Shopping Guide

TOP 10 populyar smartfon

2023-cü ildə ən çox satılan mobil cihaz modelləri ilə bizim smartfon reytinqimizdə tanış olun. Buraya həm tanınmış brendlər, həm də haqqında az eşitdiyiniz brendlər daxildir. Ekran, kamera, performans – seçim edərkən nə vacibdir? Ən yaxşı telefonların xüsusiyyətlərinə baxaq.

Xiaomi POCO F5

Müxtəlif ehtiyaclar üçün ən yaxşı smartfonlar reytinqimizi Xiaomi açır.

Bu smartfon AMOLED matrisalı və 2400×1080 piksel təsvir ölçülü 6,67 düymlük əla ekrana malikdir. Ekran həqiqətən parlaq və uzun müddət baxmaq üçün rahatdır. Praktik olaraq heç bir titrəmə yoxdur, yeniləmə tezliyi 120 Hz-dir.

Lakin bu smartfonun kameraları olduqca zəifdir, əlavə parametrlərdən istifadə edərək yaxşı şəkillər əldə etmək olar.

Bu, 12 GB RAM və əla Snapdragon 7+ Gen 2 prosessoru olan güclü cihazdır. Telefon tətbiqləri və oyunları sürətli açır. Baxmayaraq ki, donmalar tamamilə istisna edilmir. Aktiv istifadə zamanı istiləşmə də mümkündür.

Xiaomi-nin bu məşhur modelini indi Umico Market-də ala bilərsiniz!

Smartfon Poco F5

OPPO Reno 10

Model ilk növbədə fotosevərləri sevindirəcək. İstehsalçı kameraların keyfiyyətini və funksionallığını yaxşılaşdırdı. Əsas kameranın təsvir ölçüsü 64 meqapikseldir. Gün işığında gözəl şəkillər əldə edilir, baxmayaraq ki, rənglər təhrif oluna bilər.

Qadcetin cəmi 8 GB operativ yaddaşı var. Zəif MediaTek Dimensity 7050 çipinə baxmayaraq, modelin performansı pis deyil.

Smartfon AMOLED matrisalı 6,7 düym diaqonallı ekranla təchiz edilib. Ekran həlli 2012×1080 piksel, yeniləmə tezliyi 120 Hz-dır.

Kataloqumuza baş çəkin və bu qadceti münasib qiymətə əldə edin!

Smartfon Oppo Reno10

Huawei P60 Pro

Bu, ən çox satılan smartfonlar reytinqimizdə yaxşı kameralı telefonlardan biridir. Huawei P60 Pro gecə rejimində çəkiliş zamanı yaxşı detallarla fotoşəkillər çəkir. Süni intellekt həddən çox iş görür və görüntünü bir qədər bəzəyir. Amma əla görünür.

Qadcet 2700×1200 piksel təsvir ölçülü 6,67 düymlük OLED ekrana malikdir. Yeniləmə tezliyi – 120 Hz. Bu modelin ekranı, bir çox ekspertlərin fikrincə, 2023-cü ilin ən yaxşılarından biridir.

Huawei P60 Pro keçən ilki Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunub. Lakin smartfonun istənilən işi yerinə yetirməyi üçün kifayət edir. Qadcetin 8 GB operativ yaddaşı var, hətta güclü oyunları belə çəkə bilir.

Redmi 12C

Bu qiymət-keyfiyyət nisbəti baxımından yaxşı seçimdir. Cəmi 6 GB operativ yaddaşa baxmayaraq, sadə oyunların öhdəsindən olduqca yaxşı gəlir. Ancaq təbii ki, bu seçim daha çox gündəlik işlərə aiddir – İnternetdə iş görmək, videolara baxmaq, iş tapşırıqlarını həll etmək.

Ağır yüklənmə zamanı performans azalır və korpus qızır. Smartfonun ekran diaqonalı 6,71 düym, HD+ təsvir ölçüsü və 60 Hz yeniləmə tezliyi var. Buradakı prosessor Helio G85-dir. O, iPhone-lar qədər güclü deyil, lakin istifadəçi tapşırıqlarının öhdəsindən gəlir.

Kamera sadə fotoşəkillər üçün yarayır. Cihaz büdcəli olduğu üçün super keyfiyyətə axtarmağa dəyməz.

Bu smartfonu haradan almaq olar? Əlbəttə ki, Umico Market-də!

Smartfon Xiaomi Redmi 12C

Tecno Spark 10 Pro

Bu, başqa bir büdcə və bəlkə də ən çox satılanlar arasında az tanınan modeldir.

Bu smartfon diaqonalı 6,8 düym olan kifayət qədər böyük IPS ekrana malikdir. Onun Full HD+ həlli və 90 Hz yeniləmə tezliyi var.

Prosessor Helio G88-dir, onun performansı qadcetin dəyərini nəzərə alsaq, sadəcə əladır.

Büdcəli modellər adətən zəif əsas kameraya malik olurlar. Lakin burada şəkillər olduqca gözəl çıxır. Rəng göstərilməsi həmişə düzgün olmasa da, ön kamera da kifayət qədər yaxşı işləyir.

Smartfon Tecno Spark 10 Pro

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

iPhone 14 PRO MAX

Bəli, bu artıq Apple-ın ən son modeli deyil. Lakin bu smartfon hələ də 2023-cü ildə ən çox satılan qadcetlər sırasındadır.

Bu model 2796×1290 piksel təsvir ölçülü 6,7 düymlük OLED ekrana və 120 Hz yeniləmə sürətinə malikdir. A16 Bionic, demək olar ki, heç bir çətinlik çəkmədən istənilən tapşırıq və ssenarinin öhdəsindən gələ bilən buradakı performansa cavabdehdir.

Bu modeldəki kameralar həqiqətən təsir edicidir. Əsas kamera istənilən işıqlandırmada özünü əla videolar çəkir və çox keyfiyyətli şəkillər yaradır.

Bu model həm də Umico Market-də ən çox satılanlar arasındadır. Taksitlə də əldə edə bilərsiniz.

Smartfon Apple iPhone 14 Pro Max

Samsung Galaxy S23 Ultra

İstehsalçılar bu smartfona 6,8 düym diaqonalı və 1440×3088 piksel təsvir ölçüsünə malik möhtəşəm Dynamic Amoled 2X ekranını quraşdırıblar.

Prosessor Snapdragon 8 Gen 2-dir ki, bu da bütün tətbiqlərin rəvan və sürətli işləməsini təmin edir.

Smartfonu universal adlandırmaq olar. O, həm internetdə işləyən adi istifadəçilər, həm geymerlər, həm də iş üçün telefona daha çox ehtiyacı olanlar üçün uyğundur.

İstənilən şəraitdə əla çəkiliş keyfiyyəti. Gün ərzində kamera çalarları aydın şəkildə ötürür və səmanı həddindən artıq işıqlandırmır. Gecələr isə işıq və kölgədə bulanıq kadrlardan və “tıxanmalardan” qaçmağa imkan verir.

Smartfon Samsung Galaxy S23 Ultra

Realmi 11 Pro+

Bu model AMOLED matrisası, Full HD+ həlli və 120 Hz təzələmə tezliyi ilə yüksək keyfiyyətli 6,7 düymlük ekrana malikdir.

Prosessor olduqca yaxşıdır – Dimensity 7050. O, orta qiymət seqmentində olan cihazlar üçün nəzərdə tutulub, təbii ki, oyunlarda rekord performans gözləmək lazım deyil. Lakin ümumilikdə sistem normal işləyir, istənilən tətbiq və oyunları işlədə bilərsiniz. Xüsusilə 12 GB RAM olan versiyada.

Hər iki kamera – əsas və ön – gözəl şəkillər çəkir. Xüsusilə gündüz çəkilişlərinə gəldikdə.

Qadcet həmçinin 100 Vt şarj olunmanı dəstəkləyir. Bu, cihazın sözün əsl mənasında bir neçə dəqiqə ərzində şarj olunması deməkdir.

Redmi A2+

Bu, 2023-cü ilin ən büdcəli və populyar modellərindəndir. Smartfon 6,52 düymlük IPS ekrana və HD+ təsvir ölçüsünə malikdir.

İstehsalçılar bu smartfona ən çox yayılmış Helio G36 prosessorunu və cəmi 3 GB operativ yaddaş quraşdırdılar.

Əsas və ön kamera zəifdir – büdcəli telefon üçün bu gözləniləndir. Bu məşhur smartfonu Umico Market-də ən sərfəli qiymətə ala bilərsiniz!

Smartfon Xiaomi Redmi A2+

Google Pixel 7 Pro

Ekran diaqonalı 6,71 düym və 1440×3120 piksel təsvir ölçülü AMOLED displeyi olan smartfon.

Bu smartfonun prosessoru Tensor G2-dir. O, bütün iş tapşırıqlarının öhdəsindən yaxşı gəlir, lakin geymerlər uzun müddət istifadə zamanı telefonun qızmasından şikayətlənirlər.

Telefonun üstün cəhəti fotoşəkillərdir. Bu nəticə əsasən Google-dan gələn süni intellekt sayəsində əldə edilir. Həmçinin, bu smartfondan istifadə etməklə siz hətta 20-30x böyütməklə də yüksək keyfiyyətli fotoşəkillər çəkə bilərsiniz.

Smartfon Google Pixel 7

Bütün məşhur smartfon modellərini Umico Market-də tapın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %