərinə yayın və üstünə sevimli mürəbbəni sürtün. Çiyələk, moruq, portağal, ərik və ya qarağat mürəbbəsi ilə çox dadlı olacaq.

Tosteri Umico Market-də seçin:

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Kəsmikli vafli

Рецепт творожных вафель с фото пошагово на Вкусном Блоге

İştahaaçan və ətirli vafli – səhər yeməyi üçün ənənəvi kəsmik kətəsinin əvəzinə.

Tərkibi:

  • Yumurta – 2 əd
  • Şəkər – 2 x. qaşığı
  • Kərə yağı – 50 q
  • Otaq temperaturunda süd – 6 x. qaşığı
  • Un – 120 q
  • Kəsmik – 200 q
  • Qabartma tozu – 1 x. qaşığı

Hazırlayırıq 

  1. Yumurtaları şəkərlə çalın. Sonra bir az soyudulmuş əridilmiş kərə yağı və otaq temperaturunda südü əlavə edin.
  2. Unu ələkdən keçirin və qarışığımıza əlavə edin. Sonra qabartma tozunu əlavə edin, sonda isə kəsmiklə qarışdırın. İstəyə görə bir az vanil və ya vanil şəkər əlavə edə bilərsiniz. Xəmiri 10 dəqiqə saxlayın.
  3. Vafliləri əvvəlcədən isidilmiş vafli bişirəndə 5-7 dəqiqə bişirin, panellərini bitki yağı ilə fırçalayın.
  4. Sevimli mürəbbə, xama və ya giləmeyvə ilə masaya gətirin.

Vafli bişirəni Umico Market-də seçin:

Manqo püresi və kokos südü ilə blinçiklər

Klassik nazik blinçiklərə alternativ kokos südü ilə düyü blinçikləridir. Manqo püresi və ya hər hansı digər sevimli mürəbbə və ya cem ilə masaya qoyun. Bişirmək cəmi 20 dəqiqə çəkir, lakin xəmirin qalxması üçün əlavə bir saat vaxt tələb olunur. Düzdür, axşam hazırlayıb səhərə qədər soyuducuda saxlamaq olar.

Tərkibi:

  • Kokos südü – 500 q
  • Yumurta – 5 əd
  • Kərə yağı – 30 q
  • Düyü unu – 250 q
  • Şəkər – 2 x. qaşığı
  • Bir çimdik xırda duz
  • Su

Hazırlayırıq

  1. Quru və maye inqrediyentləri ayrı-ayrılıqda qarışdırın. Çırpıcı ilə yaxşıca çırpın, quru qarışığı tədricən mayeyə əlavə edin. Lazım gələrsə, xəmiri bir ələkdən keçirin. Ən azı bir bu halda qalmalıdır.
  2. Blinçik bişirəni qızdırın və yağlayın. Xəmiri qaynar su və ya kokos suyu ilə qarışdırın və blinçikləri qızardın (yaxşı olar ki, az-az əlavə edib, bişərkən blinçiklərin kifayət qədər nazik olub-olmadığını yoxlayasınız).
  3. Blinçikləri bir boşqaba köçürün və manqo püresini əlavə edin.

Blinçik bişirəni Umico Market-də seçin:

Nuş olsun!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %