Shopping Guide

Səxavətli Ramazan. Umico Market-də 70%-ə qədər endirimlə nə almaq olar?

Hal-hazırda Umico Market-də Ramazan bayramı üçün yüzlərlə endirimli məhsul tapa bilərsiniz. Qulaqlıqlar və planşetlər, robot tozsoranlar və kondisionerlər, ev və bağ üçün, gözəllik və idman üçün, analar və körpələr üçün məhsullar. Əgər velosiped və ya yay şinlərini almağı planlaşdırırsınızsa, indi tam zamanıdır. Sadəcə endirimlərə diqqət yetirin və özünüz hər şeyi başa düşəcəksiniz. Xüsusi qiymətlər aprelin 25-dək keçərlidir, odur ki, vaxt itirmədən kataloqa keçin!

Smartfonlar

Tanınmış və etibarlı brendlərin smartfonlarını 53%-ə qədər endirimlə seçin: Apple, Sumsung, Xiaomi, Nokia, Honor, Tehno. Məşhur Xiaomi Redmi Note 11 smartfonu 649 AZN deyil, 429 AZN, Honor X9 798.99 AZN deyil, 518.70 AZN, Apple 14 modelini isə 2 019.19 AZN əvəzinə 3 999 AZN-ə almaq olar.

Məişət texnikası

Hal-hazırda, Umico Market-də endirimlərlə böyük və quraşdırılmış məişət texnikasını, mətbəx kombaynlarını, tosterləri, şirəçəkənləri, sendviç hazırlayanları və digər kiçik mətbəx texnikasını ala bilərsiniz. Kiçik məişət texnikası, gözəllik və sağlamlıq üçün texnikaya da endirimlər var.

Bağ evi və bağ üçün məhsullar

Bağ evi və bağ üçün lazım olanların siyahısı heç vaxt bitmir. Daim barbekü ızqaraları, ağcaqanad lampaları, bağ döşəkcələri, çiçək qabları kimi kiçik şeylər lazım olur. Böyük alışlar da lazım olur – portativ yuyucu, bağ mebelləri, asma yelləncəklər, qazon biçənlər. Bütün bunlar 50%-ə qədər endirimlə mövcuddur.

Avtomobillər üçün məhsullar

Hazırda 50% endirimlə həm qış həm də yay şinlərini ala bilərsiniz. Məsələn, Petlas Velox Sport yay şinləri dəsti 210 AZN deyil, 105 AZN-dir. Avtomobil məhsulları bölməsində avtomobilə qulluq dəstləri kimi bir çox faydalı xırda şeylər də var. Siz həmçinin maraqlı qadcetləri, məsələn, şüşə silənlərin bərpası üçün vasitəni tapa bilərsiniz. Qurğu, şüşə silənlərin rezin səthinin aşınmasını bərpa etməyə, rezinin şüşəyə ən yaxşı uyğunlaşmasını təmin etməyə imkan verəcəkdir. Bununla siz rezin şüşə silənləri lazımi görünüşdə və texniki vəziyyətdə saxlaya biləcəksiniz.

Parfümeriya

Yay ətirlərini seçmək vaxtıdır. Onlar qış ətirlərindən daha yüngül olmalıdır, çünki ətrin intensivliyi istidə daha çox özünü göstərir. Layfxak – yay üçün kiçik həcmdə yüngül ətir alın ki, onu özünüzlə götürə biləsiniz. Yenilənmiş ətir bütün görünüşü təzələyir, lakin səhər özünüzə həddən artıq çox ətir vursanız, o zaman isti havada ətrafınızdakılar bunu qətiyyən bəyənməyəcək.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Uşaq oyuncaqları

Uşaq oyuncaqları heç vaxt artıq olmur. Uşağınızın otağı mağaza vitrininə bənzəsə belə, tanınmış markalar körpənizin mütləq sahib olmaq istəyəcəyi bir şey buraxacaq. Bir uşağın neçə oyuncağı olmalıdır? Bu sualın düzgün cavabı yoxdur, lakin yeni oyuncaq uşağa sevinc gətirirsə, inkişaf etməyə kömək edirsə və ya hətta ayrılmaz bir dosta çevrilirsə, belə bir alışın mütləq mənası var.

Velosipedlər

Təcrübəli velosipedçisinizsə, sürüş üçün nə almalı olduğunuzu dəqiq bilirsiniz. İlk iki təkərli velosipedinizi seçirsinizsə, alışınızın uğurlu olması üçün sizin üçün bələdçi tərtib etdik. Məsələn, velosipeddən şəhər ətrafında gündəlik səfərlər və ya parklarda gəzintilər üçün istifadə etmək niyyətindəsinizsə, o zaman şəhər və ya şose velosipedi sizə uyğun olacaq. Kros və ya yolsuzluqda sürməyi planlaşdırırsınızsa, o zaman sizə dağ velosipedi lazımdır. Əsasən hara sürəcəyinizi hələ də bilmirsinizsə, o zaman şose velosipedindən kifayət qədər yüksək sürəti və dağ velosipedindən yaxşı keçicilik qabiliyyətini birləşdirən hibrid variantı seçə bilərsiniz.

Trendyol-dan dəbli geyim

Qadın və kişi geyimləri, yay və demi-sezon, ayaqqabı və aksessuarlar – bütün bunları Umico Market-də endirimlə almaq olar. Qarderobunuzda nəyin əskik olduğunu bilmirsinizsə, bu məqalədə sizin üçün topladığımız yaz görünüşlərində ilham axtarın. Hər halda, qarderobunuzda yeni paltar heç vaxt artıq olmayacaq.

Umico Market-də sərfəli alış-veriş edin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %