Shopping Guide

Umico Market-də oyuncaqlara inanılmaz endirimlər

Sizə oyuncaqların həddən artıq çox olduğu görünsə belə (istənilən uşaq sizinlə mübahisə edəcək), narahat olmayın: uşaqlar dünyanı oyun vasitəsilə öyrənirlər. Onların nə qədər çox “alətləri” olsa, valideynlərin bir o qədər boş vaxtı olacaq. Bu, əlbəttə ki, zarafatdır, amma biz həqiqətən düşünürük ki, bu gün uşağınızı təəccübləndirmək üçün əla gündür. Endirimlər müxtəlif oyuncaqlardan ibarət yüzlərlə məhsula şamil edilir. Biz sizə uşağınızı sevindirəcək 2022-ci ilin ən yeni məhsulları və trendləri haqqında danışmaq istəyirik.

Ördək Lalafanfan – TikTok ulduzu

https://strgimgr.umico.az/sized/1680/286808-0036af20f3318778557aab588415eb6d.jpg

Lalafanfan Koreya ördəyi TikTok sayəsində bütün dünyada tanınır. Və təbii ki, bir çox insan bu oyuncağa sahib olmaq istəyir. Bir müddət əvvəl Bakıda hamı Lalafanfan axtarırdı, bu gün isə onu Umico Market-də 30% endirimlə əldə etmək olar! Çəhrayı yanaqlı eynəkli ördək dəbli paltar geyinməyi sevir və haqlı olaraq stresə qarşı oyuncaq hesab olunur – təkcə görünüşü artıq müsbətə emosiyalar yaradır.

İnanılmaz dərəcədə yaraşıqlı Huggy Wuggy

Mavi, dişli div və onun çəhrayı rəfiqəsi də arzulanan oyuncaqlar və sosial şəbəkələr trendləri arasındadır. Onlar 2021-ci ilin oktyabrında çıxan Poppy Playtime qorxu oyununun qəhrəmanları kimi meydana çıxdılar. Süjet belədir: uzun ayaqları olan mavi Huggy-Wuggy qucaqlaşmaq üçün icad edilmişdir, lakin o, ya alimlərin uğursuz təcrübələri, ya da Huggy-Wuggy fabrikində baş verən fəlakət səbəbindən nəhəng dişləri olan və digər oyunçuları yeyən bir divə çevrildi. Kissy Missy də oyun boyu oyunçuları izləyir. Nəticədə olduqca yaraşıqlı canlılar yatandı: adlarından da aydın olduğu kimi, div qucaqlaşmaq üçün, rəfiqəsi isə öpüşmək üçün yaradılmışdır. 

Yalnız Umico Market-də 20% endirimlə sifariş edin!

Hot Wheels kolleksiyasından hər şey

https://strgimgr.umico.az/sized/840/54238-e600d39858ec95252ae2d49703f9a99b.jpg

Hot Wheels dünyada uşaq oyuncaq avtomobillərinin ən məşhur markalarından biri hesab olunur, və təkcə uşaqlar tərəfindən deyil, böyüklər tərəfindən də sevilir. Tökmə avtomobil modelləri keyfiyyət, dizayn və innovativ həllər baxımından bənzərsizdir. Maşınlar tək və ya dəst şəklində satılır. Onlara əlavə olaraq, tras konstruktorlarımı, başlatma qurğusu olan treklər ala bilərsiniz. Ən əsası odur ki, eyni seriyanın oyuncaqları bir-birinə uyğun gəlir.

Əfsanəvi Hot Wheels avtomobillərini Umico Market-də 50%-ə qədər endirimlə seçin.

Barbie Fashionistas

Кукла Mattel Barbie Made to Move Doll, от 3 лет

2022-ci ilin yenilikləri arasında kuklalarla oynamağı sevənlər üçün maraqlı bir şey var. Bu il Fashionistas seriyasından yeni Barbie-lər satışa çıxarılıb. Barbie pərəstişkarları idmançı kukladan məmnun qalacaqlar. Gözəlçə ən çətin yoqa pozalarını ala bilir.

Sevimli Barbie kuklalarını Umico Market-də 20% endirimlə əldə edin.

Modapərəst kukla Milli

https://strgimgr.umico.az/sized/840/191681-3a0072583f8b31b0faaa474bd9e866bd.jpg

Bu kukla bütün dünyada qızlar arasında çox sevilir. Milli yasəmən saçlı, dəbli gödəkcədə və sevimli ev heyvanı ilə gəzən modaçıdır. Hər kəsin mütləq bəyənəcəyi odur ki, dəstdə kukla ilə yanaşı, müxtəlif obrazlar yaratmağa kömək edəcək 15 əşya var.

Diqqət – yalnız bu gün Toys Toys tərəfdaş mağazasından modapərəst Milli Umico Market-də 20% endirimlə satılır.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Blaster Nerf Ultra

https://strgimgr.umico.az/sized/840/129302-6c96f1fd2142f5e86c8b67a9acbe0316.jpg

Nerf blasterlərini təkcə uşaqlar deyil, ataları da xəyal edir. Bu gün ən məşhur oyuncaq silahdır. Prinsipcə, blaster peyntbol oyununun tam analoqudur. Sadəcə burada, boyalı topların əvəzinə, güllə kimi yüngül köpük patronları istifadə olunur. Bu cür döyüş güllələri uşaq üçün maksimal dərəcədə təhlükəsizdir. Onunla məşq etmək üçün tək və ya böyük bir komanda ilə oynamaq olar.

Yalnız bu gün, ən son Ultra seriyalı Nerf Blaster-ləri Umico Market-də tərəfdaşımız Toys Toys-dan 20% endirimlə əldə edin.

LEGO konstruktorları

Dünyada hər saniyə yeddi LEGO konstruktoru satılır. Bu konstruktorlarla 130 ölkədə oynayırlar və 300 milyondan çox uşaq bu oyuncaqların xoşbəxt sahibinə çevrilib.

Bir il ərzində satılan bütün LEGO parçalarından zəncir düzəltsəniz, o, Yer kürəsini təxminən 10 dəfə dövrə vuracaq. LEGO sevgisi danılmazdır və təkcə uşaqlar arasında deyil. Dizayn etmək, yaratmaq, icad etmək bacarığı, LEGO-nun verdiyi bacarıqlar həqiqətən çox qiymətlidir.

Əfsanəvi LEGO konstruktorlarını Umico Market-də 20%-ə qədər endirimlə seçin.

Pult ilə idarə olunan avtomobil

https://strgimgr.umico.az/sized/840/110421-ad02a92420c66c92487aa0c7e21c3c03.jpg

Yolsuzluq yarışlarının təşkili ailə həftəsonu üçün əla fikirdir. Pultlarınızı şarj edin və macəraya hazır olun. Artıq onlarla pult ilə idarə olunan avtomobilləri Umico Market-dən 50%-ə qədər endirimlə almaq olar. Sadə modellər yalnız düz gedə və dönə bilər, daha təkmil modellər isə həvəskar drift və ya kubok yarışlarında iştirak edə bilər.

Maqnit konstruktoru

https://strgimgr.umico.az/sized/840/63254-40cdad2d8763822ae37a67b6199e8604.jpg

Böyüklərin tez-tez təkcə uşaqlar üçün deyil, həm də özləri üçün aldıqları stress əleyhinə oyuncaqlar. Neocube riyaziyyatçı-iqtisadçı tərəfindən tərəfindən icad edilməyib. İxtira Amerikalı Kristofer Redə aid edilir. Maqnitlərlə təcrübə edərək, o, yeni tapmaca yığdı. Maqnit kubun Rubik kubu və digər məntiq tapmacaları ilə çox az ümumi cəhəti var. Bu oyuncaq yaradıcılıq üçün hazırlanmışdır! Çox sayda neodimium toplarından ibarətdir. Səy ilə onları bir-birindən ayırmaq olar. Beləliklə, Neocube, bir plastilin parçası kimi, müxtəlif formada kiçik elementlərə bölünür. Onlar gələcək tikinti üçün əsas kimi xidmət edirlər.

Hal-hazırda Umico Market-də maqnit konstruktor dəstinə 20% endirim var.

Umico Market-də uşaqlar üçün hədiyyələr almağa tələsin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %