Umico Beauty

Üz üçün serumlar nədir və onlardan necə istifadə olunur?

Özünə qulluq trend deyil, sağlam seçimdir. Üz dərisi daim ətraf mühitin təsirlərinə, eləcə də kosmetika səbəbindən mexaniki zədələrə və çirklənməyə məruz qalır. Gözəlliyi bərpa etmək üçün gündəlik gözəllik rutininizə serum əlavə edin. Bunun nə və nə üçün olduğu haqda danışırıq.

Üz üçün serum nədir?

Üz üçün serum xüsusi dəri problemlərini həll etmək üçün yaradılmış konsentratlaşdırılmış dəriyə qulluq vasitəsidir. Serumum tərkibində adətən aktiv maddələr, vitaminlər, antioksidantlar, hialuron turşusu, peptidlər və s. var. Serumun yüngül teksturası asanlıqla sorulur və dəriyə tez nəticə verir.

Serumda tərkibində 70%-ə qədər aktiv komponentlər ola bilər. Halbuki kremlərdə cəmi 10-12% olur.

Üz serumu nə üçün lazımdır?

Çox mərhələli üz dərisinə qulluqda serumun gündəlik istifadəsi bir çox problemlərin həllinə kömək edir. Lakin istifadə etməzdən əvvəl kosmetoloqla məsləhətləşməlisiniz və digər məhsullarla sinxronlaşdırmalısınız.

Dəri teksurunu nəmləndirir və yaxşılaşdırır. Hialuron turşusu olan serumlar dərini nəmləndirməyə və onu məxməri etməyə kömək edir. Bu xüsusilə quru və susuz dərilər üçün vacibdir.

Yaşlanma əlamətləri ilə mübarizə. Antioksidantlar və peptidlər qırışları azaltmağa və dərini daha elastik etməyə kömək edir.

Müəyyən problemlərin həlli. Sızanaq, kuporos, genişlənmiş məsamələr və qara nöqtələr, yaş ləkələri və qızartı – hər bir simptom üçün ən təsirli vasitəni seçə bilərsiniz.

Üz üçün serumu necə seçmək olar?

Üz üçün serum, digər dəriyə qulluq vasitələrindən fərqli olaraq, dəri tipinə görə deyil, həll edilməli olan epidermal problemlərə görə seçilir.

Quru Dəri. Susuzlaşma və quruluq nəmləndirmə ilə kompensasiya edilir. Nəmləndirici və qidalandırıcı serumlar sizi qabıqlanmadan, sıxılma və soyulma hissindən xilas edəcək.

Yağlı və sızanaqlara meylli dəriyə müalicəvi və bərpaedici serum kömək edəcək. Tərkibində hialuron turşusu, E vitamini, niasinamid və qlikolik turşu ola bilər.

Cavanlığı qorumaq üçün yaşlanma əleyhinə, liftinq və möhkəmləndirici serumlardan istifadə olunur. Bu növ baxım təbii kollagen istehsalı yavaşlamağa başlayanda 30 yaş və daha yuxarı yaşlardan əlavə edilməlidir.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Üz üçün serum necə istifadə edilməlidir?

Üz üçün serumun istifadəsi göründüyündən daha asandır. Bu tibbi dərman deyil və heç bir xüsusi bacarıq tələb etmir.

Addım 1. Təmizləmə. Əvvəlcə dərinizi makiyajdan, kirdən və sebumdan təmizləyin.

Addım 2. Tonlama. Dərinin təbii pH səviyyəsini bərpa etmək üçün tonik tətbiq edin.

Addım 3. Serum tətbiq edin. Təmiz barmaqlara bir neçə damcı serum çəkin və masaj hərəkətləri ilə üz və boyun dərisinə bərabər şəkildə yayın. Göz ətrafındakı dəriyə tətbiq etməyin.

Addım 4. Hopdurma. Serumun hopmasını bir neçə dəqiqə gözləyin. Bu zaman üz və boyun dərisini masaj etməyə davam edə bilərsiniz.

Addım 5. Nəmləndirmə və müdafiə. Serum hopduqdan sonra nəmləndirici krem tətbiq edin. Əgər bu səhər baxımıdırsa, o zaman çölə çıxmazdan əvvəl dərinizi ultrabənövşəyi şüalardan günəş kremi ilə qorumağı unutmayın.

Tezlik. Serumdan müntəzəm istifadə etmək vacibdir – gündə 1-2 dəfə, bir neçə damcı.

Serumda hansı komponentlər faydalı ola bilər?

Fərqli serumlar müxtəlif problemlərə kömək edir. Tərkibə əsasən hansı məhsulun dərinizə faydalı olacağını müəyyən edə bilərik.

  • Vitamin C – dəridə kollagen sintezini təşviq edir.
  • Vitamin E – oksidləşdirici stressə qarşı antioksidantlar.
  • Vulkan suyu dərini nəm saxlayır, qoruyur, bərpa edir və sakitləşdirir.
  • Hialuron turşusu elastikliyi artırır və qırışların qarşısını alır, dəridə nəmi saxlayır.
  • Qlikolik turşu dərini bərpa edir.

Üz serumu dərinin vəziyyətinə tez təsir göstərməyə və onu sağlam, gözəl və parlaq etməyə kömək edəcək dəriyə qulluqda əsl çoxfunksiyalı köməkçidir.

Üzə qulluq vasitələrini Umico Market-də seçin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %