Shopping Guide

Taksi sifariş edin və səfərlərinizi Umico bonusları ilə ödəyin! Azərbaycanda yeni olan Uklon taksi xidməti ilə tanış olun!

Əgər tez-tez taksidən istifadə etməli olursunuzsa, o zaman yaxşı bilirsiniz ki, ayda bu xidmətə görə kifayət qədər çox pul ödəyirsiniz. Taksi xidmətindən istifadə edib, pula qənaət etmək istəyənlər üçün əla xəbər var. Umico Azərbaycana yenicə gəlmiş tanınmış beynəlxalq onlayn avtomobil sifarişi xidməti ilə tərəfdaşlıq elan edir. Xidmətin adı Uklon-dur, əsas üstünlüyü isə ondan ibarətdir ki, ödənişləri Umico bonusları ilə edə və ya səfərlər üçün keşbek qazana bilərsiniz.

Tanış olun – Uklon!

2010-cu ildə Uklon beynəlxalq xidmətinin yaradıcıları başqa bir İT şirkətində birlikdə çalışırdılar və cümə günləri özlərinə onlayn pizza sifariş edirdilər. Bir gün onlar, eyni şəkildə, yanı onlayn avtomobil sifariş etmək haqqında düşündülər. Beləliklə, Uklon layihəsi üçün ideya yarandı. Bu günə qədər tətbiq ümumilikdə 12 milyon dəfədən çox yüklənib!

Bir səfərdən bütün bonusları necə toplamaq olar?

10 aprel tarixindən etibarən “Uklon” xidməti Bakıda və şəhər ətraflarında istifadəyə veriləcək. Test edin və bütün bonusları qazanın!

Məsələn, həftəsonunu rahatlıq və fayda ilə keçirin:

  1. Dostlarla görüşmək üçün Gənclik Mall-dan bulvara avtomobillə getmək daha tez və daha xoşdur, ona görə də Uklon tətbiqində taksi sifariş edin.
  2. Səfərin yekun qiymətini sifarişdən əvvəl görəcəksiniz, və hətta tıxaclar belə bu qiyməti dəyişməyəcək! Dərhal faydalanmaq fürsəti – Uklon xidməti ilə ilk üç səfər üçün 35% endirim var.
  3. Digər əla xəbər – siz ilk səfərlərinizdə nəinki endirimlər əldə edəcəksiniz, həm də ilk səfərinizdən Umico bonusları şəklində pulunuzu 100%-dək* geri qaytaracaqsınız (*4 AZN-dən çox olmamaq şərtilə).
  4. Görüşdən sonra evə gediş haqqını aldığınız bonuslarla ödəyib qayıda bilərsiniz. Taksi sifariş edin, tətbiqdə ödəmə üsulunu “Umico Bonusları ilə” seçin və səfərdən həzz alın.

Yeni xidməti sınamaq üçün 4 səbəb

  1. Səfərlərdən bonuslar toplayın və onlarla növbəti səfərlərinizi ödəyin. Taksi sifariş edib kartla ödəniş etdikdə Umico keşbek bonuslarını qazanırsınız – onları Uklon xidmətində yeni sifarişlərə xərcləyə bilərsiniz. Bundan əlavə, növbəti səfərlər üçün bonuslar şəklində 1,5% keşbek qazanacaqsınız.
  2. Səfəriniz üçün son qiyməti hələ səfər başlamazdan əvvəl biləcəksiniz. Bu məbləğ sabitdir və səyahətiniz elanediləndən daha uzun sürsə belə dəyişməyəcək.
  3. Siz həmçinin səfərin qiymətini idarə edə və məsələn, pik saatlarda təklif olunan tariflə daha yüksək əmsalla getmək və ya bir müddət gözləyib daha ucuz tarifi seçə bilərsiniz.
  4. Uklon 24/7 dəstəyə zəmanət verir. Xidmətin Telegram-da öz çat botu var, burada müxtəlif sualların cavabını tapabilərsiniz. Bot sizə kömək edə bilmədiyi halda, söhbətə operator qoşulur. Uklon Çağrı Mərkəzi də 24/7 xidmətgöstərir və istənilən problemi həll etməyə kömək edəcək.

Yeni xidmətdən necə istifadə etmək olar?

Uklon mobil tətbiqini Apple Store və ya Google Play-dən smartfonunuza yükləyin, telefon nömrənizlə qeydiyyatdankeçin və Umico kartınız mövcud bonus balansı ilə avtomatik tətbiqdə görünəcək.

Uklon ilə özünüzü sərbəst hiss edin və Umico bonusları ilə ödəməklə səfərlərdə qənaət edin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %